Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə yeni texnikalar təqdim olunub
29.08.2020 [00:49]
Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər sırasında meliorasiya və irriqasiya sistemlərinin müasirləşdirilməsi xüsusi yer tutur. Torpaq və su ehtiyatlarından səmərəli istifadə, yeni hidrotexniki qurğuların və mütərəqqi suvarma şəbəkələrinin qurulması əkinçilik üçün geniş imkanlar açıb. Muxtar respublikada hər il meliorativ tədbirlərin miqyası genişləndirilir, yüz hektarlarla torpaq sahəsi əkin dövriyyəsinə qatılır, maddi-texniki baza gücləndirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, avqustun 28-də Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 17 adda 67 müxtəlif təyinatlı yeni maşın, texnika və avadanlıq təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Ali Məclisin Sədri yeni texnika və avadanlıqların təqdimatı münasibətilə kollektivi təbrik edərək deyib: Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında imzalanmış Texniki-İqtisadi Əməkdaşlıq haqqında Sazişə əsasən Çin Xalq Respublikasından gətirilmiş 17 adda 67 texnika və texnoloji avadanlıq bu gün Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə verilir. Ölkələrimiz arasındakı qarşılıqlı əməkdaşlıq və dostluq, ölkə prezidentlərinin səmimi münasibətləri, həyata keçirilən səfərlər Azərbaycan-Çin əlaqələrini yüksək səviyyəyə qaldırıb. Bunun nəticəsi olaraq Çin Xalq Respublikası tərəfindən 2017-ci ildə “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinə kənd təsərrüfatı texnika və avadanlıqları verilib. Bu gün isə Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 67 maşın, texnika və avadanlıq təqdim olunur. Eyni zamanda Dövlət Energetika Xidməti üçün də yeni avadanlıqlar gətirilib.
Ali Məclisin Sədri deyib: Təqdim olunan avadanlıqlar muxtar respublikada kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar açacaqdır. Çünki “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş avadanlıqlarla həm 2 min hektarlıq toxumçuluq təsərrüfatında işlər həyata keçirilir, həm də digər təsərrüfatlara köməklik göstərilir. Bu gün təqdim olunan avadanlıqlar isə muxtar respublikada meliorasiya və irriqasiya sahəsində istifadə olunacaqdır. Hazırda muxtar respublikada 62 min hektara yaxın ərazidə əkin aparılır. Son 20 il ərzində əkin sahələri 22 min hektara yaxın artırılmışdır. Qarşıda duran əsas vəzifə torpaqların su təminatını yaxşılaşdırmaq, aqrotexniki qaydada əkinlər aparmaq və mütərəqqi suvarma şəbəkələri qurmaqdır. Qrant layihəsi üzrə gətirilən müasir texnikalar kənd təsərrüfatında meliorasiya tədbirlərinin tam və keyfiyyətlə həyata keçirilməsinə imkan verəcəkdir. Ona görə də gətirilən texnikalardan səmərəli istifadə olunmalı, onların istismar qaydaları düzgün öyrənilməli və vaxtında texniki baxış keçirilməlidir.
“Yeni texnika təqdimatı keyfiyyətli və bol məhsul istehsalında əsas amildir”, - deyən Ali Məclisin Sədri bildirib ki, suvarma işləri və aqrotexniki tədbirlər də vaxtında həyata keçirilərsə, torpaqlardan bol məhsul götürülər. Bu gün muxtar respublikada yeni qapalı suvarma şəbəkələri qurulur. Yeni texnika və avadanlıqlardan həmin işlərin həyata keçirilməsində də istifadə olunacaqdır. Bütün bunlar isə kənd təsərrüfatının inkişafına mühüm töhfədir.
Ali Məclisin Sədri kollektivi bir daha təbrik edib və gətirilən texnikaların səmərəli istifadə olunacağına əminliyini bildirib.
Melioratorlardan Əfqan Musayev minnətdarlıq edərək deyib: “Yaradılan şərait qarşımızda yeni vəzifələr qoyur, məsuliyyətimiz artır. Çalışacağıq ki, bundan sonra da göstərilən qayğıya cavab olaraq işimizi daha da keyfiyyətlə quraq, kənd təsərrüfatının inkişafına öz töhfəmizi verək”.
Sonra yeni texnikalara baxış olub.
Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Yəhya Allahverdiyev yeni texnika və texnoloji avadanlıqlarla bağlı məlumat verib. Bildirilib ki, Çin istehsalı olan 5 ekskavator, 8 buldozer, 13 dəst qaynaq aparatı, 8 çalovlu yükləyici, qoşqulu və texniki yardım avtomobilləri, 3 yeraltı su və 8 susızma detektoru, 2 hava kompressoru, 6 su sərfiyyatını ölçən cihaz, 1 mobil yükləyici və digər avadanlıqlar yüksək iş əmsalına malikdir. Texniki yardım avtomobili generator, hava kompressoru, qaynaq və plazma kəsici aparatlarla təchiz olunub. Yeni texnika və texnoloji avadanlıqlar arx və kanalların qazılması, təmizlənməsi, ərazilərin hamarlanması, maşın-texnika və avtonəqliyyat vasitələrinə yerində texniki xidmət göstərilməsi, yeraltı suların və boru xətlərində su sızmalarının təyin olunması, su sərfiyyatının ölçülməsi kimi işlərin həyata keçirilməsində istifadə olunacaqdır.
Yeni texnikalar üçün Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin həyətində ümumi sahəsi 2740 kvadratmetr olan 31 yerlik yarımqapalı dayanacaq tikilib, ehtiyat hissələri anbarı yaradılıb.
Texnikalara baxışdan sonra kollektivlə görüşən Ali Məclisin Sədri deyib: Müasir texnikalar işin keyfiyyətini xeyli artıracaqdır. Çünki texnika işin yarısı deməkdir. Muxtar respublikada bundan sonra da əhali artımına uyğun olaraq əkin dövriyyəsinə yeni torpaqlar qatılmalı, eyni zamanda ixrac imkanları genişləndirilməlidir. Torpaqların əkin dövriyyəsinə qatılmasında isə texnika və texnoloji avadanlıqların rolu böyükdür. Yeni texnikalar iş şəraitinin yaxşılaşdırılması ilə yanaşı, həm də məhsul bolluğunun yaradılmasına xidmət edəcəkdir.
Ali Məclisin Sədri yeni texnikalardan səmərəli istifadə ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43

