Koronavirusdan qorunmaq üçün karantin rejiminin qaydalarına riayət olunmalıdır
15.08.2020 [00:56]
Ekspertlərin fikrincə, pandemiyanın qarşısının alınması həm də vətəndaşlarımızın bu məsələdə xüsusi həssaslıq nümayiş etdirməsindən və məsuliyyətli davranışlarından asılıdır
Yeni növ koronavirus (COVİD-19) infeksiyasının ölkəmizdə geniş yayılmasına qarşı həyata keçirilən effektiv və təxirəsalınmaz tədbirlər öz müsbət nəticəsini verib. Belə ki, artıq avqust ayından etibarən bu xəstəlikdən sağalanların sayı gündəlik yoluxma sayını bir neçə dəfə üstələyir. Təbii ki, əldə olunan bu nəticəni qoruyub saxlamaq, yoluxma sayının artmasına imkan verməmək üçün inzibati tədbirlərlə yanaşı vətəndaş məsuliyəti də ilkin şərtlərdəndir. Vətəndaşlar dərk etməlidirlər ki, pandemiyadan qorunmaq üçün əsas vasitələrdən sayılan tibbi maskalardan istifadə və sanitar-gigiyenik qaydalara riayət olunması bütün hallarda zəruridir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Anar Məmmədov bildirib ki, Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halı qeydə alındıqdan sonra ölkədə infeksiyanın geniş vüsət almasına imkan verməmək, infeksiyaya yoluxmanın sürətini azaltmaq, vətəndaşların sağlamlığını qorumaq üçün dövlət tərəfindən lazımi tədbirlər həyata keçirilib. Bununla yanaşı, qısa müddətdə 20-dən artıq xəstəxananın koronavirus xəstələrinin ixtiyarına verilməsi, o cümlədən yeni modul tipli xəstəxanaların açılması pandemiya ilə mübarizədə ölkəmizin həyata keçirdiyi mühüm tədbirlər sırasındadır: “Bütün görülən işlər virusla mübarizədə Azərbaycan dövlətinin vətəndaşının sağlamlığının qorunması istiqamətində həm qabaqlayıcı sosial izolyasiya tədbirləri, həm də pandemiyanın zərərlərindən az itki ilə çıxması istiqamətində həyata keçirdiyi çoxşaxəli Tədbirlər Planının tərkib hissəsidir. Ümumiyyətlə pandemiyanın qarşısının alınması həm də vətəndaşlarımızın bu məsələdə xüsusi həssaslıq nümayiş etdirməsindən və məsuliyyətli davranışlarından asılıdır. Vətəndaşlarımız karantin rejiminin tələblərinə riayət etməli, tibbi maskadan istifadə olunmalı və bütün sanitar-gigiyenik qaydalara əməl etməlidirlər. Bütün vətəndaşlarımızı sosial məsafəni qorumağa, maska taxmağa çağırıram”.
Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva isə Azərbaycan dövlətinin koronavirus pandemiyasına qarşı apardığı mübarizənin dünyaya nümunə olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, dövlətimiz vətəndaşların sağlamlıqlarının qorunması ilə bağlı mühüm tədbirlər həyata keçirib. O cümlədən iqtisadi sabitliyi təmin etmək üçün və məşğulluqla bağlı problemləri həll edərək, makroiqtisadi və maliyyə sabitliyinə nail olub: “Hazırda ölkəmizdə virusa yoluxanların sayı sürətlə azalır və sağalanların sayı getdikcə artmaqdadır. Təbii ki, bu proses dövlətimizin həyata keçirdiyi mühüm tədbirlərin uğurlu nəticəsidir. Avqust ayından etibarən xüsusi karantin rejiminin mərhələli şəkildə yumşaldılması ilə bağlı qərar isə vətəndaşlarımızda arxayınlıq yaratmamalıdır. İnsanlarımız daha ehtiyatlı davranmalı, diqqətli olmalıdır. Sosial məsafəni qorumaqla, tibbi-profilaktik qaydalara əməl etməklə özümüzü və digər insanları qorumuş olarıq”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

