Milli Məclisin payız sessiyasının ilk iclası keçirilib
01.10.2020 [09:34]
Sahibə Qafarova: Bu gün Azərbaycanın zəfər salnaməsinə yeni tarixi səhifələr yazılır
Sentyabrın 30-da Milli Məclisin 2020-ci ilin payız sessiyası öz işinə başlayıb. Milli Məclisin Sədri Sahibə Qafarova sessiyanı açıq elan edib və dövlət himni səsləndirilib.
Əvvəlcə spiker payız sessiyasının başlanması münasibətilə deputatları təbrik edib və parlamentin qarşıdakı fəaliyyətinin səmərəli olmasını arzulayıb.
Sonra Sahibə Qafarova Ermənistanın Azərbaycana təcavüzü nəticəsində cəbhə bölgəsində gərginləşən vəziyyətdən söz açıb. O qeyd edib ki, bu gün Azərbaycanın zəfər salnaməsinə yeni tarixi səhifələr yazılır. Erməni silahlı qüvvələrinin hərbi təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusunun həyata keçirdiyi genişmiqyaslı əks-hücum əməliyyatı davam edir. Sentyabrın 27-dən bəri Azərbaycanın işğal altında olan bir sıra yaşayış məntəqələri azad edilib, strateji yüksəkliklər ordumuzun nəzarəti altına keçib. Düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük ziyan vurulub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Biz bunu elə şəkildə həll etməliyik ki, tarixi ədalət bərpa edilsin və Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun.
Sonra Sədr düşmən təxribatı barəsində səhih məlumatların dünya ictimaiyyətinə çatdırılması, erməni faşizminin iç üzünü və çirkin mahiyyətini ifşa etmək üçün parlament diplomatiyasının imkanlarından geniş istifadə edildiyini vurğulayıb. Milli Məclisin Sədri kimi son günlərdə 88 ölkənin parlamentinə və 11 beynəlxalq təşkilata 138 məktub göndərildiyini, Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop, Pakistan İslam Respublikası Senatının Sədri Məhəmməd Sadiq Sancrani, Qazaxıstan Respublikası Parlamenti Məclisinin Sədri Nurlan Niqmatulin, ATƏT-in Parlament Assambleyasının Sədri Georgi Tsereteli ilə şəxsən telefonla danışdığını, Türkiyənin TRT-Xəbər televiziya kanalına canlı yayımda müsahibə verdiyini açıqlayıb. Bütün bu məktub və danışıqlarda, müsahibələrdə erməni silahlı qüvvələri tərəfindən törədilən planlı təxribatın, mülki insanların və obyektlərin atəşə tutulmasının beynəlxalq hüquqa zidd, Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü və güc tətbiqi olduğunu bildirdiyini diqqətə çatdırıb.
S.Qafarova çıxışında qeyd edib ki, Türkiyə Böyük Millət Məclisində təmsil olunan 4 siyasi partiya birgə bəyanat verərək, Ermənistanın Azərbaycana qarşı hərbi hücumlarını pisləyib. Bununla əlaqədar olaraq Mustafa Şentopa, həmçinin İtaliya və Almaniya parlamentlərində fəaliyyət göstərən Azərbaycanla dostluq qruplarının üzvlərinə xalqımızın haqq işini dəstəklədiklərinə görə məktub göndərilib və Azərbaycan parlamenti adından minnətdarlıq ifadə olunub.
Sahibə Qafarova çıxışının sonunda bildirib ki, bu gün bütün Azərbaycan xalqı öz dövlətinin yanındadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bərqərar olmuş səriştəli və məsuliyyətli idarəçilik sistemi, iqtidarla xalq arasında mövcud olan sarsılmaz birlik Dağlıq Qarabağ məsələsinin birdəfəlik həllini təmin edəcək.
Sonra spiker 6-cı çağırış Milli Məclisin ilk sessiyalarının yekunlarına dair hesabatı təqdim edib. Qeyd olunub ki, ötən dövrdə parlament öz fəaliyyətini Prezident İlham Əliyevin martın 10-da parlamentin birinci iclasında proqram xarakterli nitqində verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində qurub və önəmli nəticələr əldə edib. 2020-ci ilin yaz və növbədənkənar sessiyalarında parlamentin 23 iclası keçirilib, 164 qanun və qərar, o cümlədən 2 Konstitusiya Qanunu qəbul edilib. Milli Məclis ölkənin ictimai-siyasi və iqtisadi həyatında baş verən bütün mühüm məsələlərə öz münasibətini bildirib.
