İslam Əməkdaşlıq Təşkilatının Milli Xəbər Agentlikləri Birliyi virtual forum keçirib
21.08.2020 [09:29]
Forumda pandemiya dövründə birgəyaşayışın və tolerantlığın gücləndirilməsi yolları müzakirə olunub
Avqustun 20-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Milli Xəbər Agentlikləri Birliyi (UNA) “Pandemiya dövründə müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri arasında birgəyaşayışın və tolerantlığın gücləndirilməsi yolları” mövzusunda virtual forum keçirib.
AZƏRTAC xəbər verir ki, forumda 50-yə yaxın ölkənin milli xəbər agentliklərinin rəhbərləri və nümayəndələri, rəsmi şəxslər, diplomatlar iştirak ediblər.
İslam Dünyası Liqasının Baş katibi Məhəmməd bin Əbdülkərim əl-İsa tədbirdə rəhbərlik etdiyi təşkilatın pandemiya dövründə birgəyaşayışın və tolerantlığın gücləndirilməsi istiqamətində gördüyü işlərdən danışıb. O, həmçinin islamofobiyaya, dini radikalizmə və ekstremizmə qarşı mübarizənin gücləndirilməsinin, milli-mənəvi, dini, multikultural dəyərlərə hörmətlə yanaşılmasının önəmini vurğulayıb.
Müzakirələrlə davam edən forumda çıxış edənlər ölkələrində pandemiya dövründə multikulturalizmin, tolerantlığın və dini dözümlülüyün inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirləri diqqətə çatdırıblar.
Virtual forumda çıxış edən UNA-nın İcraiyyə Şurasının üzvü, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov Azərbaycanın tolerantlıq nümunəsinin, birgəyaşayış dəyərlərinin dünyada təbliği üçün Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə ölkəmizdə təşkil olunmuş beynəlxalq tədbirlərin, forumların əhəmiyyətindən bəhs edib. A.Aslanov bildirib ki, pandemiya səbəbindən ənənəvi tədbirlər təxirə salınsa da, insanlar virtual imkanlardan istifadə edərək forumlar keçirir və fikirlərini, təcrübələrini bölüşürlər. Qlobal böhran insanların qarşılıqlı həmrəyliyini, dostluğunu zəiflədə bilməyib, əksinə, onu müvəqqəti olaraq ənənəvi ifadə formasından virtual aləmə daşıyıb. İnanırıq ki, bəşəriyyət birgə səylərlə bu bəladan da alnıaçıq çıxacaq.
Xəbər lenti
Hamısına baxSosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11

