Prezident Rəcəb Tayyib Ərdoğan: Türkiyə-Azərbaycan dostluğu əbədidir
15.09.2020 [09:10]
Xəbər verildiyi kimi, sentyabrın 12-də Milli Məclisin Sədri Sahibə Qafarova İstanbulda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
AZƏRTAC xəbər verir ki, görüş imkanına görə Türkiyə dövlətinin başçısına təşəkkür edən Milli Məclisin Sədri Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Prezident Rəcəb Tayyib Ərdoğana çatdırıb.
Milli Məclisin Sədri bildirib ki, Azərbaycan və Türkiyə bütün taleyüklü məsələlərdə bir-birini dəstəkləyir və bir-birinə arxalanırlar. O deyib: “Ermənistanın iyulun 12-də Tovuz rayonu istiqamətində törətdiyi təxribatla bağlı şəxsən Sizin, Xarici İşlər naziri cənab Mövlud Çavuşoğlunun, Milli Müdafiə naziri cənab Hulusi Akarın bəyanatları Azərbaycan xalqı tərəfindən çox böyük təqdirlə qarşılandı. Biz qardaş Türkiyənin dəstəyini hər zaman hiss etmişik və bu dəstəyin birmənalı şəkildə ifadə olunmasına görə Sizə və Türkiyə hökumətinin üzvlərinə dərindən təşəkkür edirik”.
Sahibə Qafarova qeyd edib ki, bölgədə baş verən hadisələrin Türkiyə üçün doğurduğu təhdidlər ciddidir, biz bunu görürük. “Bununla belə, Türkiyə dövlətinin, ən əsası isə Zati-alinizin bu təhdidlərə qarşı qətiyyətli mövqeyiniz Azərbaycan ictimaiyyəti tərəfindən də təqdir olunur. Suriya, İraq, Liviya, Qaradəniz, Aralıq dənizi və Egey dənizində vermiş olduğunuz mücadilə türk xalqının haqlı maraqlarını qorumaq üçün verilən milli mücadilədir. Biz bunun fərqindəyik. Bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edərkən də dediyi kimi, biz Azərbaycan olaraq bu haqlı mübarizəsində qardaş Türkiyənin yanındayıq və nə olursa-olsun qardaş Türkiyə Cümhuriyyətini dəstəkləyəcəyik. Çünki Türkiyə, sadəcə, bizim strateji tərəfdaşımız deyil, qardaş dövlətimizdir. Azərbaycan və Türkiyə liderləri olaraq cənab İlham Əliyevlə Sizin aranızda mövcud olan səmimi dostluq və qardaşlıq ölkələrimiz arasında da olan münasibətlərə və dəstəyə əlavə təkan verir”, - deyə Spiker əlavə edib.
Milli Məclisin Sədri Qara dənizdə kəşf edilən təbii qaz yatağı ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğanı təbrik edib və bunun qardaş ölkənin enerji ehtiyaclarının təmin olunmasında mühüm rolunu vurğulayıb.
Öz növbəsində, Prezident Rəcəb Tayyib Ərdoğan yeni seçilmiş parlamentə uğurlar arzulayıb. Türkiyə dövlətinin başçısı onun salamlarını və ən xoş arzularını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib.
Prezident bildirib ki, Türkiyə və Azərbaycan iki qardaş ölkələrdir. “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Ölkələrimiz beynəlxalq platformalarda daim eyni mövqedən çıxış edir, taleyüklü məsələlərdə bir-birini dəstəkləyirlər. Bu günlərdə Prezident İlham Əliyevin Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən söylədiyi sözlər buna bariz nümunədir. Buna görə başda Prezident İlham Əliyev olmaqla bütün qardaş Azərbaycan xalqına bir daha təşəkkürümüzü bildiririk”, - deyə dövlət başçısı qeyd edib.
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və bundan sonra da hər zaman belə olacağını diqqətə çatdırıb.
İki ölkənin bölgədə birgə həyata keçirdikləri iqtisadi layihələrə toxunan Rəcəb Tayyib Ərdoğan bildirib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələri strateji əməkdaşlığımızın bir parçasıdır. Prezident iki qardaş ölkənin parlamentləri arasındakı münasibətlərdən də məmnunluğunu ifadə edib. O, beynəlxalq təşkilatlarda Azərbaycan və Türkiyə parlamentarilərinin birlikdə və çiyin-çiyinə fəaliyyət göstərməsi üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28

