Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Hüquqi dövlət olan Azərbaycanda qanunun aliliyi təmin olunub

Hüquqi dövlət olan Azərbaycanda qanunun aliliyi təmin olunub

26.08.2020 [08:54]

Ölkəmizdə qanun qarşısında hamı bərabərdir və hər hansı bir vəzifəli şəxsin öz statusundan istifadə edərək qanunun tələblərinə ziddi davranışı yolverilməzdir
Məlum olduğu kimi, bütün dünyanı cənginə alan pandemiyaya qarşı mübarizə çərçivəsində ölkəmizdə mühüm işlər görülüb. Belə ki, cari ilin mart ayından Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox məhdudiyyətləri nəzərdə tutan xüsusi karantin rejimi tətbiq olunub. Eyni zamanda, Nazirlər Kabineti yanında Operativ Qərargah yoluxma və sağalma hallarında müsbət dinamikanı nəzərə alaraq avqustun 10-dan yumşaldıcı tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edib. Bununla belə, COVİD-19-la mübarizəyə ciddi təhdid yaratdığına görə kütləvi tədbirlərin, o cümlədən yas və toy mərasimlərinin keçirilməsinə qadağa qüvvədə saxlanılıb. Lakin təəssüflər olsun ki, istər Bakıda, istərsə də regionlarda bəzi hallarda qanun və qadağaların pozulması halları baş verir. Buna görə də xüsusi karantin rejiminin tələblərini pozaraq əyləncə təşkil edən, toy, yas və s. mərasimləri keçirən çoxlu sayda vətəndaş məsuliyyətə cəlb olunub. Bu günlərdə bəzi vəzifəli şəxlərin, məmurların müxtəlif toy mərasimləri təşkil etməsinə dair məlumatlar isə cəmiyyətimizdə kəskin hiddətə səbəb olub.
Yeri gəlmişkən, Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, heç kim qanundan üstün deyil. Əgər kimsə fikirləşir ki, onun yaxınları, tanışları, qohumları, yüksək vəzifəli dostları onlara kömək edəcəklər, səhv edirlər. Azərbaycan hüquqi-demokratik dövlətdir və qanun qarşısında hamı bərabərdir. Bu reallığı hamı, həmçinin bəzi akademiklər, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev də bilməli və başa düşməlidir ki, baş verənlərə görə məsuliyyət daşıyırlar. Bu günlərdə Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin övladının toyundan yayılan kadrlarda xeyli adamın iştirak etdiyi görünür ki, bu da karantin qaydalarının aşkar şəkildə pozulmasıdır. Məlumat üçün bildirək ki, karantin qaydalarını pozaraq övladına toy edən sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayev avqustun 22-də Abşeron Rayon Məhkəməsinə çağırılıblar. Hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baxılan məhkəmədə həmin şəxslər İnzibati Xətalar Məcəllənin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) təqsirləndirilərək 15 sutka müddətinə inzibati qaydada həbs ediliblər.
Onu da xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin övladının toyunda iştirak edən Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri, AMEA prezidentinin müşaviri Əli Abbasov, Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, həyat yoldaşı Aysel Adıgözəlzadə, Milli Məclisin deputatı Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva və daha 17 nəfər məsuliyyətə cəlb olunub. Həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə müxtəlif məbləğlərdə cərimə ediliblər.
Məsələyə münasibət bildirən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov deyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən koronavirus pandemiyası ilə gərgin mübarizədə dövlətimizin uğur qazanmasının mühüm şərtlərindən birini də ciddi karantin rejiminin tətbiq edilməsi, bu çətin dövrdə hər bir vətəndaşın və vəzifəli şəxslərin hüquq normalarına əsaslanan məsuliyyətinin müəyyən olunması təşkil etmişdir. O bildirib ki, pandemiya əleyhinə rejimin, sanitar-gigiyena və karantin rejimlərinin pozulmasına görə istər cinayət-hüquqi sanksiyaların, istərsə də inzibati tənbeh tədbirlərinin Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilməsi, infeksiyanın geniş yayılmasının qarşısının alinmasında sərt preventiv element kimi qiymətləndirilməlidir: “Eyni zamanda qeyd etmək lazımdır ki, dövlət başçısı dəfələrlə karantin qaydalarına birmənalı olaraq riayət edilməsinin vacibliyi və əks təqdirdə pandemiyanın ağır fəsadlara gətirib çıxara biləcəyi haqqında xəbərdarlıq etmişdir”.
