/ / Azərbaycanın müstəqil siyasəti və prinsipial mövqeyi: müasir çağırışlar və milli maraqlar kontekstində
Azərbaycanın müstəqil siyasəti və prinsipial mövqeyi: müasir çağırışlar və milli maraqlar kontekstində
23.09.2020 [09:26]
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində strateji əhəmiyyətə malik olan bir çox əhəmiyyətli məsələyə toxundu, Azərbaycanın müstəqil siyasəti, milli maraqlarımızın qorunması ilə əlaqədar olduqca geniş və mühüm fikirlər söylədi, ölkəmizin prinsipial mövqeyini bir daha qətiyyətlə yerli və beynəlxalq auditoriyanın diqqətinə çatdırdı.
Müstəqil siyasət milli maraqların qorunmasını təmin edən strateji faktor kimi...
Bu gün Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində müstəqil siyasət həyata keçirən güclü və nüfuzlu dövlət, həmçinin etibarlı tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs ölkəmizin maraqlarının təmin olunmasına xidmət edir, qarşıya qoyulan milli-strateji hədəflərə çatmağa imkan verir.
Ümumiyyətlə, Azərbaycanın strateji kursunun səciyyəvi xüsusiyyətlərindən biri onun müstəqil xarakter daşımasıdır. Yəni ölkəmiz hər hansı bir güc mərkəzindən, transmilli təsisatdan asılı deyil, dostluq və tərəfdaşlıq münasibətlərini hansısa geostrateji təsirə məruz qalmadan müəyyənləşdirir, ikitərəfli və çoxtərəfli münasibətlərdə, dünya siyasətində fəal təmsilçilikdə ali geosiyasi iradəsini aşkar nümayiş etdirir. Respublikamızın daxili və xarici siyasət kursunun strateji episentri milli maraqlardır. Yəni Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara əsaslanan çoxvektorlu və praqmatik xarici siyasət həyata keçirilir, qarşılıqlı faydalı, bərabərhüquqlu əməkdaşlıq prinsipi əsas götürülür.
Eyni zamanda, uğurlu strateji kurs həm ölkəmizin milli maraqlarının qorunmasında, həm də regional sabitliyin, təhlükəsizlik və inkişafın təmin olunmasında öz ifadəsini tapır. Bu isə həm beynəlxalq təşkilatlar, həm də ayrı-ayrı ölkələr, o cümlədən dünya siyasətində güc mərkəzi kimi çıxış edən milli dövlətlər tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycan qarşıdurma, rəqabət məkanı deyil, tərəfdaşlıq və əməkdaşlıq məkanıdır. Xarici siyasətimizin strateji əsaslarından biri olan bu ideya, onun konstruktiv məzmunu və real siyasi proseslərdə özünü doğrultması beynəlxalq münasibətlərin hazırkı mürəkkəb mərhələsində Azərbaycanı strateji tərəfdaşlıq üçün cazibə mərkəzinə çevirir. Nəticə etibarilə, Azərbaycana olan maraq və diqqət ölkəmizin beynəlxalq arenada qazandığı yüksək nüfuzun əyani göstəricisidir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizin güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanmasına, qarşılıqlı faydalı əməkdaşlığın inkişafına mühüm töhfələr verən dövlət kimi tanınması və qəbul olunmasını təmin edib.
Bütövlükdə, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müstəqil siyasət Azərbaycana çox böyük üstünlüklər qazandırıb, ölkəmizin tərəqqi yolunda əmin addımlarla irəliləmisini təmin edib və respublikamız qarşısında yeni perspektivlər açıb. Dövlətimizin başçısının vurğuladığı kimi, müstəqillik bizim əsas dəyərimizdir və biz nə qədər güclü olsaq, nə qədər qüdrətli olsaq, müstəqilliyimiz o qədər də möhkəm olacaqdır.
