Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Tovuz rayonu istiqamətindəki hərbi uğursuzluq Ermənistanı yeni təxribatlara əl atmağa və revanş götürməyə vadar edir

Tovuz rayonu istiqamətindəki hərbi uğursuzluq Ermənistanı yeni təxribatlara əl atmağa və revanş götürməyə vadar edir

18.08.2020 [09:01]

Beynəlxalq təşkilatlar işğalçı dövlətin Azərbaycanın ikinci böyük şəhərini vurmaqla hədələməsinə diqqət yetirməli və bunu nəzarətə götürməlidirlər
İşğalçılıq siyasətini dövlət siyasəti səviyyəsinə yüksəldən Ermənistanın və Dağlıq Qarabağdakı separatçı rejimin rəhbərliyi indiyədək heç bir xarici dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmayan qondarma “DQR”in varlığını zaman-zaman boğazdan yuxarı səsləndirdikləri bəyanatlarla, verdikləri sərsəm açıqlamalarla yada salmağa çalışırlar. Bu günlərdə isə separatçı rejimin qondarma başçısı Araik Aratunyan növbəti belə sərsəm açıqlama ilə gündəmə gəlib. O, Azərbaycanın Cəncə şəhərini düşmən tərəfinin hərbi birləşmələri tərəfindən vurulması ehtimalından danışıb. Təbii ki, belə bir hədə dolu açıqlama ilə çıxış etməsi qondarma rejimin başçısının öz ağlının və iradəsinin məhsulu deyil. Bunun arxasında işğalçı Ermənistanın hazırkı rəhbərliyinin diktələri dayanır. Araik Aratunyan, sadəcə, Ermənistan rəhbərliyinin, necə deyərlər, “danışan dili” funksiyasını yerinə yetirir.
Tovuz istiqamətindəki məğlubiyyət Ermənistan rəhbərliyini daxili auditoriya qarşısında çətin vəziyyətə salıb
Xəbər verildiyi kimi, iyul ayının 12-də və sonrakı günlərdə Ermənistanın silahlı birləşmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti dəfə təxribata əl atıb. Ön xəttəki mövqelərimiz düşmən qüvvələri tərəfindən qəfil artileriya atəşinə məruz qalıb. Bu təxribatları törətməkdə düşmənin məqsədi yeni mövqelərdə möhkəmlənmək olub. Ancaq düşmən qüvvələrinin niyyəti bu dəfə də baş tutmadı. 2016-2018-ci illərdə Lələtəpədə, Cünnütdə, Naxçıvanda olduğu kimi, bu dəfə də Silahlı Qüvvələrimiz Ermənistanın hərbi birləşmələrinə layiqli cavab verərək onları geri otuzdurmağa nail oldular. Şəhidlər versək də, sərhədlərimiz etibarlı şəkildə qorundu.
Tovuz istiqamətində törədilən təxribatların qarşısının ordumuz tərəfindən qətiyyətlə alınması, qarşı tərəfin böyük canlı qüvvə və texnika itkisinə məruz qalması Ermənistan rəhbərliyini daxili auditoriya qarşısında çətin vəziyyətə salıb. Nikol Paşinyan hökumətinin Ermənistan ordusunun gücləndirilməsi ilə bağlı indiyədək söylədiyi nağıl artıq bitib. Ermənistanın yerli ictimaiyyəti, ələlxüsus da övladları təxribatlarda həyatları ilə vidalaşan əsgər və zabitlərin valideynləri N.Paşinyandan, əslində siyasi sifarişlər yerinə yetirən ordu rəhbərliyindən haqq-hesab tələb edirlər. Onlar soruşurlar ki, nə üçün övladları N.Paşinyanın məntiqsiz ambisiyalarına görə həyatlarını itirməlidirlər? Ölkədə müharibə cinayətlərinə nə vaxt son qoyulacaq?
