/ / Türkiyə-Azərbaycan tərəfdaşlığı böyük bir geostrateji regionda mühüm hərbi-siyasi tarazlıq yaradır
Türkiyə-Azərbaycan tərəfdaşlığı böyük bir geostrateji regionda mühüm hərbi-siyasi tarazlıq yaradır
15.08.2020 [01:00]
Prezident İlham Əliyev: Həm siyasi, həm iqtisadi, həm də başqa sahələrdə bizim əlaqələrimiz bütün ölkələr üçün örnəkdir
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarı, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güleri, Türkiyə Respublikasının Quru Qoşunları komandanı, ordu generalı Ümit Dündarı, Türkiyə Respublikasının Hərbi Hava Qüvvələri komandanı, ordu generalı Hasan Küçükakyüzü, Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı, donanma admiralı Adnan Özbalı və hərbi nümayəndə heyətinin digər üzvlərini qəbul edib. Qəbulda Azərbaycan və Türkiyə dövlətlərinin xalqlarımızın xoş niyyətinə əsaslanan ənənələrə uyğun olaraq iki ölkə arasında əlaqələrin bundan sonra da yüksələn xətlə inkişafına güclü siyasi iradə nümayiş etdirdikləri vurğulanıb. Qonaqları səmimiyyətlə salamlayan Prezident İlham Əliyev hər iki tərəfə fayda gətirən əlaqələrin bu gün müxtəlif istiqamətləri əhatə etdiyini, o cümlədən də hərbi-texniki sahədə əməkdaşlığın getdikcə dərinləşdiyini diqqətə çatdırıb.
Bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur
Azərbaycanla Türkiyənin dostluq, qardaşlıq münasibətlərinin mahiyyəti hələ XX əsrin əvvəllərində Türkiyənin böyük dövlət xadimi Mustafa Kamal Atatürkün ifadə etdiyi “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, XX əsrin sonlarında isə bütün Türk dünyasının görkəmli şəxsiyyəti, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dilə gətirdiyi “Bir millət, iki dövlət” kəlamında ifadə olunub. Qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycanla Türkiyə bütün sahələrdə sıx əməkdaşlıq edirlər. Hər iki ölkənin müxtəlif çoxtərəfli platformalarda, o cümlədən də beynəlxalq təşkilatlarda üst-üstə düşən mövqedən çıxış etməsi Azərbaycanla Türkiyənin hərtərəfli əməkdaşlığının yeni bağlarla daha da güclənməsini şərtləndirir. Azərbaycan və Türkiyə bu gün beynəlxalq müstəvidə daim bir-birini dəstəkləyir, eyni siyasi platformadan çıxış edirlər. Ən əsası, Türkiyə-Azərbaycan münasibətləri böyük bir geostrateji regionda mühüm hərbi-siyasi tarazlıq yaradır.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, Türkiyə Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlətdir. Qardaş Türkiyə Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə cavab olaraq Ermənistanla bütün siyasi-iqtisadi əlaqələri dayandırıb, eyni zamanda, 1993-cü ildən etibarən bu ölkə ilə sərhədlərini bağlayıb.
Öz növbəsində, Azərbaycan da ermənilərin Türkiyəyə qarşı irəli sürdükləri ərazi və qondarma “soyqırımı” iddialarına layiqli cavab verilməsində daim qardaş ölkənin yanındadır. Xatırladaq ki, Azərbaycan qardaş ölkənin FETÖ təşkilatı ilə mübarizəsində, Elazığda yaşanan zəlzələ fəlakətində və digər belə çətin məqamlarda Türkiyəyə hərtərəfli dəstək verib.
Bu gün siyasi maraqları bütün regional və qlobal miqyaslı məsələlərdə sıx uzlaşan iki qardaş ölkənin iqtisadi sahədə çoxşaxəli əməkdaşlığı da kifayət qədər yüksək səviyyədədir. Böyük regional və qlobal əhəmiyyət daşıyan enerji və nəqliyyat layihələrinin birgə reallaşdırılması Azərbaycanla Türkiyənin dostluğunun, qardaşlığının zirvədə dayandığını əyani şəkildə təsdiqləyir. Qeyd etmək lazımdır ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi kimi transmilli layihələrin reallaşdırılması ilk növbədə məhz Azərbaycan və Türkiyə dövlətlərinin siyasi iradəsi sayəsində mümkün olub. Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasında Bakı-Tbilisi-Ceyhan əsas nəql marşrutudur. Yaxın perspektivdə isə ölkəmizin zəngin “Şahdəniz” və digər yataqlarından çıxarılacaq “mavi yanacaq” Türkiyədən keçən Trans-Adriatik boru kəməri - TANAP vasitəsi ilə Avropa ölkələrinə çatdırılacaq. 2019-cu il noyabrın 30-da Prezident İlham Əliyevin iştirakı ilə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. 2020-ci ildə bu kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq.
