İslam dininin əsas bayramlarından olan Qurban bayramı həmrəylik, humanizm və mərhəmət rəmzidir
05.08.2020 [09:12]
Ölkəmizdə hər il dini bayramların yüksək səviyyədə keçirilməsi xalqımızın milli-mənəvi dəyərlərinə böyük hörmətin ifadəsidir
Azərbaycan cəmiyyətində xalqımızın tarixin dərin qatlarından gələn zəngin milli-mənəvi və dini dəyərlərinə möhkəm bağlılıq var. Deyə bilərik ki, bu gün respublikamızda hər kəs əcdadlarımızın bizə miras qoyduqları zəngin mənəvi irslə qürur duyur, bu irsi özünün gündəlik həyat tərzində, ailəsində, məişətdə yaşatmağa çalışır. Eyni zamanda, Azərbaycan dövləti cəmiyyətdən gələn sosial sifarişə əsaslanaraq xalqımızın milli-mənəvi dəyərlərinin, ənənələrimizin yad təsirlərdən qorunub saxlanılmasına və daha da zənginləşdirilməsinə, dini abidələrimizin bərpa olunmasına, yenilərinin tikilməsinə güclü siyasi iradə nümayiş etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müqəddəs Qurban bayramı ərəfəsində xalqımıza təbrik ünvanlamaları deyilənləri bir daha təsdiqləyir. Öz növbəsində dövlətin və cəmiyyətin birgə səyləri ilə qorunaraq daha da zənginləşdirilən milli-mənəvi-dini dəyərlərimiz ölkəmizdə sabitlik, həmrəylik, bərabərlik ovqatının, tolerantlıq mühitinin daha da möhkəmlənməsində mühüm rol oynayır.
İslam dəyərləri xalqımızın milli-mənəvi dəyərlərinin ayrılmaz hissəsini təşkil edir
Bu gün ölkəmizin inamlı inkişafını təmin edən fundamental amillər sırasında gənc, müstəqil Azərbaycan dövlətinin ideoloji əsaslarının rolunu xüsusi qeyd edə bilərik. Qısa müstəqillik tarixində məqsədyönlü siyasət sayəsində dünya birliyinin suveren aktoru səviyyəsinə yüksələn respublikamızın ideoloji əsasları, daxili və xarici siyasətin prioritetləri məhz milli dəyərlər və milli maraqlar üzərində formalaşıb. Bugünkü güclü Azərbaycan milli köklərə möhkəm bağlı olan bir dövlətdir.
Ölkəmizdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli-mənəvi dəyərlərimizə qayğı siyasəti son 17 ildə Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirilib. Dövlət başçısı bəhs olunan dövrdə qloballaşma şəraitində milli dilimizin inkişafına və yad təsirlərdən qorunmasına, Azərbaycan ədəbiyyatının latın qrafikası ilə nəşrinə, zəngin mədəniyyətimizin təbliğinə, tariximizin araşdırılmasına dair çoxsaylı Fərman və sərəncamlar imzalayıb. Ölkəmizdə gənc nəslin milli ruhda tərbiyə olunması diqqət mərkəzində saxlanılır. Dövlətin hərtərəfli qayğısı sayəsində cəmiyyətdə xalqımızın milli-mənəvi dəyərlərinə böyük bağlılıq yaranıb.
Respublikamızda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeçiliyində Milli Dəyərlərin Təbliği Fondunun yaradılması bu sahəyə dövlət dəstəyinin növbəti təzahürüdür.
O cümlədən İslam dəyərləri xalqımızın milli-mənəvi dəyərlərinin ayrılmaz hissəsini təşkil edir. İslam dini Azərbaycan xalqının həyatına VII əsrdən başlayaraq daxil olub və həmin dövrdən etibarən milli-mənəvi dəyərlərimizin formalaşmasında və zənginləşməsində mühüm rol oynayıb. Eyni zamanda, ölkə ərazisində mövcud olan Əshabi-Kəhf ziyarətgahı, Bibiheybət məscid-ziyarətgah kompleksi, Gəncə “İmamzadə” kompleksi və digər çoxsaylı abidələr Azərbaycanın İslam dini-mədəni dəyərlər sisteminə əhəmiyyətli töhfəsi kimi qiymətləndirilə bilər.