Digər tərəfdən, işğalçı Ermənistan Tovuz döyüşləri ilə bağlı xaricdəki erməni diasporundan, beynəlxalq təşkilatlardan gözlədiyi dəstəyi ala bilmədi. Bir sıra xarici ölkələr və beynəlxalq təşkilatlar Ermənistanın təxribat cəhdlərini pisləyərək Azərbaycanın haqlı mövqeyinə güclü dəstək nümayiş etdirdilər. Hətta Ermənistan rəhbərliyinin forpost dövlətin üzvü olduğu KTMT ilə bağlı xəyalları da, necə deyərlər, daşlara dəyərək çilik-çilik oldu. İşğalçı dövlət yardım üçün quruma müraciət etsə də, buna nail olmadı - KTMT Tovuz istiqmətində gedən döyüşlərlə bağlı hansısa bəyanat səsləndirmədi, baş verənlərə ümumi sözlərlə münasibət bildirdi.
Beləliklə, Araik Aratunyanın Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni vurmaq hədəsinin pərdəarxası məqamları ortadadır. Görünür, Tovuzdakı uğursuzluq Ermənistanı yeni təxribatlara əl atmağa və revanş götürməyə vadar edir. Əslində, forpost dövlətin sərsəm rəhbərliyinin başqa çıxış yolu da yoxdur.
Ermənistan Azərbaycanın yaşayış məntəqələrini və dinc sakinləri vaxtaşırı atəşə tutmaqla özünün faşist mahiyyətini dəfələrlə nümayiş etdirib
İşğalçı Ermənistanın silahlı birləşmələri Azərbaycanla müharibədə həmişə açıq döyüşlərdən qaçıb. Eyni zamanda, Ermənistan artıq Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmağa adət edib, bununla öz yırtıcı və faşist simasını dəfələrlə nümayiş etdirib. Ümumiyyətlə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bütün tarixi boyu biz müşahidə etmişik ki, düşmən ölkənin hərbi qüvvələri döyüş meydanlarında ağır məğlubiyyətə uğradıqdan sonra dinc əhaliyə qarşı hərəkətə keçiblər, şəhərlərimizi, kəndlərimizi atəşə tutublar. Müharibə hərbi qüvvələr arasında aparılır. Ermənilər isə Xocalı şəhərini yerlə-yeksan etməklə, burada 613 dinc sakini qətlə yetirməklə bütün insanlıq sərhədlərini keçiblər və humanizm dəyərlərinin onlara aid olmadığını sübuta yetiriblər. 2016-cı ilin Aprel döyüşləri də məhz bu ssenari əsasında təşkil edilmişdi. O vaxt da Ermənistan tərəfindən zəbt edilmiş mövqelərdən kəndlərimiz müntəzəm olaraq atəşə tutulurdu. Nəhayət, son Tovuz istiqamətindəki təxribatlara diqqət yetirək. Namərd güllələri bu dəfə də dinc sakinlərə tuşlanmışdı. Bu dəfə 76 yaşlı ahıl vətəndaşımız düşmən gülləsinin qurbanı oldu.
Budur, qondarma rejimin başçısı öz hamilərindən - Ermənistan rəhbərliyindən tapşırıqlar alaraq növbəti dəfə Azərbaycanın qoşunların təmas xəttindən xeyli aralıda yerləşən şəhərini vurmaq hədəsini dilə gətirib. Belə olan halda beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycanın ikinci böyük şəhərini vurmaqla hədələməsinə diqqət yetirməli və bunu nəzarətə götürməlidirlər. Ermınistan hakimiyyəti səsləndirilən iddialarla bağlı izahat verməlidir. Dünya birliyi heç bir halda Ermənistanın beynəlxalq hüquq norma və prinsiplərinə sayğısızlıq nümayiş etdirməsinə göz yummamalıdır. Eyni zamanda, bu məqamda ortaya haqlı suallar çıxır: Görəsən, ATƏT-in Minsk qrupunun həmsədrləri bu bəyanata niyə münasibət bildirmirlər? Turist diplomatiyasının nüməyəndələri hələ yay tətilindən qayıtmayıblarmı?
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 324 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31