İşğalçı Ermənistanın rəhbərliyi ardıcıl təxribat törətməklə danışıqlar prosesini pozub
23.09.2020 [09:12]
Ekspertlərin qeyd etdikləri kimi, Azərbaycan heç vaxt danışıqlar formatının dəyişməsinə razı olmayacaq, ölkəmizin oyuncaq kriminal xunta rejimi ilə heç bir təmasları ola bilməz
Cənubi Qafqaz regionunda sabitliyə təhdid yaradan Ermənistanın ölkəmizə qarşı apardığı işğalçı siyasəti davam etməkdədir. Vurğulanmalıdır ki, beynəlxalq hüququn tələblərinə məhəl qoymayan, işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməklə bağlı BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə əməl etməyən Ermənistan münaqişənin konstruktiv həllinə maneə yaratmaqla imitasiya naminə nəticəsiz danışıqların uzanmasında maraqlıdır. Fərqli təxribatçı addımları və cəfəng bəyanatları ilə gündəmə gələn Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır” kimi gülünc və əsassız bir fikir səsləndirməsi isə bu ölkənin sülh danışıqları prosesini mənasız edir. Qeyd etmək yerinə düşər ki, Azərbaycan dövləti münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsindən başqa həll yolunun olmadığını dəfələrlə bildirib. Bununla yanaşı, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında yaratdığı separatçı qurumu min bir cəhdlə tərəf kimi təqdim etməyə çalışsa da, buna nail ola bilmir. Azərbaycan heç vaxt danışıqlar formatının dəyişməsinə razı olmadığını qəti şəkildə bildirir və oyuncaq kriminal xunta rejimi ilə heç bir təmasların ola bilməyəcəyini bəyan edir.
Vurğulamaq gərəkdir ki, işğalçı Ermənistanın təxribatçı hərəkətləri bununla bitmir. Belə ki, zaman-zaman işğal altındakı Azərbaycan torpaqlarına xarici ölkələrdə yaşayan ermənilərin köçürülməsi gündəmə gəlir ki, bu da bütün beynəlxalq konvensiyalara ziddir və cinayətdir. Qanunsuz məskunlaşdırma, Şuşada qondarma rejimin dırnaqarası rəhbərinin guya andiçmə mərasiminin keçirilməsi isə açıq təxribatdır. Eləcə də cəbhənin təmas xəttində baş verən hərbi təxribatlar da Ermənistan hakimiyyətinin mənfur niyyətlərini bir daha ortaya qoyur. Bu ilin iyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törədilən hərbi təxribat, mülki vətəndaşlara qarşı terror aktları, avqust ayında isə işğalçı dövlətin ölkəmizə diversiya qrupu göndərməsi Ermənistan hakimiyyətinin həyata keçirdiyi siyasətin əyani ifadəsidir. Məqsəd danışıqları pozmaq, ondan sonra Azərbaycanı ittiham etmək və status-kvonu dəyişməz saxlamaqdır. Yeri gəlmişkən, Prezident İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına verdiyi müsahibəsində bildirib ki, Ermənistan təcavüzkar dövlətdir: “Bir daha demək istəyirəm və onlara xəbərdarlıq etmək istəyirəm ki, əgər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün nəticələr çox ağır olacaq. Onlar yeni müharibəyə hazırlaşırlar. Onların təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Biz hər şeyi görürük, hər şeyi izləyirik. Onların bütün hərəkətlərini izləyirik. Əlbəttə ki, özümüzü müdafiə edəcəyik. Necə ki, Tovuzda özümüzü müdafiə etdik, bütün başqa istiqamətlərdə özümüzü müdafiə edəcəyik. Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu. Əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq”.
