/ / Dünya birliyi Ermənistanın regionda sabitliyə və təhlükəsizliyə ciddi təhdid olan addımları ilə bağlı konkret mövqe bildirməlidir
Dünya birliyi Ermənistanın regionda sabitliyə və təhlükəsizliyə ciddi təhdid olan addımları ilə bağlı konkret mövqe bildirməlidir
23.09.2020 [09:26]
Azərbaycan dünya birliyinin məsuliyyətli üzvü kimi üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirir. Lakin təəssüf ki, BMT Azərbaycan torpaqlarını işğal etmiş Ermənistana qarşı beynəlxalq hüququn tələb etdiyi şəkildə sərt addımlar atmır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
Prezident İlham Əliyevin BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasdakı çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş qətnamələrin yerinə yetirilmədiyinə dair söylədiyi fikirlərə toxunan deputat bildirib ki, bu laqeydlik əslində təşkilatın fəaliyyətinə inamsızlıq yaradan amillərdən birinə çevrilib.
Soltan Məmmədovun fikrincə, beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmləndirmək, ölkələr arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək kimi mühüm vəzifələri üzərinə götürmüş bir təşkilatın qərarlarının kağız üzərində qalması anlaşılmazlıq yaradır: “Cənab Prezident də öz çıxışında bildirdi ki, BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi üçün Təhlükəsizlik Şurasında islahatların aparılmasına ehtiyac var. Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal edən Ermənistana qarşı bu günə qədər zəruri sanksiyalar tətbiq edilməməsini heç nə ilə izah etmək mümkün deyil. Bu, BMT-nin öz prinsiplərinə, qarşısına qoyduğu ali məqsədlərə, yumşaq desək, laqeydlikdir. Təəssüf ki, Azərbaycan da bir çox digər nümunələrdə olduğu kimi, bu laqeydlikdən zərər görür. Bu baxımdan, BMT-də islahatların aparılmasına ehtiyac olduğu mübahisəsizdir”.
Soltan Məmmədov son günlər Ermənistanın yeni hərbi təxribatlara hazırlaşmasına dair informasiyaların çoxaldığını xatırladaraq bildirib ki, dünya birliyi bu təcavüzkar ölkənin yarada biləcəyi yeni problemlər, regionda sabitliyə və təhlükəsizliyə ciddi təhdid olan addımları ilə bağlı aydın və konkret mövqe ifadə etməlidir. “Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır, bu ərazilərdə qanunsuz məskunlaşma siyasəti yürüdür. Yüzlərlə tarixi və mədəni abidəni məhv edir və bütün bunlar azmış kimi, müxtəlif hərbi təxribatlara əl atmaqda davam edir. Bu təxribatların nəticəsində dinc insanlar həyatını itirir, sağlamlığından məhrum olur, onların əmlakına zərər dəyir. Daha nə baş verməlidir ki, BMT qəti və sərt addımlar atsın? Hesab edirəm ki, bu sual yalnız Azərbaycanı deyil, proseslər barədə az-çox məlumatlı olan bütün dövlətləri narahat etməlidir”, - deyə o əlavə edib.
Milli Məclisin deputatı Azərbaycanın öz əhalisini qorumaq və ərazi bütövlüyünü təmin etmək üçün bütün addımları atmağa hazır və qadir olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan dövləti artıq ən yüksək tribunalardan dünyanı regionda baş verənlər və Ermənistanın mümkün hərbi təxribatları barədə məlumatlandırıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