Müstəqillik dövründə milli sərvətlərimizin xalqımızın maraqlarına yönləndirilməsi Azərbaycanın tarixi nailiyyətlər əldə etməsini şərtləndirdi
Azərbaycanın müstəqil strateji kursunun çox mühüm istiqamətlərindən birini enerji siyasəti təşkil edir. Müstəqillik dövründə milli sərvətlərimizin xalqımızın maraqlarına yönləndirilməsi nəticəsində Azərbaycan tarixi nailiyyətlər əldə edərək mühüm zirvələr fəth etməyə nail olub. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu yeni neft strategiyası həm Azərbaycanın dünya iqtisadiyyatına uğurlu inteqrasiyasını, ikitərəfli, çoxtərəfli münasibətlərini uğurla inkişaf etdirməklə beynəlxalq mövqeyinin möhkəmlənməsini təmin edib, həm də ölkəmizin sosial-iqtisadi yüksəlişinə mühüm töhfələr verib. “Əsrin müqaviləsi”ndən sonra bir çox ölkəni təmsil edən müxtəlif neft şirkətləri ilə çoxsaylı sazişlərin imzalanması, yeni neft kəmərlərinin istifadəyə verilməsi bu kontekstdə çox mühüm strateji əhəmiyyətə malikdir. 2014-cü ildə yeni sazişin imzalanması ilə “Əsrin müqaviləsi”nin müddətinin 2049-cu ilə qədər uzadılması, beləliklə, böyük ehtiyatlara malik “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsində yeni dönəmə start verilməsi isə Azərbaycanın yaratdığı beynəlxalq əməkdaşlıq platformasının, həmçinin həyata keçirilən enerji strategiyasının effektivliyini əks etdirir.
O da xüsusi olaraq vurğulanmalıdır ki, ötən müddət ərzində rasional və çoxvektorlu xarici siyasət kursunun tərkib hissəsi olan praqmatik enerji strategiyasının milli maraqlara və müasir qlobal çağırışlara uyğun icra olunması nəticəsində Azərbaycan Avrasiyanın enerji xəritəsinin zənginləşməsində mühüm rol oynayır. Ölkəmiz enerji ehtiyatlarının ixracında çoxvariantlı nəqletmə sisteminə - diversifikasiya edilmiş təchizata üstünlük verir və dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilir. Eyni zamanda, ölkəmizin praqmatik enerji siyasəti regionda çoxşaxəli əməkdaşlığın dərinləşməsində strateji faktor kimi çıxış edir. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının yaradılması, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması çoxşaxəli işbirliyinin səmərəli nəticələridir.
Ümumiyyətlə, “Əsrin müqaviləsi” ilə start verilən transmilli enerji layihələrinin reallaşdırılması Xəzər hövzəsi regionunun geosiyasi statusunun yüksəlməsini, XX əsrdə geostrateji cazibə mərkəzlərindən biri olan Cənubi Qafqazın yeni yüzillikdə Avrasiyanın “heartland”ına çevrilməsini, Azərbaycanın isə müstəqil milli dövlət olaraq regional güc mərkəzi kimi çıxış etməsini şərtləndirib. Bütün bunlar deməyə əsas verir ki, ölkəmizin təşəbbüsü və liderliyi ilə geostrateji əhəmiyyətli enerji layihələrinin uğurla icra olunması bundan sonra da respublikamıza mühüm siyasi-iqtisadi dividendlər gətirəcək.Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan nefti tam şəkildə Azərbaycan xalqının maraqlarına xidmət edir və nəinki nəhəng neft-qaz layihələri, bütün başqa sahələr də. İndi Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir.
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olsa da, imitasiya naminə danışıqlarda iştirak etmək niyyətində deyil
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın xarici siyasət kursunun ən mühüm strateji prioritetlərindən biri Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaqdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə məhz bu strateji məqsəd və hədəfə uyğun olaraq hücum diplomatiyası həyata keçirilir, ölkəmizin iqtisadi potensialı, hərbi qüdrəti mütəmadi olaraq artırılır. Bunun qanunauyğun nəticəsidir ki, Azərbaycanın ədalətli və haqlı mövqeyi beynəlxalq səviyyədə dəstəklənir, bu mövqe ardıcıl olaraq daha da güclənir. Son zamanlar müxtəlif dövlətlər və təşkilatlar tərəfindən səsləndirilən bəyanatlar, qəbul edilmiş sənədlər də Azərbaycanın haqlı və ədalətli mövqeyinin dəstəklənməsinin əyani ifadəsidir. Müxtəlif qətnamə, qərar və sənədlərdə ölkəmizə qarşı gücdən istifadə edilməsi pislənilir, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bir daha təsdiq olunur, Ermənistan qoşunlarının dərhal, tam və qeyd-şərtsiz işğal olunmuş ərazilərdən çıxarılması tələb edilir.
Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olsa da, imitasiya naminə danışıqlarda iştirak etmək niyyətində deyil. Ermənistanın qeyri-konstruktiv mövqe ilə danışıqlar prosesini pozmağa hesablanmış addımlar atması heç kəsə sirr deyil. İşğalçı ölkənin yeni rəhbərliyi indiyə qədər müxtəlif formalarda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ziddiyyətli bəyanatlar səsləndirib, bu məsələ ilə əlaqədar beynəlxalq qanunvericiliyin tələblərinə uyğun olmayan çıxışlar edib. Paşinyan hakimiyyəti həm hərbi, həm də diplomatik-siyasi müstəvidə təxribatlar etməklə danışıqlar prosesini faktiki olaraq pozub. Prezident İlham Əliyevin sözügedən müsahibəsində vurğuladığı kimi: “Danışıqlar faktiki olaraq getmir. Mən demişəm ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. O demək deyil ki, biz danışıqlardan imtina edirik, ancaq o deməkdir ki, biz Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmirik. Bu görüntü naminə aparılan danışıqlarda iştirakımız o görüntünün mahiyyətinə uyğun olacaqdır. Faktiki olaraq Ermənistan rəhbəri danışıqlar prosesini pozub, pozur yox, pozub. Çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir”.
Ermənistanın qeyri-konstruktiv mövqeyi, işğal və təcavüz məhsulu olan status-kvonun saxlanmasına hesablanan manipulyasiya və təxribatları regional və qlobal təhlükəsizliyə də ciddi təhdidlər yaradır. Belə olan halda, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana ciddi təzyiq göstərilməlidir. Beynəlxalq hüquq normaları - BMT-nin nizamnaməsi, bu təşkilatın qəbul etdiyi qərar və qətnamələr, ATƏT-in Helsinki Yekun Aktı da imkan verir ki, işğalçı dövlətə qarşı xüsusi tədbirlər görülsün, hətta sanksiyalar tətbiq olunsun. Elə danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirən, status-kvonun qorunub saxlanmasında maraqlı olan işğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əməl etməməsi, hərbi təxribatlar törətməsi bu ölkəyə qarşı ciddi sanksiyaların tətbiq edilməsi üçün əsas verir.
Bütövlükdə, Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribat cəhdi və siyasi-diplomatik müstəvidə təxribatçı hərəkətləri işğalçı ölkənin münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını göstərir. Amma təcavüzkar dövlət nəzərə almalıdır ki, onun hərbi təxribat cəhdlərinin qarşısını qətiyyətlə alan Azərbaycan öz iqtisadi və hərbi qüdrətinə, yüksək beynəlxalq nüfuzuna güvənir və status-kovunun saxlanması, işğal faktının legitimləşdirilməsi cəhdlərinə dözməyəcək. Ölkəmiz beynəlxalq hüquq normalarında da təsbit olunduğu kimi, hərbi vasitələrdən istifadə edərək öz ərazi bütövlüyünü təmin edəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əgər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün nəticələr çox ağır olacaq.
Xalq-iqtidar birliyi Azərbaycanın milli gücünü artıran mühüm amildir
Nəticə etibarilə, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində Azərbaycan güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib, eyni zamanda, öz gücünə arxalanaraq ərazi bütövlüyünün təmin olunması istiqamətində qətiyyətli mövqe nümayiş etdirir. Bununla yanaşı, Azərbaycan Prezidentinin xalqın mənafeyinə əsaslanan uğurlu siyasəti, hər bir vətəndaşın rifahına, ölkənin inkişafına xidmət edən addımları bütün bu nailiyyətləri şərtləndirən strateji faktor kimi çıxış edir. Təsadüfi deyil ki, ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi dövlət başçısının uğurlu siyasətinin nəticəsidir. Dövlətimizin başçısı bəhs olunan müsahibəsi zamanı qeyd edib: “Bilirsiniz, mən hər zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti demişəm və hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir. Xalq bilməlidir nələr baş verir, hansı yerdəyik, nədir bizim siyasətimiz. Mən çıxışlarımda və media nümayəndələri ilə görüşlərimdə aktual məsələlərə aydınlıq gətirirəm və hesab edirəm ki, bu, çox vacibdir”.
Təbii ki, bütün bu müsbət reallıqlar Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir, xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəkləyir. Təsadüfi deyil ki, ictimai rəyin öyrənilməsi üzrə müxtəlif sosioloji tədqiqat mərkəzlərinin Azərbaycan əhalisi arasında keçirdiyi sorğular da ölkəmizdə vətəndaşların Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə mütləq inam və etimad bəslədiklərini, xalq-iqtidar birliyinin sarsılmaz təməllərə söykəndiyini göstərir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

