/ / Prezident İlham Əliyev: Azərbaycan İslam aləminin birləşməsi və bəzi ölkələr arasında mövcud olan problemlərin həlli istiqamətində hər zaman öz əlavə səylərini göstərməyə hazırdır
Prezident İlham Əliyev: Azərbaycan İslam aləminin birləşməsi və bəzi ölkələr arasında mövcud olan problemlərin həlli istiqamətində hər zaman öz əlavə səylərini göstərməyə hazırdır
10.09.2020 [09:12]
Ölkəmizin İslam həmrəyliyinin möhkəmlənməsinə verdiyi töhfələr bütün müsəlman dünyasında respublikamızın nüfuzunu daha da artırıb
Azərbaycan möhkəm tellərlə öz tarixi keçmişinə, ənənələrinə, milli-mənəvi dəyərlərinə bağlı olan, bu dəyərlərin qorunub gələcək nəsillərə ötürülməsinə böyük önəm verən dövlətdir. Dünya birliyinin suveren aktoru olan respublikamızın ideoloji əsasları, daxili və xarici siyasətinin prioritetləri məhz milli dəyərlər və milli maraqlar üzərində formalaşıb. Prezident İlham Əliyev zəngin tariximizin, milli-mənəvi dəyərlərimizin qürur mənbəyimiz olduğunu dəfələrlə bəyan edib. Ölkəmizdə gənc nəslin milli ruhda və ənənəvi dəyərlər əsasında tərbiyə olunması da hər zaman diqqət mərkəzində saxlanılır. Dövlətin hərtərəfli qayğısı sayəsində cəmiyyətdə xalqımızın milli-mənəvi dəyərlərinə bağlılıq daha da güclənib.
O cümlədən respublikamızda İslam dininin dəyərlərinə böyük hörmətlə yanaşılır.
Ölkəmizdə milli dəyərlərimizin tərkib hissəsi olan dini dəyərlərimiz yüksək səviyyədə qorunur
İslam dini Azərbaycan xalqının həyatına VII əsrdən başlayaraq daxil olub və həmin dövrdən etibarən milli-mənəvi dəyərlərimizin formalaşmasında və zənginləşməsində mühüm rol oynayıb. Bu gün zəngin Azərbaycan mədəniyyətini bəşəriyyətin ən kamil irslərindən biri olan İslam fəlsəfəsindən kənarda təsəvvür etmək mümkün deyil. İslami dəyərlərdən bəhrələnən klassiklərimiz öz əsərlərində humanizm, bərabərlik, qardaşlıq, müharibəyə, şiddətə nifrət kimi ali dəyərləri tərənnüm etmişlər. Bu gün ölkəmizdə müqəddəs dinimizə aid bütün bayramlar dövlət səviyyəsində qeyd olunur. Eyni zamanda, Azərbaycan dövləti ölkə ərazisində mövcud olan dini abidələrimizin bərpasına, qorunmasına, yenilərinin yaradılmasına böyük siyasi iradə nümayiş etdirir. Bütövlükdə, milli dəyərlərimizin tərkib hissəsi olan dini dəyərlərimiz yüksək səviyyədə qorunur. Azərbaycan xalqı qürur duyur ki, İslam aləminin ən qədim məscidlərindən biri Azərbaycanda yerləşir. Söhbət Şamaxı Cümə məscidindən gedir. 743-cü ildə inşa olunan bu dini abidə Dərbənd məscidindən sonra Qafqazın ən qədim məscididir və hazırda tarixi abidə kimi qorunur. Xatırlatmaq yerinə düşər ki, bir neçə il bundan əvvəl burada əsaslı təmir işləri həyata keçirilib.
Ümumiyyətlə, son 17 ildə respublikamızda İslam dininə aid ibadət ocaqlarının tikintisi və yaxud əsaslı şəkildə yenidən qurulması ilə bağlı statistika kifayət qədər zəngindir. Əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, indi onların sayı 2250-yə çatıb. Hazırda respublikamızda 300-dən çox məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur. Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Gəncə “İmamzadə” kompleksi və onlarla digər dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilərək istifadəyə verilib. Son illərdə Şamaxı rayonunun Dəmirçi kəndindəki qədim məscidin bərpası başa çatdırılıb, Bakıda Hacı Cavad məscidi tikilib, Təzəpir məscidinin ətrafında böyük quruculuq işləri həyata keçirilib. Cənubi Qafqazda ən böyük məscid 2014-cü ilin dekabrında Azərbaycanda istifadəyə verilib və Ulu Öndər Heydər Əliyevin adını daşıyır.
Azərbaycan bütün İslam dünyasında birləşdirici missiya yerinə yetirir
Azərbaycan dövləti Prezident İlham Əliyevin siyasi iradəsi ilə ölkə daxilində müqəddəs dinimizə aid maddi və mənəvi irsin qorunub zənginləşdirilməsinə böyük önəm verdiyi kimi, İslam ölkələri arasında böyük birləşdirici missiya yerinə yetirir. Məlum olduğu kimi, bəşəriyyətə zəngin mədəni irs bəxş edən İslam sivilizasiyasına aid böyük coğrafiyada hazırda bir sıra arzuolunmaz proseslər müşahidə edilir. Dünyada bəzi dairələr, qlobal güc mərkəzləri islamofobiyanı açıq-aşkar təbliğ edirlər. Ayrı-ayrı İslam dövlətləri arasında bəhs olunan mərkəzlər tərəfindən idarə olunan konfliktlər son nəticədə həmin ölkələrin sərvətlərinin talanmasına gətirib çıxarır, eyni zamanda, sosial-iqtisadi inkişafla bağlı problemlər yaşanır. Azərbaycan İslam sivilizasiyasına aid olan ölkələrdə bu kimi problemlərin aradan qaldırılmasının tərəfdarı kimi çıxış edir. Prezident İlham Əliyev sentyabrın 7-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edərkən Azərbaycanın dünyada İslam həmrəyliyinin güclənməsinə böyük səy göstərdiyini diqqətə çatdıraraq vurğulayıb: “Bildiyiniz kimi, Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsi işinə öz töhfəsini verir və böyük səylər göstərir. Azərbaycan İslam aləminin birləşməsi və bəzi ölkələr arasında mövcud olan problemlərin həlli istiqamətində hər zaman öz əlavə səylərini göstərməyə hazırdır”.
