Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü tam bərpa edəcək
03.10.2020 [08:53]
Prezident İlham Əliyev: Dünyanın ali beynəlxalq qurumu olan BMT-nin nizamnaməsində göstərilir ki, hər bir dövlətin özünümüdafiə haqqı var və biz bundan istifadə edirik, özümüzü müdafiə edib, əks-hücum əməliyyatına keçib bu gün düşmənə sarsıdıcı zərbələr endiririk
Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olunması Azərbaycan üçün bir nömrəli ümummilli məsələdir. Respublikamız o mövqedən çıxış edir ki, təcavüzkar dövlət olan Ermənistanın silahlı qüvvələri ölkəmizin işğal altındakı ərazilərindən geri çəkilməli, Dağlıq Qarabağda və ətraf 7 rayonda Azərbaycanın suveren hüquqları təmin olunmalıdır. Güclü ordu amili Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllinə belə prinsipial yanaşmasında özünəinam hissini daha da artırır. Müxtəlif beynəlxalq platformalardan istifadə edərək münaqişə ilə bağlı əsil həqiqətləri dünya ictimaiyyətinə çatdıran Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, münaqişə sülh yolu ilə ədalətli həllini tapmayacağı təqdirdə ölkəmiz ərazi bütövlüyünü öz ordusunun gücü ilə təmin etmək əzmindədir. İndi məhz həmin an gəlib çatıb.
Xəbər verildiyi kimi, sülh çağırışlarına məhəl qoymayan Ermənistan sentyabrın 27-də səhər saatlarında qoşunların təmas xəttində növbəti genişmiqyaslı təxribata əl atıb. Buna cavab olaraq Azərbaycan Ordusunun komandanlığı tərəfindən Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə qərar qəbul edilib. Şübhə yoxdur ki, Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü tam bərpa edəcək. Prezident İlham Əliyev Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşündəki çıxışında Silahlı Qüvvələrimizin ölkənin ərazi bütövlüyünün təmin olunması uğrunda döyüşlərə başlamasını yüksək dəyərləndirib. “Mən artıq demişəm, bir daha demək istəyirəm ki, bu qanlı döyüşlər bizim üçün, bütün Azərbaycan xalqı üçün həqiqət anıdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Tarixi həqiqət, beynəlxalq hüquq, haqq-ədalət Azərbaycanın tərəfindədir
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində prinsipial yanaşmadan çıxış edərkən iki mühüm amilə əsaslanır. Bunlar tarixi faktlar və beynəlxalq hüquqdur. Əvvəlcə tarixi faktlar barədə söhbət açaq. İşğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” deyiminin arxasında heç bir tarixi fakt, sənəd, arxeoloji, maddi və mənəvi dəlil-sübut dayanmadığına görə bu ifadə adi söz yığınından başqa bir şey deyil və sırf daxili auditoriyaya hesablandığı aydın şəkildə görünür. Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” deyimi isə qısa müddətdə bir növ aforizmə çevrilib. Çünki burada həqiqət var. Dövlətimizin başçısı bu fikiri məhz tarixi həqiqətlərə istinad edərək dilə gətirib. Məlum olduğu kimi, Qarabağ aran və dağlıq hissələrdən ibarət olmaqla bütöv bir vəhdət təşkil edir. Burada yüzilliklər boyunca formalaşan və bu günümüzədək gəlib çatan məişət ənənələri, toponimlər, folklor nümunələri dağlıq və aran Qarabağın aborigen sakinlərinin məhz azərbaycanlılar olduğunu təsdiqləyir. Prezident İlham Əliyev bildirib ki, biz tarixi ədaləti bərpa edirik. “Qarabağ bizim doğma, əzəli, tarixi torpağımızdır. Qarabağ xanlığının tarixinə baxmaq kifayətdir ki, hər kəs görsün, Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, qurub, yaradıb. Bizim müqəddəs ocağımız Şuşa şəhəri azərbaycanlılar tərəfindən salınıb. Bu gün işğal altında olan torpaqlar bizim tarixi torpaqlarımızdır. Bizim işimiz haqq işidir. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik, buna bizim haqqımız çatır, bunu edirik və edəcəyik”.
