Azərbaycanın Xarici İşlər naziri Türk Şurasının Baş katibi ilə görüşüb
09.09.2020 [09:06]
Sentyabrın 8-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Nazir Ceyhun Bayramov Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətindən, təşkilat çərçivəsində iştirakçı ölkələrin sayının artımından, təşkilatın sonuncu zirvə görüşünün Bakıda uğurla həyata keçirilməsi və əldə olunmuş nəticələrdən, eləcə də Azərbaycanın Türk Şurası ilə əməkdaşlığından məmnunluqla danışıb. Türk Şurasının beynəlxalq və regional təşkilatlarla əməkdaşlığı və beynəlxalq platformalarda təşkilatın statusu məsələsi qeyd olunub.
Nazir Türk Şurasının Azərbaycanın təhlükəsizliyinə əsas təhdid olan Ermənistanın təcavüzkar siyasəti ilə bağlı beynəlxalq hüququn norma və prinsipləri, başda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri olmaqla, digər beynəlxalq təşkilatların qərarlarına əsaslanan prinsipial mövqeyini vurğulayaraq, bu xüsusda Baş katibə təşəkkürünü bildirib.
Bağdad Amreyev Azərbaycanın Türk Şurasında iştirakını və rolunu yüksək qiymətləndirib. Sonuncu Bakı Zirvə görüşünün təşkilatın fəaliyyətində keyfiyyətcə yeni bir mərhələ olduğunu qeyd edən Baş katib hazırda təşkilat çərçivəsində geniş spektrli məsələlər üzrə daha sıx əməkdaşlıq və inteqrasiyanın həyata keçirilməsi istiqamətində addımların atıldığını bildirib. Azərbaycanı Türk Şurasına uğurlu sədrliyi münasibətilə təbrik edən, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə həyata keçirilən və pandemiya ilə mübarizəyə həsr olunan videogörüş formatlı Zirvə Görüşü, eləcə də digər istiqamətlər üzrə həyata keçirilən videogörüşlərdən məmnunluqla bəhs edən Bağdad Amreyev Azərbaycanın növbəti sədrliyədək təşkilata rəhbərliyi müvəffəqiyyətlə davam etdirəcəyindən əminlik ifadə edib. Türk Şurasının Azərbaycanın ədalətli və beynəlxalq hüquqa əsaslanan mövqeyini hər zaman dəstəklədiyi qeyd olunub.
Görüş zamanı tərəflər, habelə Türk Şurası çərçivəsində geniş sahələr üzrə həyata keçirilən əməkdaşlıq gündəliyi üzrə, növbəti zirvə görüşünün təşkilinə dair, eləcə də təşkilatın gələcək inkişafı yolları ətrafında fikir mübadiləsi aparıblar.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