Respublikamız müqəddəs dinimizə böyük hörmətin ifadəsi olaraq dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə xidmət edən yeni təşəbbüslər irəli sürür. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2017-ci il respublikamızda “İslam Həmrəyliyi İli” elan olunub. Son illərdə ölkəmizin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yüksək səviyyəli tədbirlərinə, dünya dini liderlərinin Zirvə görüşlərinə uğurla ev sahibliyi etməsi müsəlman aləmində qarşılıqlı anlaşmanın güclənməsinə öz müsbət təsirini göstərib. 2017-ci ilin mayında Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunları tarixə həm böyük idman bayramı, həm də dostluğun təntənəsi kimi yazıldı. Bütün müsəlman ölkələri 10 gün ərzində Bakıda öz təmsilçiləri vasitəsilə bir-birinin əlini sıxdılar.
İƏT Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən bir neçə mühüm sənəd qəbul edib
Öz növbəsində, Azərbaycanın dünyada İslam həmrəyliyinin möhkəmlənməsində fəal rol oynaması ölkəmizə böyük hörmət və nüfuz qazandırıb. Respublikamız əksər İslam ölkələri ilə yaxşı münasibətlər qurmağa nail olub. Ölkəmiz İƏT-də uğurla təmsil olunur. Bu qurum Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq siyasətini ardıcıl şəkildə pisləyir. İndiyədək İƏT Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən bir neçə mühüm sənəd qəbul edib. İslam ölkələri, həmçinin tərkibində 120 dövləti birləşdirən Qoşulmama Hərəkatı vasitəsilə də respublikamıza beynəlxalq səviyyədə güclü dəstək göstərirlər. Biz bu dəstəyin Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi ilə bağlı keçirilən səsvermədə şahidi olduq. İƏT və Qoşulmama Hərəkatı, həmçinin işğalçı Ermənistanın silahlı qüvvələrinin cari iliyulun 12-də və sonrakı günlərdə dövlət sərhədinin Tovuz istiqamətində törətdikləri təxribatları birmənalı şəkildə pisləyən sənədlər qəbul ediblər.
Erməni vandallarının işğal altındakı Azərbaycan ərazisində İslam dininə aid abidələri dağıtmaları bütün müsəlman dünyasına qarşı törədilən cinayətdir
Təxminən 30 ildir ki, Ermənistan Azərbaycana qarşı təcəvüzkarlıq siyasətini davam etdirir. Respublikamızın ərazisinin 20 faizi - Dağlıq Qarabağ və ona bitişik 7 rayonumuz işğal altındadır. İşğalçılıq siyasətini dövlət siyasəti səviyyəsinə yüksəldən Ermənistan zəbt etdiyi ərazilərdə ağılasığmaz müharibə cinayətləri törədir. Ermənistanın özündə olduğu kimi, Dağlıq Qarabağda da etnik təmizləmə siyasəti həyata keçirilib, azərbaycanlılar özlərinin dədə-baba torpaqlarından qovulublar. Ümumiyyətlə, işğalçı dövlətin silahlı birləşmələri daim dinc əhalini hədəf seçirlər, onlar açıq döyüşlərdə heç vaxt qalib gəlməyiblər.
Ermənistan silahlı qüvvələrinin vandalizm əməlləri, həmçinin xalqımızın tarix boyu yaratdığı maddi və mənəvi irsə münasibətdə təzahür edir. Ermənilər işğal altındakı ərazilərimizdə maddi, o cümlədən də dini abidələrimizi hər bir vəchlə özününküləşdirməyə çalışırlar, bu mümkün olmadıqda isə onları vəhşicəsinə dağıdırlar. Prezident İlham Əliyev zəbt olunan ərazilərdə İslam dininə aid abidələrin dağıdılmasını yalnız azərbaycanlılara qarşı deyil, bütün müsəlman dünyasına qarşı edilən cinayət kimi səciyyələndirib. “Bizə - azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib. Bizim tarixi-dini abidələrimiz Ermənistan tərəfindən dağıdılıb. Dini abidələrimiz təhqir edilib. İşğal edilmiş ərazilərdə məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və bəzi məscidlərdə hətta onlar heyvan saxlayırlar. Bu çirkin əməlləri əks etdirən bir çox video və foto sənədlər, sübutlar vardır. Onları internetdə tapmaq olar. Bu, təkcə bizə qarşı yox, bütün müsəlman dünyasına qarşı edilən cinayətdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Heç şübhəsiz, ermənilərin tarixi saxtalaşdırmaq cəhdləri əbəsdir. Dağlıq Qarabağın şəhər və kəndlərində xalqımızın yaratdığı abidələrin hamısı sənədləşdirilib və elə buna görə də ermənilərin tarixi saxtalaşdırmaq, bəhs olunan mədəniyyət nümunələrini öznünküləşdirmək cəhdləri daim fiaskoya uğrayır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

