/ / Ölkədə fəaliyyət göstərən siyasi partiyaların birgə bəyanatı ictimaiyyət tərəfindən çox müsbət qarşılandı
Ölkədə fəaliyyət göstərən siyasi partiyaların birgə bəyanatı ictimaiyyət tərəfindən çox müsbət qarşılandı
01.10.2020 [09:27]
“Sentyabr ayının 27-si millət olaraq hərbi-siyasi tariximizin yenidən yazıldığı günün başlanğıcıdır. Bu yeni tarix ötən əsrin 90-cı illərində yazılan məğlubiyyətlər deyil, qalibiyyətlər, zəfərlər tariximizdir. Belə bir məsuliyyətli mərhələdə ölkəmizdə mövcud olan 52 siyasi partiyadan 50-si bəyanat imzalayaraq Azərbaycan Prezidenti İlham Əliyevin torpaqlarımızın erməni işğalından azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması, şəhidlərimizin qanının yerdə qalmaması istiqamətində atdığı addımları, nümayiş etdirdiyi qətiyyəti dəstəklədiyini bildirdi. Bu addıım xalq-iqtidar birliyinə siyasi sistemimizin daxili aktorlarının verdiyi dəstək oldu və ictimai rəydə olduqca müsbət qarşılandı”.
Bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Hikmət Babaoğlu vurğulayıb ki, Azərbaycanın ən yeni siyasi tarixinin şərəfli səhifələrinin yazıldığı bu tarixi mərhələdə Azərbaycan xalqı ilə, Ali Baş Komandanla həmrəylik nümayiş etdirə bilməyən iki siyasi partiya - “Müsavat” və Azərbaycan Xalq Cəbhəsi Partiyası isə xalqımızın iradəsinin əksinə getməklə özlərini tarixin arxivinə gömmüş oldular. Onun sözlərinə görə, bu, əslində, AXCP və Müsavat partiyalarının siyasi intiharı idi. Çünki belə həssas və məsuliyyətli, milli maraqlarımız baxımından bütün vacib əhəmiyyətli məsələlərdən daha vacib olan bir məsələdə xalqın yanında olmamaq, onun milli davasına dəstək verməmək bu siyasi partiyalar üçün intihardan başqa bir şey deyil: “Əslində, burada partiya iradəsi, yaxud ifadəsi, bəlkə də, o qədər doğru deyil. Ona görə ki, bu iki partiyada partiya adından qərar qəbul edənlər əzəldən bəri Azərbaycan siyasi sisteminə kin-küdurət, siyasi intriqa, barışmazlıq gətirən İsa Qəmbər və Əli Kərimlidir. Ötən illərin təcrübəsi də onu göstərir ki, bu məntiq doğrudur. Çünki vaxtilə bu iki şəxsin ətrafında olan çoxsaylı siyasətçi və partiya fəalları ya partiyadan kənarlaşıb, ya da siyasi fəaliyyətləri üçün başqa platforma müəyyən ediblər. Etiraf etmək lazımdır ki, onlardan daha istedadlı və rasional düşüncəli olanları xeyli uğurlar qazanaraq parlamentdə təmsil olunacaq qədər tərəfdar və səs də toplaya bildilər. Bu isə, əslində, siyasi münasibətlərimizə əlavə rəng palitrası gətirməklə siyasi sistemimizi daha da zənginləşdirib”.
“Əlbəttə ki, özündə iradə taparaq ən çətin tarixi anlarda belə xalqla, xalqın legitim siyasi iradəsi ilə bərabər olmağı bacarmayanlar siyasi səhnəni tərk etməyə məhkumdurlar. Şübhəsiz ki, bu, təəssüf yox, təqdir olunmalı hadisədir. Çünki onların yerinə siyasi sistemimizə daha konstruktiv və yeni ideyalar təqdim edə biləcək yeni gənc nəsil siyasətçilər gələcək”, - deyə Milli Məclisin deputatı Hikmət Babaoğlu əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59

