/ / Los-Ancelesdə erməni radikallarının törətdiyi barbarlıqla əlaqədar ABŞ-ın Azərbaycandakı səfiri XİN-ə çağırılıb
Los-Ancelesdə erməni radikallarının törətdiyi barbarlıqla əlaqədar ABŞ-ın Azərbaycandakı səfiri XİN-ə çağırılıb
23.07.2020 [09:36]
İyulun 21-də Los-Ancelesdə yaşayan radikal erməni daşnakları Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun binası qarşısında aqressiv və təxribatçı şüarlarla etiraz aksiyası keçiriblər. Erməni radikal qüvvələrinin aksiyasına cavab olaraq Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri sayca onlardan dəfələrlə çox olan erməni təxribatçılarının qarşısına çıxıb və Ermənistanın Azərbaycana qarşı təcavüzü və etnik təmizləmə siyasətini ifşa edən şüarlar səsləndiriblər. Radikal erməni daşnakları dinc azərbaycanlı nümayişçilərə qarşı zorakılıq və aqressiya nümayiş etdirib, hətta təhlükəsizliyi təmin etməyə cavabdeh olan Los-Anceles polisi belə onların bu vandalizminin qarşısını almağa müvəffəq olmayıb. Azərbaycanlı nümayişçilərə hücum edən erməni radikal nümayəndələri biri qadın olmaqla 7 nəfərə müxtəlif dərəcəli xəsarətlər yetiriblər. Təəssüflə qeyd etmək istərdik ki, hazırda dünyanın müxtəlif bölgələrində, o cümlədən ABŞ və Avropanın bir sıra ölkələrində dinc azərbaycanlı nümayişçilərə qarşı radikal erməni qüvvələri tərəfindən zorakılıq və vandalizmin tətbiq edilməsi cəhdlərini müşahidə edirik.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın açıqlamasında yer alıb.
Açıqlamada bildirilir ki, fundamental dəyərlərə, o cümlədən azad şəkildə fikrini ifadə etmək hüququna zidd olan və ümumiyyətlə, sivil davranışa sığmayan bu kimi təxribatçı hərəkətlər Ermənistan respublikasının və bu ölkə rəhbərliyinin yürütdüyü təcavüzkar siyasətin radikal erməni qüvvələri tərəfindən həyata keçirilməsinin bariz nümunəsidir. ABŞ-ın Los-Anceles şəhərində, eləcə də Avropa ölkələrində, o cümlədən iyulun 22-də Brüssel şəhərində azərbaycanlı nümayişçilərə qarşı erməni radikal ünsürləri tərəfindən zorakılıq və vəhşiliyin nümayiş etdirilməsinə görə erməni cinayətkarları hüquqi məsuliyyətə cəlb olunmalı, həmçinin bu ölkələrdəki azərbaycanlı icmaların təhlükəsizliyinin təmin olunmasında aidiyyəti ölkələrin hüquq-mühafizə orqanları məsuliyyət daşımalıdırlar.
Qeyd etmək istərdik ki, Los-Anceles şəhərində erməni radikallarının törətdiyi barbarlıq əməlləri ilə əlaqədar ABŞ-ın ölkəmizdəki səfiri XİN-ə çağırılıb.
Xəbər lenti
Hamısına baxİdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26