Sahibə Qafarova onu da vurğulayıb ki, sessiyalararası dövrdə - iyulun 7-də Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevin iştirakı ilə Milli Məclisdə təmsil olunan siyasi partiyaların sədrləri və nümayəndələri ilə “Azərbaycanda yeni siyasi konfiqurasiya: pandemiya dövrü və yeni çağırışlar” mövzusuna həsr edilən videokonfrans formatında görüş keçirilib. O, siyasi dialoq, milli dövlətçilik məsələləri ətrafında əməkdaşlıq mühitinin möhkəmlənməsi, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması baxımından görüşün əhəmiyyətini vurğulayıb.
Sonra Sahibə Qafarova çıxışında deyib ki, bu yaxınlarda Milli Cəbhə Partiyası və Respublikaçı Alternativ Partiyası dövlət qeydiyyatına alınıb və bununla da Milli Məclisdə təmsil olunan siyasi partiyaların sayı 11-ə çatıb. O, bu münasibətlə həmin partiyaların təmsilçiləri olan millət vəkilləri - Razi Nurullayevi və Erkin Qədirlini təbrik edib, onlara parlament fəaliyyətlərində uğurlar diləyib.
Sahibə Qafarova iclasda yay ayları ərzində Milli Məclisin cari fəaliyyətinin ardıcıl olaraq davam etdirildiyini dilə gətirib və görülən işlərdən söz açıb. Qeyd olunub ki, ötən dövrdə Milli Məclisin Aparatı və İşlər İdarəsi haqqında Əsasnamə hazırlanaraq təsdiq edilib. Milli Məclisin İntizam komissiyası haqqında hazırlanan Əsasnamə bu yaxınlarda parlamentin müzakirəsinə çıxarılacaq. İnzibati binada olan iclas salonlarına “İstiqlal”, “Qarabağ”, “Odlar yurdu”, “Xəzər” kimi milli adlar verilib ki, bu da xalqımızın və dövlətimizin tarixi-mədəni irsinin yaşadılmasına və nəsildən-nəsilə ötürülməsinə kiçik töhfə olacaq.
Sahibə Qafarova onu da diqqətə çatdırıb ki, son günlər cəbhədə yaranmış vəziyyətlə əlaqədar olaraq sentyabrın 27-də təcili olaraq Milli Məclisin iclası keçirilib, “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı təsdiq edilib.
Parlamentin Sədri daha sonra elektron parlament quruculuğu çərçivəsində görülən işlərdən danışıb, Milli Məclisin arxivində saxlanan bütün sənədlərin elektron formata keçirildiyini, televiziya və fotoarxivlərin rəqəmsal sistemə salındığını bildirib. Sədr deyib ki, Milli Məclisin fəaliyyətini izləyən jurnalistlər üçün bütün lazımi avadanlıqla təmin olunmuş otaqlar ayrılıb. Yeni fotostudiya yaradılıb, brifinqlərin keçirilməsi və millət vəkillərinin müsahibələrinin verilməsi üçün müasir standartlara uyğun otaq hazırlanıb. Milli Məclisin fəaliyyətinin işıqlandırılması üçün İctimai televiziyada həftədə bir dəfə efirə gedəcək, 45 dəqiqəlik veriliş formatı müəyyənləşdirilib.
Sonra Sahibə Qafarova parlament Aparatında və İşlər İdarəsində aşkara çıxarılan çatışmazlıqların aradan qaldırılmasından və tətbiq edilən yeniliklərdən də danışıb.
Parlamentin spikeri sentyabr ayı ərzində qardaş Türkiyəyə və Rusiya Federasiyasına etdiyi rəsmi səfərlərdən danışıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, TBMM-in sədri Mustafa Şentop, ticarət naziri xanım Ruhsar Pekcan, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Xarici İşlər naziri Sergey Lavrov və digər rəsmi şəxslərlə keçirilən görüşlərdən aldığı təəssüratları deputatlarla bölüşüb.
Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb. Sahibə Qafarova bildirib ki, gündəliyə 22 məsələ daxil edilib.
Əvvəlcə Milli Məclisin 2020-ci ilin payız sessiyası üçün qanunvericilik işləri planı müzakirə edilib. Milli Məclisin komitə sədrləri Musa Quliyev, Zahid Oruc, deputatlardan Qüdrət Həsənquliyev və Cavid Osmanov işlər planı ilə bağlı təkliflərini bildiriblər. 14 bənddən ibarət sənəd səsə qoyularaq qəbul edilib.
Gündəliyin ikinci məsələsi olan - deputat Eldar Quliyevin Milli Məclisin Hesablayıcı komissiyasının üzvü seçilməsi haqqında qərar layihəsi də səsvermə yolu ilə təsdiqlənib.
