Azərbaycan bütün cəbhələrdə qalibdir
02.10.2020 [09:15]
Sentyabrın 27-də, bazar günü səhər saat 6-da işğalçı Ermənistan bir çox sərhədyanı kəndlərimizi intensiv atəşə tutaraq dinc sakinlərə, mülki və hərbi obyektlərə ciddi ziyan vurmaqla, əslində, Azərbaycana qarşı yeni müharibəyə başladı. Müharibənin ilk günü cərəyan edən hadisələrin xronikasının təhlili onu deməyə əsas verir ki, Azərbaycan təkcə hərbi sahədə deyil, diplomatiya sahəsində də üstünlüyü ələ aldı və Ermənistanın işğalçı olduğunu, onun son təcavüzünün əsl mahiyyətini növbəti dəfə beynəlxalq arenaya tutarlı faktlarla çatdıra bildi.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev həmin gün - sentyabrın 27-də Azərbaycan xalqına müraciət edərək bir daha bəyan etdi ki, Qarabağ Azərbaycandır!: “Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Müharibənin elə ilk anından etibarən Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyən dost və qardaş ölkələrdən dəstək bəyanatları, zənglər və teleqramlar gəlməyə başladı. Məsələn, qardaş Türkiyənin bütün dövlət və hökumət rəsmiləri bəyanatlar verərək Azərbaycanı dəstəklədilər və Ermənistandan təcavüzkar hərəkətləri dərhal dayandırmağı tələb etdilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə telefonla zəng edib, Ermənistanın hərbi təxribatı nəticəsində Azərbaycan mülki şəxslərinin və hərbi qulluqçularının həlak olması ilə əlaqədar dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verdi, həyatını itirənlərə Allahdan rəhmət dilədi. Rəcəb Tayyib Ərdoğan həmişə olduğu kimi, bu gün də Türkiyənin Azərbaycanın yanında olduğunu vurğuladı. Türkiyə parlamentinin spikeri Mustafa Şentop isə bəyan etdi ki, Ermənistan - terrorçu dövlət olmaqla təkcə Azərbaycan üçün yox, bütün region üçün sülhə təhlükədir.
Bundan başqa, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar “Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmalıdır”, - deyə bəyan etdi.
Türk Şurası da Qarabağdakı son vəziyyətlə bağlı bəyanat yaydı. Qurumun Baş katibi Bağdad Amreyev qarşıdurmalarda şəhid olanlarla bağlı Azərbaycan xalqına başsağlığı verdi və yaralılara şəfa dilədi. Bu arada, TÜRK PA-dan da Azərbaycana dəstək bəyanatı gəldi. Belə ki, baş katib Altınbek Mamayusupov Azərbaycanın Dağlıq Qarabağ bölgəsində hərbi gərginlikdən narahatlığını ifadə edərək, çoxsaylı itkilərlə nəticələnən Azərbaycanın yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmasını qınadı. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə və ATƏT-in Minsk qrupu tərəfindən dəstəklənən danışıqlar prosesinə xələl gətirəcək hər hansı təhrikedici bəyanat və addımların qəbuledilməzliyini vurğuladı.
Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi uğrunda apardığı haqlı mübarizəsinə növbəti dəstək müsəlman dövlətlərindən gəldi. Bizə dost və qardaş ölkə olan Pakistanın Xarici İşlər naziri Azərbaycanın dinc əhalisinin yaşadığı kəndlərinin erməni silahlı qüvvələri tərəfindən intensiv şəkildə atəşə tutulmasını ciddi şəkildə qınayan və Dağlıq Qarabağ konfliktində Azərbaycanın mövqeyini müdafiə edən açıq bəyanat verdi. Yeri gəlmişkən, sentyabrın 29-da Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin etimadnaməsini qəbul edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Biz Azərbaycanın ərazi bütövlüyü məsələləri ilə bağlı Pakistanın qətiyyətli mövqeyinə görə minnətdarıq. Pakistan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə görə Ermənistanı tanımayan ölkədir. Bu, qardaşlığın əsl nümayişidir. Bütün hallarda Pakistan həmişə bizim yanımızdadır və mən buna görə minnətdaram. Sizdən ölkənizin Xarici İşlər nazirinə mənim minnətdarlığımı çatdırmağınızı xahiş etmək istəyirəm. Bildiyiniz kimi, Pakistanın Xarici İşlər naziri bu yaxınlarda Ermənistanın ölkəmizə qarşı təxribatı ilə bağlı bəyanat vermişdir. Bu bəyanat bizim haqq işimizi tam dəstəkləyir”.
Əfqanıstanın Xarici İşlər Nazirliyi Ermənistan ilə Azərbaycan arasında davam edən toqquşmalara görə narahatlığını, bu münaqişə nəticəsində insan tələfatı və maddi itkilərlə əlaqədar təəssüfləndiyini bildirdi. Əfqanıstan Xarici Siyasət İdarəsinin saytında dərc edilmiş sənəddə deyilir: “Dağlıq Qarabağ regionu beynəlxalq aləmdə Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Əfqanıstan Dağlıq Qarabağın işğalına son qoyulmasını tələb edir, Azərbaycan xalqının, Azərbaycan hökumətinin və dünyanın digər ölkələrinin bununla əlaqədar səylərini dəstəkləyir”.