Azərbaycan bu gün də müqəddəs dinimizə böyük hörmətin ifadəsi olaraq dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə hesablanan yeni təşəbbüslər irəli sürür. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2017-ci il respublikamızda “İslam Həmrəyliyi İli” elan olunub. Son illərdə ölkəmizin İƏT-in yüksək səviyyəli tədbirlərinə, dünya dini liderlərinin Zirvə görüşlərinə, İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi etməsi müsəlman aləmində qarşılıqlı anlaşmanın dərinləşməsinə öz müsbət təsirini göstərib. Yeri gəlmişkən, qeyd edək ki, Prezident İlham Əliyev iyulun 31-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Dövlətimizin başçısı müqəddəs Qurban bayramı münasibətilə Rəcəb Tayyib Ərdoğanı və qardaş Türkiyə xalqını təbrik edib, Türkiyə Prezidentinə möhkəm cansağlığı və Türkiyə xalqına firavanlıq arzularını çatdırıb. Bundan başqa, Prezident İlham Əliyev Qurban bayramı münasibətilə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçılarına təbriklər ünvanlayıb. Eyni zamanda, İƏT-ə üzv ölkələrin yüksək səviyyəli rəsmilərindən dövlətimizin başçısına təbriklər gəlib.
Respublikamızda hər il dini bayramların yüksək səviyyədə keçirilməsi xalqımızın milli-mənəvi dəyərlərinə böyük hörmətin ifadəsidir. Azərbaycanda dini bayramlar, o cümlədən də Qurban bayramı dövlət səviyyəsində qeyd olunur. Dövlət başçımız təbrikində vurğulayıb ki, insanlar arasında həmrəylik və qardaşlığın, humanizm və mərhəmətin rəmzi olan Qurban bayramı İslam dininin əsas bayramlarından biridir. Müsəlmanlar bu əlamətdar gündə Uca Yaradanın adına kəsilən qurbanlarla Allaha yaxınlığın sevincini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər. “Hər il ölkəmizdə keçirilən dini bayramlar mütərəqqi milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir. Builki Qurban bayramı dünyanın qarşılaşdığı çətin sınaq dövrünə təsadüf etsə də, mömin vətəndaşlarımız Allah və din yolunda mənəvi borclarını layiqincə yerinə yetirir, öz nəcib əməlləri ilə cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha da gücləndirirlər”, - deyə Prezident İlham Əliyev Öz təbrikində bildirib.
Respublikamızda artıq neçə ildir ki, müqəddəs Qurban bayramı müharibə şəraitində qeyd olunur. Azərbaycanın mərd oğul və qızları torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıblar. Ordumuz bir qədər bundan əvvəl düşmən ölkənin hərbi birləşmələrinin dövlət sərhədinin Tovuz istiqamətində törətdikləri növbəti təxribatın qarşısını da qətiyyətlə alıb. Həmin döyüşlərdə şəhidlər versək də, düşmən silahlı qüvvələrinin burunu ovularaq geri otuzdurulub. Prezident İlham Əliyev bəhs olunan təbrikində xalqımızın adət-ənənəsinə sadiq qalaraq şəhidlərimizin ölməz xatirəsini minnətdarlıq hissi ilə yad edib. “Bu bayram günlərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ölməz xatirəsini minnətdarlıqla yad edir, onların yaxınlarına və bütün xalqımıza səbir diləyirəm. İnanıram ki, xalqımızın firavanlığı və əmin-amanlığı, Vətənimizin çiçəklənməsi və tərəqqisi naminə etdiyiniz dua və diləklər gerçəkləşəcəkdir”, - deyə təbrikdə qeyd olunub.
Vurğuladığımız kimi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da Qurban bayramı münasibətilə xalqımızı təbrik edib. Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “Instagram” səhifəsində edilən paylaşımda deyilir: “Əziz həmvətənlərim! Mübarək Qurban bayramı münasibətilə sizə səmimi təbriklərimi və ən xoş arzularımı yetirirəm! Bu əziz bayram günlərində bütün xeyirxah dua və niyyətlərinizlə həmrəy olduğumu bildirir, hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, sevincli günlər və xoşbəxt gələcək arzulayıram!”.
