Beynəlxalq təşkilatlar işğalçıları hədə ilə bağlı izahat verməyə məcbur etməlidirlər
19.08.2020 [08:55]
Azərbaycan Ordusu tərəfindən Tovuz rayonu istiqamətində Ermənistanın təxribatlarının qarşısının qətiyyətlə alınması, düşmənə sarsıdıcı cavab zərbələrinin endirilməsi işğalçı ölkəni çox çətin duruma salıb. Sərhəd təxribatında olduğu kimi, xarici ölkələrdəki sabotajlarında da fiaskoya uğrayan Ermənistan rəhbərliyi bu günlər çaşqınlıq içərisindədir. Xüsusilə Türkiyə ordusunun bölmələrinin ölkəmizin ərazisində Azərbaycan Silahlı Qüvvələri ilə birgə hərbi təlimlər keçirməsi rəsmi Yerevanda isterika, panika və ajiotaj yaratmaqdadır. Bu səbəbdən də işğalçı dövlətin rəhbərliyi irrasional bəyanatlar verir, intuitiv addımlar atır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, siyasi savadsızlığı ilə özünü dəfələrlə gülüş hədəfinə çevirmiş baş nazir Nikol Paşinyandan sonra işğal edilmiş Dağlıq Qarabağdakı qondarma rejimin oyuncaq başçısı Araik Arutyunyan da başından böyük danışıb və deyib ki, əgər Xankəndinə (o, Stepanakert deyib) raket və ya bomba atılsa, cavab olaraq Gəncəni (o, öz erməni xislətinə uyğun olaraq Gəncəni Kirovabad adlandırıb) vuracağıq. Bundan əvvəl isə Ermənistanın müdafiə naziri Mingəçevir SES-i vuracaqlarını iddia edirdi. Bütün bunlar bir daha onu göstərir ki, işğalçı ölkə və onun Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaratdığı qondarma rejim panika içərisindədir. Bu səbəbdən də isterik bəyanatlar verir, biri-birinin ardınca siyasi səhvlər buraxırlar. Sözsüz ki, beynəlxalq təşkilatlar, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə məsul olan ATƏT-in Minsk qrupunun həmsədrləri işğalçı qüvvələrin Azərbaycanın ikinci böyük şəhərini vurmaqla hədələməsini nəzarətə götürməli, Ermənistan hakimiyyəti hədə ilə bağlı beynəlxalq təşkilatlara izahat verməlidir. O da faktdır ki, ATƏT-in Minsk qrupunun həmsədrləri indiyədək Ermənistanın bu cür fitnəkar bəyanatlarına münasibət bildirməyib, lazımi addımlar atmayıb.
ATƏT-in Minsk qrupunun üzərinə götürdüyü öhdəlikləri uzun illərdir yerinə yetirə bilmədiyini vurğulayan baş redaktor deyib: “Həmsədr ölkələr işğalçını müdafiə edirlər. Faktlar da onu göstərir ki, həmsədr ölkələr birtərəfli mövqe tutaraq işğalçıya dəstək verirlər. Buna görə də ATƏT-in Minsk qrupu buraxılmalı, onun fəaliyyətinin yenidən təşkilinə baxılmalı, Minsk qrupunda təmsil olunan Türkiyə həmsədr ölkə qismində prosesə cəlb edilməlidir”.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

