Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclis Mərkəzi Bankın idarə heyətinin üzvlərini təsdiq edib

Milli Məclis Mərkəzi Bankın idarə heyətinin üzvlərini təsdiq edib

17.03.2010 [10:38]

Milli Məclisin dünən keçirilmiş iclasında Azərbaycan Respublikası Mərkəzi Bankının idarə heyətinin yeni üzvləri təyin edilib. Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, Azərbaycan Konstitusiyasına və Milli Məclisin Əsasnaməsinə uyğun olaraq, Mərkəzi Bankın idarə heyətinin üzvlərinin adları qanunvericilik təşəbbüsü ilə Prezident tərəfindən Milli Məclisə təqdim olunub. Parlamentə daxil olmuş sənədə əsasən Mərkəzi Bankın idarə heyətinin üzvləri təyin edilməsi üçün Elman Sirac oğlu Rüstəmovun və Xəqani Sərxan oğlu Abdullayevin namizədlikləri irəli sürülüb. İclasda E.Rüstəmovun və X.Abdullayevin fəaliyyəti barədə məlumat verilib.
Komitə sədri ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Mərkəzi Bankın həyata keçirdiyi uğurlu pul-kredit siyasəti, son vaxtlar dünyada hökm sürən maliyyə böhranının iqtisadiyyatımıza təsirinin az olması və bu istiqamətdə görülən işlər nəticəsində əldə edilən nailiyyətlər barədə də fikirlərini açıqlayıb. Deputatların rəy və təklifləri dinlənildikdən sonra E.Rüstəmovun və X.Abdullayevin Mərkəzi Bankın idarə heyətinin üzvlüyünə namizədlikləri təsdiq edilib.
Paylaş:
Baxılıb: 1044 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30