Azərbaycanın Xarici İşlər naziri Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb
24.07.2020 [09:19]
İyulun 23-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral arasında görüş keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Türkiyə səfirini salamlayan Ceyhun Bayramov xarici ölkə səfirlərindən ilk olaraq məhz Türkiyə səfiri ilə görüşün təsadüfi xarakter daşımadığını, bunun iki ölkə arasında dostluq, qardaşlıq və strateji əməkdaşlıq münasibətlərinin təzahürü olduğunu diqqətə çatdırıb. Ölkələrimiz arasında dövlət başçıları səviyyəsindən başlayaraq müxtəlif formatlarda mövcud olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin olduğunu vurğulayan Ceyhun Bayramov bu əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əmin olduğunu bildirib.
Türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon söhbətinə istinad edən nazir gələcəkdə iki ölkə arasında birgə mühüm layihə və təşəbbüslərin davam etdiriləcəyinə inamını ifadə edib.
Səfir Erkan Özaral, öz növbəsində, işbirliyinin bundan sonra daha geniş şəkildə davam etdirilməsi üçün imkanların olduğunu, eyni zamanda, bu xüsusda hər iki tərəfin iradəsinin olduğunu qeyd edib. Azərbaycanı öz Vətəni olaraq gördüyünü bildirən səfir E.Özoral Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun azərbaycanlı həmkarını Türkiyəyə dəvət etdiyini nazir Ceyhun Bayramovun diqqətinə çatdırıb.
Nazir, öz növbəsində, bu dəvəti məmnunluqla qəbul etdiyini və mümkün olan yaxın zamanda bu səfəri reallaşdıracağını vəd edib.
Səfir Erkan Özoral iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş təxribat və bunun nəticəsində Azərbaycan ordusunun həlak olan hərbi qulluqçuların ailələrinə başsağlığı bildirib və Azərbaycanın kədərinin Türkiyənin də kədəri olduğunu vurğulayıb. Azərbaycanın haqlı mövqeyini müdafiə etmək və bu mübarizədə Azərbaycanın yanında olmaq üçün Türkiyədən çoxsaylı müraciətlərin daxil olduğunu bildirən səfir bunun iki dövlət bir millət olduğumuzun növbəti göstəricisi olduğunu ifadə edib.
Nazir Ceyhun Bayramov iyulun 12-dən etibarən gərgin bir dövrün yaşanıldığını qeyd edərək, növbəti dəfə erməni təxribatının şahidi olduğumuzu və hadisələri təhlil edərkən bu hücum cəhdinin əvvəlcədən düşünülmüş bir təxribat olduğunun aydın şəkildə göründüyünü qeyd edib. Çoxsaylı dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın mövqeyinin dəstəkləndiyini qeyd edən Ceyhun Bayramov Türkiyənin dövlət başçısı, Xarici İşlər naziri və Müdafiə naziri tərəfindən verilən bəyanatların qardaş xalqın ağır məqamlarda göstərdiyi dəstəyin bariz nümunəsi olduğunu qeyd edib.
Azərbaycanın müxtəlif beynəlxalq platformalarda Ermənistanın son hərbi təxribatı ilə bağlı məlumatlandırma işlərinin davamlı şəkildə aparıldığı səfirin diqqətinə çatdırılıb.
Görüş zamanı nazir Ceyhun Bayramov, həmçinin son zamanlar diplomatik nümayəndəliklərimizə və Ermənistan tərəfindən törədilmiş təxribata etiraz edən dinc azərbaycanlı nümayişçilərə qarşı radikal erməni qüvvələri tərəfindən vandalizm və aqressiya hərəkətlərinə yol verildiyini qeyd edib və bu xüsusda qəbul edən ölkələrin Vyana Konvensiyasına uyğun olaraq diplomatik nümayəndəliklərin binalarının və diplomatların təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyət daşıdığını xatırladıb. Radikal erməni daşnaklarının son zamanlar fəallaşdığını bildirən nazir onlar tərəfindən diplomatik nümayəndəliklərimizə qarşı yeni təxribatların olacağını istisna etməyib.
Görüş zamanı səfir Erkan Özoral cari il iyulun 28-də videokonfrans formatında Antalya Diplomatiya Forumunun keçiriləcəyini qeyd edib və sözügedən tədbirə dəvət məktubunu nazir Ceyhun Bayramova təqdim edib. Nazir tədbirə məmnuniyyətlə qatılacağını bildirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31

