/ / Türkdilli ölkələr arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi tarixi zərurətdən irəli gəlir
Türkdilli ölkələr arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi tarixi zərurətdən irəli gəlir
16.09.2020 [09:31]
Azərbaycan türkdilli ölkələr arasında siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrin inkişafına mühüm töhfələr verir
Türkdilli ölkələr arasında inteqrasiyanın daha da gücləndirilməsi, əməkdaşlığın genişləndirilməsi istər regional, istərsə də qlobal miqyasda mühüm proseslərdən biridir. Vurğulamaq lazımdır ki, ölkəmizin hazırda sədri olduğu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinin əsas məqsədi də türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir. Türkdilli dövlətlər ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması, hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa səy göstərilməsi, elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi, KİV arasında əlaqələrin, eləcə də daha geniş miqyasda informasiya mübadiləsinin təşviq edilməsi və hüquqi məlumatların mübadiləsinin, hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində yaxın əməkdaşlığa malik olsalar da, bu əməkadaşlıq platformasının daha da genişləndirilməsi aktual çağırışlardan biri kimi mühüm əhəmiyyətə malikdir.
Yeri gəlmişkən, Türkiyənin məşhur “Türkiyə” qəzetində dərc olunmuş Məryəm Aybikə Sinanın “Türk Dünyası Nazirliyi” sərlövhəli məqaləsi də türkdilli dövlətlər arasındakı əlaqələrin daha da intensivləşdirilməsinə həsr olunub. Türk birliyinin tarixi zərurətdən irəli gəldiyini vurğulayan müəllif qeyd edir ki, müasir dövrdə ölkələr irq, din və qohumluq əlaqələrinə əsaslanaraq bir araya gəlir, birlikdə hərəkət edir, bütün sahələrdə həmrəylik nümayiş etdirərək ortaq maraqlarını genişləndirməyə çalışırlar. Vurğulanır ki, məhz bu səbəbdən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr, türkdilli xalqlar da daxil olmaqla bütün dünyada yaşayan və sayı təxminən 300 milyona çatan türklərin birlikdə hərəkət etməsi önəmlidir. Bir müddət öncə Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstanın yeni təyin olunmuş səfirini qəbul edərkən hər sahədə Türkiyənin yanında olduqlarını bəyan etməsini böyük bir addım adlandıran M.A.Sinan bu addımın digər qardaş ölkələrdə də dəyərləndiriləcəyinə ümidvar olduğunu bildirib.
Qeyd etmək lazımdır ki, Azərbaycan hər zaman türkdilli ölkələrin inteqrasiyasında, əməkdaşlığın inkişaf etdirilməsində təşəbbüskarlığı ilə seçilir və istər iqtisadi, istərsə də siyasi platformada əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən və türkdilli ölkələr arasındakı siyasi və iqtisadi sahələrdə əlaqələrin inkişafına yönəldilmiş layihələrin əhəmiyyəti bu mənada xüsusilə seçilir. Hazırda TDƏŞ-ə sədrlik edən Azərbaycan türkdilli dövlətlərin regionda sabitliyin və sülhün qorunub saxlanılması, ölkələrimizin ərazi bütövlüyünün beynəlxalq münasibətlər sistemi səviyyəsində tanınması və qəbul olunması, BMT-nin qəbul etmiş olduğu qətnamələrdən irəli gələn məsələlərin quruma üzv ölkələr arasında yekdilliklə qarşılıqlı hörmətə dayanaraq qəbul olunması kimi məsələlərin vacibliyini daim vurğulayır. Bütövlükdə, Azərbaycan türkdilli ölkələr arasında siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrin inkişafına mühüm töhfələr verir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

