Ermənistanda Azərbaycana qarşı münasibət nifrət üzərində qurulub, nasizmə və faşizmə söykənir
23.09.2020 [09:24]
BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində təşkilatın 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda Prezident İlham Əliyev iki rəsmi statusda çıxış edərək bu gün beynəlxalq münasibətlər sistemində aktual olan bir sıra mühüm məsələlərə toxundu. Bu statuslardan biri BMT və Təhlükəsizlik Şurası, digəri isə beynəlxalq hüquq məsələləri ilə bağlı idi. Azərbaycan Prezidenti bu vacib məsələləri Qoşulmama Hərəkatının sədri kimi 120 ölkənin adından səsləndirdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
H.Babaoğlunun sözlərinə görə, hazırkı mürəkkəb beynəlxalq şəraitdə hüququn aliliyi və onun tətbiqi ən aktual məsələdir. Çünki bu sahədə ikili standartlar, bəzi hallarda ayrı-ayrı hegemon dövlətlərin iradəsinin beynəlxalq hüquqdan üstün tutulması hüququn gücünün yox, gücün hüququnun keçərli olduğunu əyani şəkildə göstərir. Bu isə istənilən halda beynəlxalq hüququn nizamlayıcı funksiyasını kölgədə qoymaqla BMT-nin nüfuzuna da böyük zərbə vurur. Xüsusilə BMT Təhlükəsizlik Şurasının bəzi qərarlarının icrasız qalması, həmin qərarların hətta icra mexanizmlərinin olduğu halda tətbiq edilməməsi, yaxud ayrı-ayrı hallarda bunun seçmə üsulu ilə həyata keçirilməsi əlbəttə ki, yolverilməzdir. Bu, beynəlxalq hüququn obyektivliyinə ciddi şübhələr yaradır.
Deputat vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul etdiyi 4 qətnamənin bu günə qədər icra edilməmiş qalması dediklərimizin əyani sübutudur. “Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında xüsusilə bu məsələni diqqətdə saxlayaraq bildirdi ki, bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa və onun təmin olunmasını həyata keçirə biləcək qlobal təsisatlara ehtiyacı var. Yaranmasının 75-ci ildönümündə biz BMT-nin daha da gücləndirilməsi, təsirlərinin artırılması, eləcə də Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, universal və təmsilçiliyi təmin edən orqanı kimi nüfuzunun möhkəmləndirilməsi, habelə müasir geosiyasi reallıqlara cavab verən daha demokratik, məhsuldar, səmərəli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırırıq. Bu, mühüm bir çağırış olmaqla əslində reallaşdırılacağı təqdirdə BMT-nin fəaliyyətində yeni keyfiyyət mərhələsi yarada biləcək çağırışdır. Çünki doğrudan da hazırda belə bir yenilənməyə çox böyük ehtiyac var”, - deyə o qeyd edib.
İkinci mühüm istiqamət İlham Əliyevin Azərbaycan Prezidenti kimi çıxışında öz əksini tapan fikirlər idi ki, bu çıxış bir daha beynəlxalq tribunadan Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsi kimi xarakterizə oluna bilər. Azərbaycan Prezidenti BMT Təhlükəsizlik Şurasının işğalçı Ermənistanın ordu birləşmələrinin işğal olunmuş ərazilərimizdən qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamənin olmasına baxmayaraq, işğalın hələ də davam etdiyini bildirdi. Üstəlik, hazırkı mərhələdə yeni torpaqların işğalı üçün hərbi-siyasi hazırlıq içərisində olan Ermənistanda qonşu ölkəyə münasibətin nifrət üzərində qurulduğunu, nasizmə və faşizmə söykəndiyini bildirərək qeyd etdi ki, təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik. Bölgədə təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Bu, həm beynəlxalq hüququn yerinə yetirilməsinin tələb edilməsi, həm də əl atacağı hər hansı təxribata görə Ermənistana olunan xəbərdarlıq idi. Ona görə də BMT və onun Təhlükəsizlik Şurası dərhal müvafiq qətnamələrin yerinə yetirilməsi ilə bağlı addımlar atmalı, ATƏT-in Minsk qrupunun fəaliyyəti substantiv danışıqlara köklənməlidir. Əks təqdirdə, regionda real müharibə vəziyyəti yarana bilər ki, bu da sülhün və sabitliyin qorunmasına ciddi təhdid ola bilər.
Xəbər lenti
Hamısına baxDünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35

