/ / Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir
Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir
25.09.2020 [08:39]
Prezident İlham Əliyev: Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik
Azərbaycan dövləti ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması üçün ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Bu kontekstdə Prezident İlham Əliyevin bütün beynəlxalq platformalardan istifadə etməklə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı respublikamızın ədalətli və prinsipial mövqeyini dünya birliyinin diqqətinə çatdırması xüsusi önəm daşıyır. Deyilənlər baxımından Prezident İlham Əliyevin sentyabrın 21-də keçirilən BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda videoformatda çıxışları da istisna təşkil etməyib. Vurğulamaq yerinə düşər ki, bəhs olunan iclasda Prezident İlham Əliyev iki rəsmi statusda - həm Qoşulmama Hərəkatının Sədri, həm də Azərbaycanın dövlət başçısı kimi çıxış edib ki, bu da respublikamızın dünya miqyasında nüfuzunun, ölkəmizə olan hörmətin, inam və etimadın təzahürüdür. Dövlətimizin başçısı BMT-nin yüksək səviyyəli tribunasından Ermənistanın güc tətbiq etməklə Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü pozmasını, işğalçılıq siyasətini bu gün də davam etdirdiyini növbəti dəfə bütün təfərrüatları ilə diqqət mərkəzinə gətirib. Prezident İlham Əliyev BMT-ni və dünya ictimaiyyətini beynəlxalq hüquqa məhəl qoymayan Ermənistanı ölkəmizə qarşı növbəti hərbi planlardan çəkindirməyə çağırış edib: “Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur
Məlum olduğu kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu formatında ABŞ-ın, Fransanın və Rusiyanın həmsədrliyi ilə danışıqlar aparılır. Danışıqlar prosesində Azərbaycan konstruktiv yanaşma ortaya qoyur, o mövqedən çıxış edir ki, danışıqlar formal xarakter daşımamalı, substantiv nəticələrə, işğal faktının aradan qaldırılmasına istiqamətlənməlidir. Ölkəmizə qarşı hərbi təcavüz siyasətinin müəllifi olan Ermənistan isə işğal nəticəsində yaranmış mövcud status-kvonun sonsuzluğa qədər davam etməsində maraqlıdır və elə bu səbəbdən də müxtəlif sərsəm, cəfəng “həll variantları” səsləndirməklə əslində danışıqlar prosesini pozub. Bu ölkənin hazırkı siyasi-hərbi rəhbərliyi bir tərəfdən danışıqlar prosesini dəstəkləməklə bağlı riyakar bəyənatılar verir, paralel şəkildə isə təcəvüzkar ritorikalar səsləndirir, yeni torpaqlar ələ keçirmək niyyətlərini dilə gətirir, hərbi planlar qurur və qoşunların təmas xəttində ardıcıl təxribatlar törədirlər.
Diqqət yetirsək, görərik ki, Ermənistan silahlı qüvvələri heç vaxt açıq döyüşlərdə qalib gəlməyiblər. Onlar həmişə müli obyektləri və dinc sakinləri hədəf alıblar. İşğalçı ölkə bu ssenarıni yenə də təkrarlayır. Belə ki, “danışıqlara sadiqik” deyən Ermənistanın hərbi birləşmələri qoşunların təmas xətti və iki ölkə arasındakı dövlət sərhədi boyunca mülki əhalini qəsdən hədəf alaraq təxribatlar törədirlər. Düşmən tərəf sonuncu belə təxribata cari il iyul ayının 12-də və sonrakı günlərdə Ermənistan-Azərbaycan sərhədinin Tovuz istiqamətində əl atıblar. Ermənistanın hərbi birləşmələrinin qəfil artileriya atəşləri nəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak olub, eyni zamanda, yaşayış evlərinə, mülki infrastruktura ciddi zərər vurulub. Bundan bir qədər sonra Ermənistanın diversiya dəstəsi təmas xəttini keçməyə cəhd göstərib. 2020-ci il avqustun 23-də həmin dəstənin başçısı Azərbaycan hərbçiləri tərəfindən ələ keçirilib. Yaxalanan erməni hərbiçisi xüsusi hazırlanmış hərbi dəstə tərəfindən azərbaycanlı hərbçilərə və mülki vətəndaşlara qarşı terror aktlarının törədilməsinin planlaşdırıldığını etiraf edib.
Son vaxtlarda dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan hərbi qüvvələri yenidən fəallaşıblar və bir neçə gün bundan əvvəl düşmənin növbəti təxribat cəhdinin qarşısını alanması əməliyyatında iştirak edən hərbiçimiz həlak olub. Ermənistanın baş nazirinin Azərbaycana qarşı hərbi əməliyyatlara qatılmağa məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış könüllülər dəstələrinin yaradılmasını bildirməsi də diqqətdən kənarda qala bilməz. Bu, Ermənistan rəhbərliyinin yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir. Bundan başqa, Ermənistanın müdafiə naziri Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələyib.