Sahibə Qafarovanın təqdimatından sonra “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin Qərarında dəyişiklik edilməsi barədə qərar layihəsi də səsə qoyularaq qəbul edilib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqlarının qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib. Gömrük orqanları arasında yeni çağırışları özündə ehtiva edən, əqli mülkiyyət obyektlərində əməkdaşlığın inkişafına xidmət edən sənəd qəbul edilib.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikasının Kuba Respublikasında (Havana şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” sənədi şərh edib. Komitə sədri Azərbaycanı hər zaman özünə dost hesab edən bir ölkədə - Kubada səfirliyin açılmasının məntiqli bir qərar olduğunu diqqətə çatdırdı və koronavirus pandemiyası dövründə Kuba həkimlərinin ölkəmizə təmənnasız dost yardımını əsirgəmədiklərini dilə gətirib. Sonra sənəd səsə qoyularaq təsdiqlənib.
Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı Əmək Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədləri təqdim edərkən qanun layihəsinin ölkə Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 30 dekabr 2019-cu il tarixli Fərmanına uyğunlaşdırıldığını bildirib. Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu dörd qurum - Dövlət Məşğulluq Agentliyi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Sosial Xidmətlər Agentliyi yaradılmış və nizamnamələri təsdiq edilmişdir. Yeni publik hüquqi şəxslərin yaradılması həmin qurumların fəaliyyətində inzibati idarəçilikdən əhaliyə xidmət modelinə keçidi, onların daha çox ictimai əhəmiyyətli və vətəndaşların sosial məsələlərinin praktik müstəvidə operativ həllinə yönəlik funksiyalarının genişlənməsini təmin edəcəkdir. Qeyd olunub ki, sözügedən sənədlər bu fərmanlara uyğun olaraq hazırlanıb və qanunlarda “müvafiq icra hakimiyyəti orqanı” sözlərinin “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz olunması təklif olunur. Bu da onunla bağlıdır ki, qeyd olunan qanunlarda nəzərdə tutulan səlahiyyətləri publik hüquqi şəxs həyata keçirəcəkdir. “Dövlət qulluğu haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən isə “dövlət orqanı” anlayışından onun Dövlət Sosial Müdafiə və İşsizlikdən sığorta fondlarının büdcəsindən maliyyələşdirilməsi müddəası çıxarılır. Sənəd səsə qoyularaq qəbul edilib.
İclasda Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə təklif olunan dəyişiklikləri təqdim edərək bildirib ki, sənəd “Publik hüquqi şəxslər haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2019-cu il 12 iyul tarixli qanunun icrası ilə əlaqədar hazırlanıb.
Sonra iclasda Əli Hüseynlinin təqdimatında “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” yubiley medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihələri birinci oxunuşda şərh edilib. Əli Hüseynli çıxışında, həmçinin Azərbaycan dəmir yolunun inkişaf tarixindən danışıb, eləcə də səfərbərlik məsələsinə toxunub. Qeyd edib ki, Azərbaycan vətəndaşları hazırkı şəraitdə döyüşə gedib torpaqlarımızın işğaldan azad olunması üçün müvafiq dövlət qurumuna müraciət edirlər. Komitə sədrləri Siyavuş Novruzov, Qənirə Paşayeva, deputatlardan Fazil Mustafa, Etibar Əliyev, Sahib Alıyev, Aqil Abbas sənədlərlə bağlı fikirlərini bildirdilər. Əli Hüseynli bu medalların təsis olunması ilə bağlı deputatları maraqlandıran suallara aydınlıq gətirdikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq təsdiqlənib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini birinci oxunuşda parlamentin müzakirəsinə təqdim edib. Parlamentin komitə sədri Siyavuş Novruzov, deputatlardan Məlahət İbrahimqızı, Asim Mollazadə, Tahir Kərimli ölkəmizdə tikinti sahəsində mövcud problemlərdən danışıblar. Sonra sənəd qəbul olunub.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə birinci oxunuşda “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə məlumat verdikdən sonra layihə qəbul olunub.
Milli Məclisin Sədri Sahibə Qafarova qeyd edib ki, gündəliyə daxil edilən növbəti 4 məsələ - Vergi Məcəlləsində, “Təhsil haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” və “Sosial müavinətlər haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə sənədlər ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olub. Bu sənədlər “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2018-ci il 10 dekabr tarixli Fərmanına uyğunlaşdırma xarakteri daşıyır. Müzakirələrdən sonra həmin sənədlər qəbul olunub.
Fasilədən sonra davam edən iclasda spiker Sahibə Qafarova məlumat verib ki, səhər iclasında deputat Eldar Quliyev Milli Məclisin Hesablayıcı komissiyasının üzvü seçilmişdi. Fasilə müddətində komissiya üzvləri iclas keçirərək, Eldar Quliyevi Milli Məclisin Hesablayıcı Komissiyasının sədri seçiblər. Spiker bu münasibətlə Eldar Quliyevi təbrik edib, ona yeni işində uğurlar arzulayıb.
Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Sosial müavinətlər haqqında” qanuna təklif edilən dəyişiklikləri birinci oxunuşda təqdim edərək bildirib ki, bu sənəd də əvvəlkilər kimi “Övladlığa götürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Fərmanına uyğun olaraq, valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsini stimullaşdırmaq və uşaqları övladlığa götürən ailələri dəstəkləmək məqsədilə hazırlanıb. Bu məqsədlə yeni bir sosial müavinət növü - övladlığa götürülən uşağa görə müavinət müəyyən edilir, onun təyinedilmə şərtləri və qaydaları, bununla bağlı digər məsələlər tənzimlənir. Bildirilib ki, müavinət valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaşarası uşağı, o cümlədən 0-18 yaşarası sağlamlıq imkanları məhdud uşağı övladlığa götürən şəxsə övladlığa götürülən hər bir uşağa görə (uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında) təyin ediləcək və bu müavinətin ödənilməsi uşağın 18 yaşı tamam olanadək davam edəcək. Müavinət uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında uşağı övladlığa götürən şəxsə və ya onlardan birinə təyin edilir.
Komitə sədri Qənirə Paşayeva, deputatlardan Fəzail Ağamalı, Vüqar Bayramov, Bəhruz Məhərrəmov valideyn himayəsindən məhrum olmuş uşaqların hər zaman dövlətimiz tərəfindən diqqət mərkəzində olduğunu dilə gətirib, layihənin əhəmiyyətini vurğulayıblar. Müzakirələrdən sonra sənəd birinci oxunuşda qəbul olunub.
Əmək və sosial siyasət komitəsinin üzvü Rauf Əliyev Əmək, Cinayət və İnzibati Xətalar Məcəllələrinə, “Uşaq hüquqları haqqında” qanuna təklif edilən dəyişiklikləri birinci oxunuşda təqdim edərkən bildirib ki, layihə “Gənclər siyasəti haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğunlaşdırma xarakteri daşıyır. Sənəd 18 yaşına çatmamış şəxslərin mənəvi-əxlaqi tərbiyəsinin və sağlam gəncliyin formalaşması istiqamətində kompleks tədbirlər keçirilməsini, uşaqlara tütün məmulatları və alkoqollu içkilərlə bərabər energetik içkilərin satışının, onların idman-mərc oyunlarında iştirakının qadağan edilməsi sahəsində məhdudiyyətləri ehtiva edir. Layihə səsvermə yolu ilə təsdiq edilib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Mülki Prosessual, Cinayət, Miqrasiya və İnzibati Xətalar Məcəllələrə, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlara (birinci oxunuş) təklif edilən dəyişikliklərin “Vergi Məcəlləsinə dəyişiklik edilməsi barədə” 30 noyabr 2018-ci il tarixli qanun layihəsinə uyğunlaşdırma məqsədi ilə hazırlandığını bildirib. O deyib ki, layihə Vergi Məcəlləsinə yeni “məcburi nişanlanma ilə nişanlanmalı olan mallar” anlayışının daxil edilməsi ilə bağlıdır. Məcburi nişanlama malların uçotdan yayındırılmasının, saxta məhsulların bazara daxil olmasının qarşısının alınması məqsədilə onlara xüsusi kodun və digər qoruyucu elementlərin vurulmasıdır. Bu anlayışın artıq qanunvericiliyə daxil edilməsi ilə əlaqədar olaraq Cinayət Məcəlləsinin iqtisadi fəaliyyət sahəsində olan cinayətlər fəslində və İnzibati Xətalar Məcəlləsinin Gömrük qaydaları əleyhinə olan inzibati xətalar fəslində müvafiq cinayət tərkibini və inzibati xətanı nəzərdə tutan maddələrin həm adına, həm də dispozisiyasına uyğunlaşdırma məqsədilə dəyişikliklər təklif edilir. Vergi Məcəlləsinə yeni 1.4-cü maddənin əlavə edilməsi və bununla da verginin hüquqi rejiminin həm də məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunması ilə əlaqədardır. Dəyişikliyə görə bu haqların toplanması mərkəzləşdirilərək İqtisadiyyat Nazirliyinin Vergi xidmətin həvalə olunmuşdur. Nizami Səfərov Mülki Prosessual Məcəllənin müvafiq maddəsində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlərin dairəsi müəyyən edilib. Qeyd edilən məcəllələrə müvafiq maddələrin yeni redaksiyada verilməsində məqsəd həm uyğunlaşdırma, həm də sosial sığorta, tibbi sığorta və işsizlikdən sığorta sahəsində nəzarətin gücləndirilməsi və bu yığımların daha effektiv toplanmasına nail olmaqdır. Deputat Hikmət Babaoğlunun sənədlə bağlı fikirləri dinlənildikdən sonra layihə səsə qoyularaq qəbul edilib.
İclasda gündəlikdə olan digər məsələlər də müzakirə edilərək qəbul olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

