Səməd Seyidov: Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri daha da möhkəmlənir
09.09.2020 [09:01]
Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazandığımız uğurların ən mühüm istiqamətlərindən biri Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişafının davamlılığının qorunmasıdır. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi keçmişi var və bu münasibətlər gündən-günə inkişaf edir, bununla da hər iki ölkənin güclü irəliləyişinə təkan verir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söyləyib.
Səməd Seyidov deyib ki, müasir dövrdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş qardaşlıq əlaqələri son dövrdə daha yüksək templə inkişaf etməkdədir. Azərbaycan-Türkiyə münasibətləri Milli Məclisdə də hər zaman xüsusi olaraq qiymətləndirilib. Bununla bağlı çoxlu nümunələr var. Ən son misallar kimi mütəmadi xarakter daşıyan ikitərəfli və üçtərəfli görüşlərin keçirilməsini, qarşılıqlı olaraq vizadan azadetməni, Preferensial Ticarət Sazişini, hərbi maliyyə əməkdaşlığını və paradları, təhlükəsizlik üzrə əməkdaşlığı və s. qeyd etmək olar.
Bir sözlə, bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan-Türkiyə münasibətləri dayanmadan inkişaf edir, əməkdaşlığın yüksək səviyyəsi hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir. Qardaş ölkələr arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq daha da genişlənir və artıq yeni pilləyə keçir, ilk növbədə, hər iki ölkənin artıq güclü olan əlaqələrinin daha da möhkəmlənməsinə xidmət göstərir. Mühüm bir nümunəni qeyd edim. Prezident İlham Əliyev Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolas Piperiqkosu qəbul edərkən Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda baş verən gərginliyə toxunub. Dövlətimizin başçısı Türkiyənin Azərbaycana təkcə dost və tərəfdaş deyil, həm də qardaş ölkə olduğunu vurğulayıb və bütün məsələlərdə Türkiyənin yanında olacağımızı deyib. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Türkiyəyə səfəri zamanı ölkələrimiz arasında media qurumlarının yaxın əməkdaşlığı, birgə media platformasının yaradılması, xəbər, mütəxəssis və fikir mübadiləsinin həyata keçirilməsi, o cümlədən hər iki ölkənin sosial media vasitəsilə dünyada daha yaxından tanıdılması haqqında danışıqların aparılması mühüm əhəmiyyətə malikdir. Həmçinin Hikmət Hacıyev Türkiyənin nüfuzlu “Haber Global” telekanalında çıxışı zamanı bildirib ki, biz qardaş ölkələr olaraq birlikdə hərəkət edərək doğruları beynəlxalq təşkilatlara daha aktiv şəkildə çatdırmalıyıq. Lazım olan anda, lazımi yerdə bir-birimizə dəstək verib, xarici siyasətdə olduğu kimi, hərbi mövzularda da bir-birimizi dəstəkləməkdə davam edəcəyik. Türkiyənin bu günlər regional, beynəlxalq müstəvidə milli maraqları, xalqının mənafeyini nəzərə almaqla apardığı aktiv siyasəti görürük və bununla qürur duyuruq.
Səməd Seyidov qeyd edib ki, qardaşlıq münasibətlərinin bundan sonra daha güclü inkişaf etməsinin bariz nümunəsi sentyabrın 10-da Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin ilk rəsmi səfərinin məhz Türkiyə Respublikasına olmasıdır.
“Azərbaycan ilə Türkiyə hər zaman bir birinin yanındadır. Ən əsası, Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyası üçün də mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına da güclü təsir göstərir. Həmin qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf etməsi üçün tərəflərin güclü iradəsi və istəyi var. Qarşılıqlı səfərlər və həyata keçirilən tədbirlər də məhz belə deməyə əsas verir”, - deyə Milli Məclisin komitə sədri bildirib.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