Azərbaycan tarixdən gələn tolerantlıq ənənələrini bu gün də yüksək səviyyədə yaşadan multikultural ölkədir
Hazırda Azərbaycanın mənzərəsi milli-etnik-dini rəngarəngliyi ilə səciyyələnir. Bu cəhət yalnız ölkəmizin bugünkü reallığı kimi deyil, həm də tarixdən gələn ənənə olaraq diqqəti cəlb edir. Azərbaycan ədəbiyyatının klassiklərinin əsərlərində tolerantlığın, başqa etiqatlardan olan insanlara dözümlü yanaşmanın təbliği ilə bağlı çoxlu sayda nümunələrə rast gəlmək mümkündür. Eyni zamanda, Azərbaycan ərazisindəki bir sıra abidələr də məmləkətimizdə tolerantlığın izlərinin tarixin dərin qatlarına uzandığını təsdiqləyir. Paytaxt Bakıda və respublikanın bölgələrində mövcud olan dini abidələr müxtəlif sivilizasiyaların izlərini özlərində qoruyub saxlayır.
Aşağıdakı faktlar deyilənləri bir daha təsdiqləyir. Azərbaycan xalqı qürur duyur ki, İslam aləminin ən qədim məscidlərindən biri Azərbaycanda yerləşir. Söhbət Şamaxı Cümə məscidindən gedir. 743-cü ildə inşa olunan bu dini abidə Dərbənd məscidindən sonra Qafqazın ən qədim məscididir və hazırda tarixi abidə kimi qorunur. Eyni zamanda, qədim dövlət olan Qafqaz Albaniyasının kilsəsi Azərbaycanın digər tarixi şəhəri - Şəkinin yaxınlığında yerləşir. Həmçinin bu kilsə də Qafqazın ən qədim tarixi abidələrindən biridir.
Digər bir nümunəyə diqqət yetirək. Bakının Suraxanı rayonunda Atəşgah yerləşir. Bakıda atəşpərəstlik məbədinin mövcud olması ona dəlalət edir ki, zərdüştlük dininin Azərbaycanda qədim kökləri var. Sonrakı dövrlərdə respublikamızda rus pravoslav kilsələri, sinaqoqlar, katolik kilsəsi inşa edilib.
Bütün bunlar onu təsdiqləyir ki, tolerantlığın respublikamızda qədim tarixi vardır və ənənələr yenə də yaşayır. Bu gün milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verən Azərbaycan, eyni zamanda, çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyətə malik olmasını özünün böyük sərvəti sayır. Hazırda Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edirlər. Respublikamızda 597 dini icma var, onlardan 21-i qeyri-müsəlman icmasıdır. Lakin belə rəngarəngliyə baxmayaraq, ölkəmizdə müxtəlif dinlərə və mədəniyyətlərə məxsus insanlar arasında heç bir fərq qoyulmur. Prezident İlham Əliyev respublikamızda nümunəvi tolerantlıq mühitinin bərqərar olmasında İslam dininin vacib rol oynadığını bildirib. Bu xüsusda fikirlərini nəzərə çatdıran dövlətimizin başçısı “Yüz illərdir ki, ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühitinin formalaşmasında və etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında İslam dininin müstəsna rolu olmuşdur”, - deyə vurğulayıb.
Daha bir mühüm məqam ondan ibarətdir ki, Azərbaycan multikultural dəyərlərin bütün dünyada təbliğ olunmasına çalışır. Bu gün qlobal miqyasda milli-dini-irqi zəmində dözümsüzlüyün artması ciddi narahatlıq yaradır. Bunun qarşısı alınmasa, gələcəkdə daha böyük fəsadlara yol aça bilər. Xalqımızın ənənələrindən və xoş məramından çıxış edən Azərbaycan dövləti qlobal müstəvidə dinlərarası dialoqun inkişafına, qarşılıqlı anlaşma və insani həmrəylik kimi bəşəri dəyərlərin təbliğinə ardıcıl şəkildə öz töhfəsini verir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09

