"Xocalıya ədalət" kampaniyasının yeni mərhələsi başlanıb
27.02.2010 [21:48]
İslam Konfransı Təşkilatı Gənclər Forumundan (İKGF) bildiriblər ki, Moskvanın “President-Hotel” mehmanxana kompleksinin “Bolşoy Petrovski” zalında “Xocalıya ədalət” kampaniyasının birillik nəticələri ilə bağlı tədbir keçirilib. Rusiya Azərbaycan Gənclər Təşkilatı və İKGF-nin birgə təşkil etdiyi tədbir “Xocalıya ədalət” musiqi layihəsinin təqdimatı ilə açılıb. Rep janrında yazılmış eyniadlı mahnı məşhur amerikalı rep ustası və ABŞ-ın xoşməramlı səfiri Toni Bləkmən və “Dəyirman” qrupu tərəfindən ifa edilib.
“Xocalıya ədalət” kampaniyasının təşəbbüskarı, Rusiya Azərbaycan Gənclər Təşkilatının sədri Leyla xanım Əliyeva kampaniya çərçivəsində görülən işlər və əldə edilmiş nailiyyətlər haqqında məlumat verib. O, 2010-cu ilin yanvarında İslam Konfransı Təşkilatına üzv dövlətlərin Parlament Assambleyasının Uqandada keçirilmiş 6-cı sessiyasının qəbul etdiyi qətnamə ilə faciəyə “insanlığa qarşı cinayət” kimi qiymət verilməsinin xüsusi əhəmiyyətini qeyd edərək bildirib: “Bu gün bizim kampaniya öz fəaliyyətində yeni mərhələyə qədəm qoyur - biz dövlət başçılarına, dünya parlamentlərinə, beynəlxalq təşkilatlara müraciət aksiyasına başlayırıq. Keçən ildə əldə etdiyimiz uğurlar bizdə kampaniyanın fəaliyyətinin bu il daha da genişləndirəcəyimizə əminlik yaradır”.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu dövlətimizin başçısı İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində qətiyyətli fəaliyyətindən bəhs edib və rəsmi Bakının Azərbaycanın ərazi bütövlüyü məsələsində güzəştə getməyəcəyini bildirib. İKGF-nin baş katibi Elşad İsgəndərov kampaniyanın birillik fəaliyyəti barədə danışıb və yeni layihəsi - “Dünya liderlərinə müraciət” haqqında iştirakçılara məlumat verib. Tədbir iştirakçıları kampaniyanın internet saytında (www.justiceforkhojaly.org) yerləşdirilmiş yeni müraciətin çoxfunksiyalı portalı ilə tanış olublar.
Tədbirdə, həmçinin, “Qarabağ gündəliyi” kitabının müəllifi, tanınmış rus yazıçısı, professor Yuri Pompeyev, Latın Amerikası Gənclər Forumunun vitse-prezidenti və kampaniyanın region üzrə əlaqələndiricisi Xulian Luqo Mendez, kampaniyanın Rusiya üzrə milli əlaqələndiricisi, Moskva Hüquq Akademiyasının tələbəsi Yekaterina Kozlova çıxış edərək kampaniyanın beynəlxalq əhəmiyyətini vurğulayıb, milli və beynəlxalq səviyyədə görülmüş işlərdən danışıblar.
Mərasimdə Rusiya ziyalıları, müxtəlif elmi cəmiyyətlərin, KİV-lərin və Azərbaycan diasporunun nümayəndələri, eləcə də, Moskvanın müxtəlif ali məktəblərində təhsil alan tələbələr daxil olmaqla 500-dən artıq adam iştirak edib. Tədbirin sonunda iştirakçılar ABŞ Prezidentinə, BMT-nin baş katibinə, Avropa Şurasının Parlament Assambleyasına və Avropa Parlamentinin deputatlarına ünvanlanmış, Xocalı faciəsini insanlığa qarşı cinayət kimi tanımağa və günahkarların məsuliyyətə cəlb edilməsi üçün səy göstərməyə çağıran kampaniyanın yeni müraciətini imzalayıblar.
Hotelin foyesində iştirakçılar kampaniyanın dünyanın müxtəlif ölkələrində birillik fəaliyyətini əks etdirən forosərgi ilə tanış olublar.
“Xocalıya ədalət” kampaniyası 2008-ci il mayın 8-də, Şuşa şəhərinin işğalının ildönümündə İKGF-nin mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə irəli sürülüb və hazırda 30-dan artıq ölkədə yüzlərlə könüllünun iştirakı ilə uğurla davam etdirilməkdədir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılmasını, soyqırımına beynəlxalq aləmdə siyasi-hüquqi və mənəvi qiymət verilməsini, həmçinin beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org internet saytı vasitəsilə aparılır.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13

