/ / Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasətinin heç bir hüquqi qüvvəsi yoxdur
Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasətinin heç bir hüquqi qüvvəsi yoxdur
18.09.2020 [09:10]
Ekspertlərin qeyd etdikləri kimi, Ermənistan Suriya və Livandan işğal olunmuş ərazilərə köçürülmüş insanları silahlı muzdlular kimi də istifadə edir
Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşdırma siyasətini davam etdirməkdədir. Belə ki, Suriya ermənilərindən sonra bu dəfə də Livan ermənilərinin Ermənistana miqrasiyası, oradan isə işğal edilmiş Azərbaycan ərazilərinə köçürülməsi hədəflənir. Artıq təcavüzkar Ermənistan Livandan gətirilən erməni ailələrin işğal altındakı Dağlıq Qarabağa göndərildiyini açıq şəkildə bəyan edib. Qeyd etmək lazımdır ki, 1949-cu il Cenevrə Konvensiyası və ona əlavə Protokollara zidd olan və hümanitar hüqun pozulması kimi tövsif edilən bu köçürmədə Ermənistanın əsas məqsədi süni məskunlaşdırma yolu ilə erməni əhalisinin heç vaxt yaşamadığı işğal olunan ətraf rayonların etnik strukturunu və demoqrafik vəziyyətini öz lehinə dəyişməkdir.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Ramil Həsən bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərinə əsasən Livandan olan erməni ailələrini məqsədli şəkildə yerləşdirməsi beynəlxalq hüquqa ziddir. Millət vəkili qeyd edib ki, bu qeyri-qanuni köçürülmə ermənilərin işğalçı, terrorçu mahiyyətini bir daha üzə çıxarır: “Ermənistanın Livan ermənilərini işğal etdiyi ərazilərimizə köçürməkdə əsas məqsədi həmin bölgədə ermənilərin sayını süni şəkildə artıraraq, ərazilərin etnik-mədəni xüsusiyyətlərinin dəyişdirilməsinə və burada yeni terror qruplaşmasının yaradılmasına nail olmaqdır. Eləcə də “ASALA” terror təşkilatının yenidən dirçəlməsi, bu təşkilatın işğal altındakı torpaqlarımızda yeni təlim düşərgələri açması və fəaliyyət göstərməsi üçün geniş imkanlar yaranır. Azərbaycan bu haqda beynəlxalq təşkilatlara və ATƏT-in Minsk qrupunun həmsədrlərinə müraciət etsə də, münaqişənin həllində vasitəçilik missiyası daşıyan bu qurum hələ ki, susur. Onların bu susqunluğu anlaşılan deyil. Beynəlxalq aləm bu məsələdə susmamalı, Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasətinin qarşısı qəti şəkildə alınmalıdır”.
Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov isə bildirib ki, işğal altındakı Azərbaycan torpaqlarına ermənilərin köçürülməsi yeni hal deyil. Ermənistanın xarici ölkələrdən peşəkar muzdlu döyüşçülərin gətirməsi hələ keçmiş prezident Serj Sərkisyanın dövründən məlum olduğunu diqqətə çatdıran F.İsmayılov qeyd edib ki, S.Sərkisyan ilk dəfə prezident seçkilərinə qatılanda seçicilərlə görüşündəki çıxışlarının birində Suriya və İraqdan 60 min PKK üzvünün Qarabağa gətirəcəyinə söz vermişdi. Onun sözlərinə görə, lakin bu sayda döyüşçünün gətirilməsindən öncə onların sosial problemlərini həll etmək lazım idi: “Ermənilər işğal altındakı ərazilərimizdə 1992-ci ildən başladıqları süni məskunlaşdırma, beynəlxalq hüququn norma və prinsiplərini, Cenevrə Konvensiyasını, müxtəlif beynəlxalq hüquqi sazişlərini qəsdən ayaq altına atırlar. Son günlər Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə Livandan ermənilərin köçürülüməsi məsələsi araşdırılarkən məlum oldu ki, Qarabağa ermənilərin iddia etdikləri kimi mülki əhali deyil, peşəkar muzdlu döyüşçülər və onların ailələri gətirilib”.
“Bu cür məskunlaşdırılma beynəlxalq hüquqda müharibə cinayəti adlandırılır. “Respublika Armeniya” saytının verdiyi məlumata görə, Livandan 20 min erməni ailəsinin gətirilməsi planlaşdırılır. Avqustun axırlarında 800 erməni İrəvan vasitəsi ilə Qarabağa gətirilib. Livandan peşəkar muzdlu döyüşçülərin Qarabağa gətirilməsinə “Hayastan” ümumerməni fondu 312 milyon dollardan çox, Qarabağın erməni icması rəhbərliyi tərəfindən 51,3 min, erməni əsilli Kim Kardaşyan isə 70 milyon dollar vəsait ayırıb. Bu vəsaitlər hesabına Qarabağda məskunlaşdırılan ermənilər Azərbaycan ordusuna qarşı vuruşacaqlar”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20