Qoşunların təmas xəttində və dövlət sərhədində ardıcıl təxribatların baş verməsinə, gərginliyin artmasına və beləliklə də, danışıqlar prosesinin dalana dirənməsinə görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Vaxtilə şirin vədlərlə hakimiyyətə gələn N.Paşinyan indi uğursuz siyasətinin girovuna çevrilib. Bu gün Ermənistan cəmiyyətində verdiyi vədlərin heç birini yerinə yetirməyən yeni hökumətə qarşı ciddi narazılıq yaranıb - N.Paşinyandan hakimiyyətdən getməsi tələb tələb olunur. Ölkəsində cərəyan edən hadisələrin fərqində olan baş nazir Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sağlam məntiqdən uzaq sərsəm açıqlamalar səsləndirməklə və qoşunların təmas xəttində təxribatlara rəvac verməklə daxili auditoriyanın ona ünvanlanan qəzəb və nifrətindən yayınmağa çalışır. Prezident İlham Əliyev işğalçı dövlətin baş nazirinin danışıqlar prosesinə ciddi zərbə vurduğuna diqqət çəkərək bildirib: “Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. O, danışıqlar prosesində əsassız şərtlər irəli sürür. Onun Azərbaycana qarşı irəli sürülmüş qəbuledilməz “yeddi şərti” tərəfimizdən rədd edilmişdir. Sülhə nail olunması üçün bizim yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmalıdır”.
Ermənistanın milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və “Azərbaycanofob” fikirlər əks olunub
İndiyədək Ermənistan işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirib. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan azərbaycanlılara qarşı Xocalı soyqırımını törədib. Bu soyqırımı zamanı uşaqlar, qocalar, qadınlar yalnız bir amilə görə - azərbaycanlı olduqlarına görə amansızcasına qətlə yetiriliblər. Ermənilər bütün beynəlxalq qanunları kobud şəkildə pozaraq işğal altındakı ərazilərimizdə ağlasığmaz vandalizm əməlləri törədiblər - təbii sərvətlərimiz talan edilib, işlək vəziyyətdə olan istehsal müəssisələri dağıdılaraq onların əmlakı Ermənistana daşınıb, yaşayış evləri yandırılıb. Ermənilər Dağlıq Qarabağda və ətraf yeddi rayonda azərbaycanlı izini itirmək üçün buradakı tarixi mədəni və dini abidələri özününküləşdirməyə çalışır, bu mümkün olmadıqda isə onları dağıdırlar. Ermənistan həmçinin işğal altındakı ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir.
Bütün bu faktlar işğalçı Ermənistanın dövlət siyasətinin hansı ideologiyadan qaynaqlandığını açıq şəkildə nümayiş etdirir. Qatı millətçilik, azərbaycanlılara qarşı nifrət aşılanması bu ideologiyanın əsas qayəsini təşkil edir. Bu kimi cəhətlərin işğalçı ölkədə yeni qəbul olunan hərbi doktrinada və milli təhlükəsizlik strategiyasında da öz əksini tapdığını deyən Prezident İlham Əliyev vurğulaytıb: “Ermənistanın rəsmi ideologiyasında “Azərbaycanofobiya” siyasəti hökm sürür. Gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır. Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və “Azərbaycanofob” fikirlər əks olunub”.
Ümumiyyətlə, işğalçı Ermənistanın dövlət siyasəti faşist ideologiyasından qaynaqlanır. Prezident İlham Əliyevin bildirdiyi kimi, nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir. Mənfur nasist general Qaregin Njdenin milli qəhrəmana çevrilməsi, onun şərəfinə Yerevanda böyük abidə ucaldılması bunun təsdiqidir. Qaregin Njdenin milli qəhrəman kimi təqdim olunması nasist ideologiyasının müasir dövrdə dövlət səviyyəsində təbliği anlamına gəlir. Çünki adıçəkilən “qəhrəman” məhz faşistlərlə işbirliyində olub, satqınlıq və cəsusluq edərək onların rəğbətini qazanıb. O, bu kimi əməllərinə görəsonralar həbs düşərgəsinə salınıb və layiq olduğu cəzasını alıb.
Azərbaycan öz ərazi bütövlüyünün və suverenliyinin təmin olunması məsələsində prinsipial mövqedən çıxış edir
Məlum olduğu kimi, BMT-də təmsil olunan bütün üzv dövlətlər qurumun Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini götürüblər. Lakin Ermənistan öz öhdəliklərini kobud şəkildə pozub və hərbi güc tətbiq etməklə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal altına alıb.
Təbii ki, Azərbaycan işğal faktı ilə heç vaxt barışmayıb və bundan sonra da barışmayacaq. Prezident İlham Əliyevin müxtəlif platformalarda dəfələrlə bəyan etdiyi kimi, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olunması və ölkəmizin ərazi bütövlüyünün təmin olunması bizim üçün bir nömrəli ümummilli məsələdir. Respublikamız münaqişənin həllində belə prinsipial yanaşmadan çıxış edərkən bir sıra fundamental amilə istinad edir. O cümlədən təkzibolunmaz tarixi faktlar və sənədlər, həmçinin beynəlxalq hüquq ölkəmizin mövqeyini gücləndirir. Ermənistan isə bu kimi fundamental arqumentlərdən məhrumdur və buna görə də forpost dövlətin mövqeyi qüsurludur. Ermənistanın apardığı siyasət separatizmə əsaslanır ki, bu da müasir dünyada qəbul olunmur. Təsadüfi deyildir ki, BMT TŞ-nin qəbul etdiyi 4 qətnamədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz geri çəkilməsi tələb olunur. Məlum sənədlərə istinad edən Prezident İlham Əliyev vurğulayıb: “Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir”.
Qeyd edək ki, digər beynəlxalq təşkilatlar da Ermənistanın işğalçılıq siyasətini pisləyən, eyni zamanda, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən sənədlər qəbul ediblər.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