Dağlıq Qarabağ münaqişəsinin indiyə qədər həll olunmamasının başlıca səbəbi Ermənistanda hakimiyyətdə olan şəxslərin riyakarlığı, yalançılığı və ikiüzlü olmalarıdır
Məsələ ilə bağlı fikirlərini bölüşən Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan televiziyalarına müsahibəsi zamanı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı fikirləri, münaqişənin indiyə qədər həll olunmamasında qaranlıq məqamlar axtaran bütün tərəflərin suallarına tutarlı cavabdır. Millət vəkili qeyd edib ki, Azərbaycan Prezidentinin bütün həqiqətləri söyləməsi rəsmi Bakının şəffaf və xalqdan heç bir gizli siyasət aparmadığını bir daha sübut etdi. İcma rəhbəri onu da vurğulayıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin indiyə qədər həll olunmamasında başlıca səbəb Ermənistanda hakimiyyətdə olan şəxslərin riyakarlığı, yalançılığı və ikiüzlü olmalarıdır: “Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsində münaqişə ilə bağlı bütün suallara cavablar var. Ermənistanda sonuncu hakimiyyət dəyişikliyindən sonra münaqişənin həlli ilə bağlı müəyyən ümidlər yaranmışdı. Paşinyan hökumət başçısı olandan sonra özündən əvvəlki hakimiyyətlərin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səhv siyasətini tənqid etməsi, münasibətlərdə yeni yanaşma siyasəti ilə bağlı mesajlar, təkcə Azərbaycanda yox həmçinin münaqişənin həllində vasitəçilik missiyası həyata keçirən ATƏT-in Misk qrupunda da yeni ümidlərə səbəb olmuşdu. Biz çox keçmədi ki, bunu əksini gördük. Münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda irəliləyişin olmaması, cəbhə xəttində baş verən erməni təxribatları Nikol Paşinyanın da sələflərinin yolu ilə getdiyini göstərdi. Hesab edirəm ki, Paşinyan sələfləri kimi, riyakar, yalançı olmasaydı, ən əsası verdiyi sözün üstündə dayansaydı bu gün münaqişənin həlli ilə bağlı tam başqa bir mənzərənin şahidi olacağdıq. Ermənistanın indiki rəhbərliyi bu məsuliyyəti dərk etmir”.
Tural Gəncəliyev qeyd edib ki, bu gün Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqlar aparılmır: “Rəsmi Bakı bəyan edib ki, Azərbaycan imitasiya naminə danışıqlarda iştirak etməyəcək və Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq niyyətində deyil. Ermənistan rəhbəri danışıqlar prosesini pozub. Onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir”.
Paşinyanın növbəti revanş cəhdi Ermənistana baha başa gələcək
Milli Məclisin deputatı Könül Nurullayeva da işğalçı Ermənistanın iyul ayında dövlət sərhədində hərbi təxribat törətməsinin əsas səbəbinin Azərbaycan Ordusunun uğurlu Günnüt əməliyyatından sonra Paşinyan hakimiyyətinin revanş götürmək cəhdi olduğunu deyib. Onun sözlərinə görə, Paşinyan baş nazir seçildiyi ilk gündən Azərbaycan Ordusunun Aprel və Günnüt zəfərlərini Sarkisyan hakimiyyətinin səhvi və uğursuzluğu kimi dəyərləndirərək, özünə haqq qazandırmağla çalışırdı. Halbuki Azərbaycan Ordusunun uğurlu Günnüt əməliyyatı məhz Paşinyan hakimiyyətə gələndən 1 ay sonra baş verdi. Deputat bildirib ki, cəmiyyət isə yeni baş nazirin özünə haqq qazandırma siyasətini qəbul etməyərək, Sarkisyandan miras qalan problemlərin həllini tələb edirdi. “Belə olan halda Paşinyan Tovuz istiqamətində revanş götürməyə çalışdı, lakin erməni ordusu bu dəfə də sarsıdıcı zərbələr alaraq geri oturduldu. Ardınca Paşinyan “qələbə” görüntüsü yaradaraq, real məğlubiyyəti ört-basdır etməyə çalışdı. Azərbaycan Prezidentinin sentyabrın 19-da yerli jurnalistlərə müsahibəsində də söylədiyi kimi, söhbət hansı qələbədən gedə bilər?! Məntiqlə yanaşsaq, “qələbə qazanan” tərəf nə üçün dəstək məqsədi ilə hərbi təşkilata (KTMT) müraciət etdi? Dövlət başçısının da söylədiyi kimi, Ermənistan iyul təxribatını törətməklə həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı müttəfiqlərinin reaksiyasını yoxlayırdı”, - deyən millət vəkili onu da əlavə edib ki, Paşinyanın növbəti revanş cəhdi, mövcud hərbi-iqtisadi “potensial”la müharibəyə başlamaq Ermənistana baha başa gələcək.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21
Siyasət
18 Sentyabr 09:45
Siyasət
18 Sentyabr 09:41
Analitik
18 Sentyabr 09:17
Ədəbiyyat
18 Sentyabr 08:59
Mədəniyyət
18 Sentyabr 08:30
Dünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04