Ümumiyyətlə, iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın miqyası kifayət qədər genişdir. Azərbaycan və Türkiyə qarşılıqlı investisiya qoyuluşunu getdikcə genişləndirirlər. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 33 faiz artaraq 4,5 milyard dollara çatıb. Perspektivdə ölkələrimiz arasında ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdirilib və bu, tamamilə real məqsəddir. Hazırda Azərbaycanda 4 minə yaxın Türkiyə şirkəti fəaliyyət göstərir. Türkiyə şirkətləri 300-dən çox layihədə 16 milyard dollar həcmində iş görmüşlər və bu parametrlərə görə Türkiyə birinci yerdədir. İndiyədək Azərbaycan Türkiyə iqtisadiyyatına 18 milyard, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12,5 milyard dollar sərmayə qoyub. Belə böyük ölçüdə sərmayələrin qoyuluşu bir daha iki ölkə arasındakı qardaşlığı təsdiqləyir. Çünki ancaq qardaş ölkələr bir-birilərinin iqtisadiyyatına bu qədər vəsait - yatırım qoya bilərlər. Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin bütün istiqamətlərdə uğurla genişlənməsindən məmnunluğunu bildirərək vurğulayıb: “Bildiyiniz kimi, həm siyasi, həm iqtisadi, həm də başqa sahələrdə bizim əlaqələrimiz bütün ölkələr üçün örnəkdir. Siz bilirsiniz, mən dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu, həqiqətdir. Bu, həm tarixi və etnik köklərə əsaslanan həqiqətdir, eyni zamanda, biz - iki qardaş ölkə öz siyasətimizlə bu birliyi daha da möhkəmləndirdik”.
İki qardaş ölkənin münasibətlərində hərbi-texniki sahədə əməkdaşlıq mühüm yer tutur
Qardaş ölkələr olan Azərbaycanla Türkiyə arasındakı çoxşaxəli münasibətlərdə hərbi-texniki sahədə əməkdaşlıq mühüm yer tutur. Türkiyə dünyanın ən güclü ordularından birinə və inkişaf etmiş hərbi-sənaye kompleksinə malik olan ölkələrindən biridir. Ermənistanla müharibə şəraitində yaşayan və torpaq işğalına məruz qalan Azərbaycan qardaş ölkənin hərbi sahədəki geniş imkanlarından bəhrələnir. Bunu nəzərə çatdıran Prezident İlham Əliyev “Bizim bütün sahələrdə olduğu kimi, hərbi və hərbi-texniki sahədə də işbirliyimiz, əməkdaşlığımız sürətlə inkişaf edir. Sirr deyil ki, Türkiyənin hazırda çox güclü hərbi sənaye potensialı vardır və biz də bu potensialdan faydalanırıq. Biz çox sevinirik ki, Türkiyə bu gün ən müasir silahlar, hərbi texnika istehsal edir. Biz əlbəttə ki, bu günə qədər olduğu kimi, bundan sonra da bu imkanlardan faydalanmaq istəyirik. Əminəm ki, yaxın zamanlarda Türkiyə bütün başqa sahələrdə olduğu kimi, hərbi-texniki əməkdaşlıq sahəsində də bizim üçün bir nömrəli tərəfdaş olacaqdır”, - deyə bildirib.
Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlığın əhatə dairəsi kifayət qədər genişdir. İki ölkə arasında hərbi çərçivə müqavilələri imzalanıb, hərbi təhsil sahəsində əməkdaşlığa dair razılaşmalar əldə olunub, həmçinin müdafiə sənayesi sahəsində əməkdaşlıq uğurla inkişaf edir. 2010-cu ildə “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqavilə imzalanıb və təsdiqlənib. Bundan başqa,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 fevral 2019-cu il tarixində imzaladığı müvafiq Fərmanla Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi tibb sahəsində təhsil və əməkdaşlıq haqqında Protokol təsdiqlənib.
Qeyd olunan sənədlər iki ölkə arasında hərbi sahədə əməkdaşlığı inkişaf etdirmək üçün geniş hüquqi əsaslar yaradıb. O cümlədən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən hər iki ölkənin silahlı qüvvələrinin birgə təlimlər keçirməsi artıq ənənə halını alıb. Qəbulda bildirildiyi kimi, illik plana uyğun olaraq respublikamızda hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə keçirilən birgə növbəti genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin birinci mərhələsi başa çatıb. Müdafiə Nazirliyinin məlumatına əsasən, birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib. Təəssüf doğuran haldır ki, bəhs olunan təlimlər bəzi ölkələrdə narahatlıqla qarşılanıb. Halbuki bu təlimlər hansısa bir ölkəni təhdid etmək üçün keçirilmir. Birinci mərhələsi uğurla tamamlanan təlimlərin mahiyyətinə diqqət çəkən Prezident İlham Əliyev deyib: “Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlimlər keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür”.
Yuxarıda vurğuladığımız kimi, qardaş Türkiyə Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində daim ədalətli yanaşma ortaya qoyur və ölkəmizin mövqeyini bütün platformalarda dəstəkləyir. Bəhs olunan qəbulda da bildirildiyi kimi, ötən ay Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində düşmən ölkənin silahlı qüvvələrinin törətdiyi təxribat cəhdlərini ən çox pisləyən və respublikamızın gördüyü cavab tədbirlərinə ilk və ən güclü dəstək verən ölkə məhz Türkiyə oldu. Qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, eləcə də bu ölkənin ayrı-ayrı rəsmiləri çoxsaylı açıqlamalar verərək Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını bildiriblər. Bu, Azərbaycan-Türkiyə münasibətlərinin dostluq və qardaşlığaəsaslandığını göstərən bariz nümunələrdəndir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