Deputat təəssüflə qeyd edib ki, bütün bunlara baxmayaraq, son dövrdə qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş, bəzi hallarda kütləvi tədbirlər keçirilərək, koronavirus infeksiyasının yayılmasına münbit şərait yaradılmışdir. Bu cür tədbirlərdə tanınmış şəxslərin, dövlət yetkililərinin iştirakı əlbəttə ki, yolverilməz idi və təqsirkarların hüquqi məsuliyyətə cəlb edilməsi ilə nəticələndi. Belə hüquqi yanaşma bir daha onu təsdiq etdi ki, karantin qaydalarına əməl olunmaması ilə bağlı heç kəsin hər hansı immuniteti və ya üstünlüyü yoxdur.
“Hüquqi dövlətdə hər bir şəxs, vəzifəsindən, hüquqi statusundan, dövlət iyerarxiyasında tutduğu yerindən asılı olmayaraq, qanun qarşısında bərabərdir və məsuliyyətdən boyun qaçıra bilməz. Koronavirus pandemiyası ilə mübarızə ilk növbədə dövlətin müəyyən etdiyi qaydalara uyğun olaraq məsuliyyətli davranış tələb edir və belə davranış nümayiş etdirməyən hər bir şəxs bilməlidir ki, heç bir istisna olmadan qanunvericiliyin tələblərinə uyğun cəzalandırılacaq. Azərbaycan Respublikasının Prezidenti bu ilin 1 may tarixində Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən, açıq şəkildə bəyan etmişdir ki, “qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur, heç kimin keçmiş xidmətləri nəzərə alınmayacaq”. Ölkəmizin hər bir vətəndaşı dövlət başçısının bu sözlərindən düzgün nəticə çıxarmalıdır”, - deyə o vurğulayıb.
“Bütün dünya ölkələri, o cümlədən Azərbaycan koronavirus pandemiyası ilə mübarizəyə səfərbər olunub. Dövlətimiz tərəfindən bu istiqamətdə ardıcıl, sistemli tədbirlər həyata keçirilir. Bu günədək daxili işlər orqanları xüsusi karantin rejiminin tələblərini pozaraq əyləncə təşkil edən, toy və yas mərasimləri keçirən çox sayda şəxsi məsuliyyətə cəlb edib. Bu günlərdə isə bəzi vəzifəli şəxslərin, məmurların müxtəlif toy mərasimləri təşkil etməsinə dair məlumatlar cəmiyyətin ciddi hiddətinə səbəb olub və qınağına məruz qalıb”.
Bu fikirləri isə Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
O bildirib ki, Azərbaycan Prezidenti ölkədə qanunun aliliyinin qarantıdır, hər kəsin qanun qarşısında məsuliyyəti və cavabdehliyi ali iradənin tələbidir: “Heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və onların tələblərinə hörmətsiz yanaşa bilməz. Millət vəkilinin sözlərinə görə, koronavirusla mübarizə çərçivəsində ölkəmizdə əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox məhdudiyyətləri nəzərdə tutan xüsusi karantin rejimi tətbiq olunub. Nazirlər Kabineti yanında Operativ Qərargah yoluxma və sağalma hallarında müsbət dinamikanı nəzərə alaraq avqustun 10-dan yumşaldıcı tədbirlərin tətbiq edilməsi barədə qərar verib. Müəyyən yumşaldıcı tədbirlər görülsə də, koronavirusla mübarizəyə ciddi təhdid yaratdığına görə kütləvi tədbirlərin, o cümlədən yas və toy mərasimlərinin keçirilməsinə qoyulan qadağa qüvvədə saxlanılıb”.
Azərbaycanın hüquqi dövlət olduğunu, ölkəmizdə qanunun aliliyinin təmin edildiyini deyən deputat vurğulayıb ki, heç kim qanundan üstün ola bilməz, hamı qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır. Onun sözlərinə görə, qanunu pozanlar mütləq şəkildə məsuliyyətə cəlb edilməlidirlər və edilirlər. Hər bir şəxs mövcud reallığı, qanunların aliliyini, Azərbaycan Prezidentinin mövqeyini, ali iradəsini bilməli və başa düşməlidir ki, qanun pozuntusuna görə mütləq şəkildə cavab verməli olacaq.
Koronavirusla mübarizənin ümummilli məsələ olduğunu deyən Fatma Yıldırım vurğulayıb ki, heç kim şəxsi mənafeyi naminə, tutduğu mövqeyə, vəzifəsinə görə insanların həyatını təhlükəyə ata və onların sağlamlığına zərər gətirə bilməz.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 336 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31