/ / Eldar İbrahimov: Ermənilərin xaricdə yaşayan soydaşlarımıza qarşı zorakılığı onların terrorçu mahiyyətini nümayiş etdirir
Eldar İbrahimov: Ermənilərin xaricdə yaşayan soydaşlarımıza qarşı zorakılığı onların terrorçu mahiyyətini nümayiş etdirir
29.07.2020 [09:32]
“Ordumuzun düşmənə layiqli cavab verməsi Azərbaycan cəmiyyətində yüksək əhval-ruhiyyə yaradıb. O cümlədən xaricdə yaşayan soydaşlarımız bu günlərdə dövlətimizlə, ordumuzla dinc həmrəylik nümayişləri keçirərək düşmənin işğalçılıq siyasətini, Tovuz istiqamətində törətdiyi növbəti təxribatı pisləyirlər. Soydaşlarımızın yaşadıqları ölkələrin qanunları çərçivəsində belə dinc aksiyalar keçirmələri onların vətənpərvərliyini təcəssüm etdirməklə yanaşı, həm də müstəsna hüquqlarıdır. Ermənilərin isə xaricdə yaşayan soydaşlarımızın keçirdikləri belə dinc aksiyalara dözümsüz yanaşmaları onların əsl simasını, terrorçu mahiyyətlərini açıb göstərir”.
Bu fikirləri Milli Məclisin İntizam komissiyasının sədri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.
Son bir həftə ərzində Azərbaycanın Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland və Belçikada diplomatik nümayəndəliklərinə, həmçinin dinc aksiya keçirən soydaşlarımıza qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribatçı əməllər törədildiyini deyən E.İbrahimov bildirib ki, dövlət sərhədinin Tovuz istiqamətində törədilən son təxribatın bütün məsuliyyəti düşmən dövlətin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür: “Eyni zamanda, respublikamızın bir sıra ölkələrdəki diplomatik nümayəndəliklərinə və aksiya keçirən dinc azərbaycanlılara qarşı törədilən təxribat və terror hadisələri də Ermənistan rəhbərliyinin təşəbbüsü ilə baş tutur. Rəsmi Yerevan xarici ölkələrdə azərbaycanlılara qarşı terroru sanksiyalaşdırıb və beynəlxalq miqyasda ermənilərin azərbaycanlılara qarşı yeni terror dalğası başlayıb”.
Erməni təxribatlarının ara vermədiyini bildirən E.İbrahimov deyib ki, işğalçı dövlətin baş naziri Nikol Paşinyan, əslində, azərbaycanlılara qarşı yeni etnik müharibə elan edib. İşğalçılıq siyasətini dövlət siyasəti səviyyəsinə yüksəldən Ermənistanın silahlı qüvvələri Azərbaycanla açıq döyüşlərdə uğur qazana bilməyib. Buna görə də düşmən tərəf öz mənfur planlarını həyata keçirmək üçün daim təxribatlara və terror əməllərinə əl atır. Bunu son hadisələr də bir daha təsdiqləyir. Millət vəkilinin sözlərinə görə, döyüş meydanında lazımi dərsini alan düşmən, necə deyərlər, bundan sonra cəbhəni dəyişib: “Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına, eləcə də dinc azərbaycanlı nümayişçilərə qarşı törədilən təxribatlar özündə vandalizm və terror elementlərini ehtiva edir. Ermənilərin Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə və soydaşlarımıza qarşı təxribatlara əl atmaları açıq-aydın cinayət məsuliyyəti doğuran əməllərdir. Çoxsaylı aksiya iştirakçılarına ermənilər tərəfindən fiziki güc tətbiq olunub, onlara xəsarətlər yetirilib, sərbəst toplaşmaq və öz fikirlərini ifadə etmək hüquqları pozulub. Bu hadisələrə həmin ölkələrin hüquq-mühafizə orqanları hüquqi qiymət verməlidir. Həmçinin hesab edirəm ki, soydaşlarımız ermənilərin təxribatına uymamalı, bütün addımları qanun çərçivəsində atmalıdırlar. Bugünlərdə respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həmvətənlərimizə müraciəti də bu baxımdan olduqca önəmlidir”.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

