Polşa Azərbaycanın Avropa strukturlarına inteqrasiya etmək səylərini dəstəkləyəcək
11.03.2010 [11:39]
Polşa nümayəndə heyətinin üzvlərinə Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı barədə, habelə ölkəmiz üçün əsas problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verilib. Azərbaycanın Baş naziri qeyd edib ki, bu problemin tezliklə həll edilməsi regiondakı bütün ölkələrin, o cümlədən Azərbaycan ərazisinin 20 faizini işğal etmiş təcavüzkar Ermənistanın da xeyrinə olar. Donald Tusk onu Azərbaycana rəsmi səfərə dəvət etdiyinə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib. O qeyd edib ki, Azərbaycan iqtisadiyyatı kimi, onun ölkəsinin iqtisadiyyatı da qlobal maliyyə böhranının kəskin nəticələrini hiss etməyib. Qonaq Azərbaycan paytaxtında müşahidə etdiyi tikinti və abadlıq işlərinin miqyasını yüksək qiymətləndirib.
Polşanın Baş naziri “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycanı dəstəkləməkdən söhbət açaraq bildirib ki, bu, ölkəmizə, o cümlədən Aİ ölkələri ilə viza rejiminin sadələşdirilməsi sahəsində böyük səmərə verə bilər.
Görüş başa çatandan sonra Artur Rasizadə və Donald Tusk mətbuat üçün bəyanatlarla çıxış ediblər. Azərbaycan hökumətinin başçısı Azərbaycan-Polşa əlaqələrinin tarixindən söhbət açaraq qeyd edib ki, Azərbaycanda milli sənayenin, mədəniyyətin inkişafına böyük töhfə vermiş Polşa ziyalılarının nümayəndələrinin - mühəndis Pavel Pototski, memar Yuzef Ploşka və başqalarının adlarını hörmətlə yad edirlər. O, Polşanın iş adamlarını ölkəmizin qeyri-neft sektorunun inkişafı üzrə investisiya layihələrində fəal iştirak etməyə çağırıb.
Donald Tusk ölkələrimiz arasında əməkdaşlığın müxtəlif aspektləri barədə, Azərbaycan hökumətinin başçısı ilə aparılmış danışıqlardan məmnun olduğunu bildirib.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39