Azərbaycana növbəti dəstək bəyanatları isə keçmiş sovet respublikalarından gəldi. Ukrayna Ali Radası sədrinin birinci müavini Ruslan Stefançuk bildirdi ki, ölkəsi ilk gündən Azərbaycanın ərazi bütövlüyünü və onun bərpa olunmasını dəstəkləyir. O qeyd etdi ki, rəsmi Kiyevin mövqeyi beynəlxalq hüququn tələblərinə, suverenlik və ədalət prinsiplərinə əsaslanır: “Bizim ərazi bütövlüyümüz də separatizmdən əziyyət çəkir. Bu mənada biz dost Azərbaycanın bu ağrılı problemini yaxşı başa düşürük. Azərbaycan Respublikasının ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir, ərazi bütövlüyünün pozulmasını və Azərbaycan torpaqlarının işğalını qətiyyətlə pisləyirik”.
Litvanın Xarici İşlər naziri Linas Linkyaviçyus və Latviyanın Xarici İşlər naziri Edqars Rinkeviçs də Ermənistanın Azərbaycana qarşı təcavüzündən narahatlıqlarını bildirən bəyanatlar yaydılar.
Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya qonşuların daxili işinə qarışmır. Ermənistanın ən çox dəstək gözlədiyi təşkilat isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) idi. KTMT hərbi əməliyyatlarla bağlı sentyabrın 28-də açıqlama yaydı. Qurumun baş katibi Aleksandr Zasın adından yayılan açıqlamada təşkilatın Dağlıq Qarabağda vəziyyətin eskalasiyası ilə bağlı ciddi narahatlıq keçirdiyi ifadə olundu.
Onu da qeyd edək ki, dünyanın aparıcı dövlətlərinin liderləri, beynəlxalq təşkilatların rəhbərləri, nüfuzlu siyasi xadimlər bu günlər Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edirlər. Məsələn, sentyabrın 27-də Fransa prezidenti Emmanuel Makron Prezident İlham Əliyevə telefonla zəng edib. Telefon söhbəti zamanı dövlətimizin başçısı sentyabrın 27-də Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən və davam edən hərbi təxribatla bağlı hadisələrin gedişi barədə məlumat verərək qeyd edib ki, Ermənistanın Azərbaycan silahlı qüvvələrinin mövqelərini və cəbhə xətti boyu yerləşən yaşayış məntəqələrimizi ağır artilleriya silahlarından atəşə tutması nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olub, Azərbaycan Silahlı Qüvvələri buna cavab olaraq uğurlu əks-hücum əməliyyatları həyata keçirir. Azərbaycan Prezidenti bildirib ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür.
Sentyabrın 29-da Almaniya Kansleri Angela Merkel də Prezident İlham Əliyevə telefonla zəng edib. Angela Merkel Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın baş verməsi ilə bağlı ölkəsinin narahatlığını ifadə edib və hadisələrin gedişi ilə maraqlanıb. Dövlətimizin başçısı qeyd edib ki, sentyabrın 27-də, səhər saatlarında Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərək, ağır artilleriya qurğularından təmas xətti boyu yerləşən hərbi birləşmələrimizi, şəhər və kəndlərimizi atəşə tutması nəticəsində iki gün ərzində hərbçilərimiz, 10 mülki şəxs, o cümlədən iki uşaq həlak olub, 29 mülki şəxs yaralanıb, 150 yaşayış evi dağıdılıb. Azərbaycan tərəfi əks-hücum əməliyyatına başlayıb.
Prezident İlham Əliyevlə BMT-nin Baş katibi Antonio Quterreş arasında isə videokonfrans formatında görüş olub. Azərbaycan Prezidenti sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təxribatla bağlı hadisələrin gedişinə dair məlumat verib. Qeyd olunub ki, sentyabrın 27-də Ermənistan təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutub və bunun nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olublar. Azərbaycan tərəfi özünümüdafiə məqsədilə uğurlu əks-hücum əməliyyatları həyata keçirir. Videokonfrans formatında keçirilən görüşdə Azərbaycanla BMT arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər də müzakirə olunub.
Yeri gəlmişkən müsəlman dünyasında nüfuzlu dövlətlərdən biri olan İndoneziya Parlamentinin Milli Oyanış Partiyası fraksiyası da Azərbaycan dövlətinin haqlı mövqeyini müdafiə edən bəyanat yayıb. Bəyanatda deyilir: “Biz Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyirik”.
Göründüyü kimi, dünya dövlətləri Cənubi Qafqazda təhlükəsizliyə təhdid mənbəyi kimi qalmaqda davam edən Dağlıq Qarabağ münaqişəsinin həllinə böyük diqqət göstərirlər. Eyni zamanda, Azərbaycanın haqlı mövqeyini müdafiə edən dövlətlərin və təşkilatların sayı günü-gündən artmaqdadır. Bu isə təsadüfi deyil. Ölkəmiz bu dəstəyi həyata keçirilən uğurlu xarici siyasət nəticəsində əldə edib. Məhz bunun nəticəsində Azərbaycan bütün cəbhələrdə Ermənistana qalib gəlib.
İlkin ƏLİYEV,
Gənc Politoloqlar Mərkəzinin sədri
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09

