/ / Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma aparması beynəlxalq hüquq normalarının pozulmasıdır
Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma aparması beynəlxalq hüquq normalarının pozulmasıdır
04.09.2020 [09:31]
Ekspertlərin fikrincə, beynəlxalq birlik, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın bu cinayətlərinə münasibət bildirməli, qəti və konkret tədbirlər həyata keçirməlidir
Xəbər verildiyi kimi, Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşdırma siyasətini davam etdirməkdədir. Belə ki, Suriya ermənilərindən sonra bu dəfə də Livan ermənilərinin Ermənistana miqrasiyası, oradan isə işğal edilmiş Azərbaycan ərazilərinə köçürülməsi hədəflənir. Artıq təcavüzkar Ermənistan Livandan gətirilən erməni ailələrin işğal altındakı Dağlıq Qarabağa göndərildiyini açıq şəkildə bəyan edib. Qeyd etmək lazımdır ki, 1949-cu il Cenevrə Konvensiyası və ona əlavə Protokollara zidd olan və hümanitar hüqun pozulması kimi tövsif edilən bu köçürmədə Ermənistanın əsas məqsədi süni məskunlaşdırma yolu ilə erməni əhalisinin heç vaxt yaşamadığı işğal olunan ətraf rayonların etnik strukturunu və demoqrafik vəziyyətini öz lehinə dəyişməkdir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib ki, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarda təcavüzkar Ermənistan tərəfindən qeyri-qanuni məskunlaşdırma siyasəti aparılır. O, qeyd edib ki, Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşdırma faktları ATƏT-in faktaraşdırıcı missiyalarının hesabatlarında da qeydə alınıb. Eyni zamanda, Azərbaycan tərəfi bu faktları mütəmadi olaraq beynəlxalq ictimaiyyətə çatdıraraq Ermənistanın işğalçılıq siyasətini ifşa edir. Çünki Ermənistanın bu əməlləri beynəlxalq humanitar hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə protokollarının kobud şəkildə pozulmasıdır. “Dağlıq Qarabağda köçürmə siyasəti beynəlxalq hüququn norma və standartlarına zidd şəkildə, tarixin saxtalaşdırılması kontekstində aparılır. Belə ki, işğal olunmuş ərazilərə Livan ermənilərinin süni şəkildə köçürülməsi ilə erməni əhalisinin heç vaxt yaşamadığı işğal olunan ətraf rayonların etnik strukturunu dəyişdirmək niyyəti güdülür. Beynəlxalq birlik, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın bu cinayətlərinə münasibət bildirməlidirlər. Həmsədrlərin seyrçi mövqedə olması işğalçı ölkəni bu kimi qeyri-konstruktiv əməllərə sövq edir. Ona görə də Minsk qrupunun həmsədrləri konkret mövqe nümayiş etdirməlidir”, - deyə S.Fətəliyeva vurğulayıb.
Milli Məclisin deputatı Məzahir Əfəndiyev də Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərinə əsasən Livandan olan erməni ailələrini məqsədli şəkildə yerləşdirməsini beynəlxalq hüquqa zidd olduğunu deyib. Onun sözlərinə görə, bu, Cənubi Qafqazda sülhün, əminamanlığın bərqərar olunmasını şübhə altına alır. Qeyd edək ki, bundan əvvəl də işğal altındakı ərazilərimizdə narkotiklərin qeyri-qanuni əkini, emalı və tranzitinin məhz əcnəbi miqrantlar vasitəsi ilə həyata keçirilməsinə dair sübutlar var idi: “İşğal altındakı Dağlıq Qarabağda yaradılmış qondarma rejimin başçısı Araik Arutunyan Livanda yerləşən Kilikiya katolikosluğunun rəhbəri, diaspor ermənilərinin dini lideri I Aramla danışıq əsnasında 100-150 erməni ailəsini orada yerləşdirməyə hazır olduğunu bildirib. Bütün bunlar yolverilməzdir və hesab edirəm ki, Ermənistanın qanunsuz məskunlaşma siyasətinin qarşısı qətiyyətlə alınmalıdır. Bu həm də nüfuzlu beynəlxalq təşkilatların sülh çağırışlarına maneə yaratmaq məqsədi daşıyır”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