Qarabağın tarixən Azərbaycana məxsus olduğunu göstərən digər sübut tarixi sənədlərdir. Düzdür, ermənilər Dağlıq Qarabağdakı azərbaycanlılara məxsus maddi-mədəniyyət abidələrini özününküləşdirdikləri, bu mümkün olmadıqda isə dağıtdıqları kimi, arxivlərdəki tarixi sənədləri də onlara xas olan tərzdə şərh etməyə çalışırlar. Ancaq fakt faktlığında qalır. Qeyd edək ki, son vaxtlarda Prezident İlham Əliyev müxtəlif beynəlxalq platformalarda Dağlıq Qarabağın tarixinə aid sənədləri geniş şəkildə şərh edib. Həmin sənədlərlə hər kəs internet resurslarında asanlıqla tanış ola bilər. Zamanında Qarabağ xanlığının Rusiya imperiyasının tərkibinə daxil edilməsi ilə bağlı tarixi sənədləri xatırladan Prezident İlham Əliyev vurğulayıb: “Qarabağ xanlığının tarixi ilə əlaqədar materiallar var. Qarabağ xanlığının Rusiya imperiyasına daxil edilməsi ilə əlaqədar məlumatlar var. Kürəkçay sülh müqaviləsi haqqında məlumatlar var. Kürəkçay sülh müqaviləsini bir tərəfdən bağlayan İbrahim Xəlil Xan şuşalı və qarabağlı, - müqavilədə belə də yazılmışdır, - şuşalı və qarabağlı İbrahim Xəlil Xan. Digər tərəfdən çar Rusiyasının generalı imzalamışdır. Kürəkçay sülh müqaviləsində erməni xalqı haqqında bir kəlimə də yoxdur. Bu, nəyi göstərir? Onu göstərir ki, o vaxt orada erməni əhalisi olmayıb, ondan sonra köçürülüb. Ondan sonra onlar artıq orada yerləşiblər və sonra bizə qarşı ərazi iddiaları qaldırıblar”.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda Azərbaycanın mövqeyini gücləndirən digər mühüm amil beynəlxalq hüquqdur. Ermənistan Dağlıq Qarabağda və oraya bitişik digər Azərbaycan ərazilərində ilhaq siyasəti aparıb və oyuncaq, separatçı rejim qurub. Təsadüfi deyil ki, beynəlxalq birlik qondarma “DQR”-i qəbul etmir və tanımır. Hətta Ermənistanın özü belə oyuncaq rejimi tanımağa cəsarət etmir. İndiyədək BMT, ATƏT, İƏT, Qoşulmama Hərəkatı, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar qəbul etdikləri çoxsaylı sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə dəstəklərini ifadə ediblər. Bəhs olunan çıxışında “Bizim davamız haqq davasıdır. Biz tarixi nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərdən, ədalət nöqteyi-nəzərdən haqlıyıq”, - deyən Prezident İlham Əliyev BMT-nin nizamnaməsinə istinad edərək vurğulayıb: “Dünyanın ali beynəlxalq qurumu olan BMT-nin nizamnaməsində göstərilir ki, hər bir dövlətin özünümüdafiə haqqı var və biz bundan istifadə edirik, özümüzü müdafiə edib, əks-hücum əməliyyatına keçib bu gün düşmənə sarsıdıcı zərbələr endiririk”.
Azərbaycanın Silahlı Qüvvələri bütün döyüş tapşırıqlarını şərəflə yerinə yetirir
Güclü ordu Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın prinsipial mövqe tutmasını şərtləndirən çox mühüm amil qismində çıxış edir. Məlum olduğu kimi, müharibə şəraitində yaşayan Azərbaycanda son 17 ildə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, ordunun peşəkar kadrlarla təchizatı, döyüş hazırlığının artırılması dövlət siyasətinin prioritet istiqamətini təşkil edib və hər il büdcədən qeyd olunan məqsədlər üçün böyük həcmlərdə vəsait ayrılıb. Qürurverici haldır ki, bu gün Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Prezident İlham Əliyev Azərbaycanda güclü ordu yaradıldığını qürurla nəzərə çatdıraraq vurğulayıb: “Azərbaycan Ordusu kifayət qədər güclü ordudur, təchiz edilmiş ordudur”.
Ordumuzun güclənməsinin məntiqi nəticəsi olaraq qoşunların təmas xəttində üstünlük bizim tərəfə keçib. Getdikcə güclənən Azərbaycan Ordusu düşmənin qoşunların təmas xəttində planlı şəkildə törətdiyi təxribatlıarın qarşısını qətiyyətlə alır. Xatırladaq ki, 2016-cı və 2018-ci illərdə keçirilən hərbi əməliyyatlar nəticəsində böyük ərazilər işğalçılardan azad olunub. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazi düşmən qüvvələrindən təmizlənib. Hazırda Ermənistandan Dağlıq Qarabağa gedən yola nəzarət olunur.
Diqqət yetirsək, görərik ki, Ermənistan silahlı qüvvələri heç vaxt ordumuzla açıq döyüşlərdə qalib gəlməyiblər. Onlar həmişə müli obyektləri və dinc sakinləri hədəf alıblar. İşğalçı ölkə planlaşdıraraq həyata keçirdiyi təxribatları son vaxtlarda daha da intensivləşdirib. Düşmənin hərbi birləşmələrinin cari il iyul ayının 12-də və sonrakı günlərdə Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində qəfil artilleriya atəşləri nəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak olub, eyni zamanda, yaşayış evlərinə, mülki infrastruktura ciddi zərər vurulub. Məhz ordumuzun rəşadəti sayəsində düşmənin bu qəfil hücumunun qarşısı qətiyyətlə alındı. Bundan bir qədər sonra Ermənistanın diversiya dəstəsi təmas xəttini keçməyə cəhd göstərib. 2020-ci il avqustun 23-də həmin dəstənin başçısı Azərbaycan hərbçiləri tərəfindən ələ keçirilib. Yaxalanan erməni hərbiçisi xüsusi hazırlanmış hərbi dəstə tərəfindən azərbaycanlı hərbçilərə və mülki vətəndaşlara qarşı terror aktlarının törədilməsinin planlaşdırıldığını etiraf edib. Bundan sonra Ermənistan hərbi qüvvələri Tovuz rayonu istiqamətində yenidən fəallaşıblar və düşmənin növbəti təxribat cəhdinin qarşısının alanması əməliyyatında iştirak edən hərbiçimiz həlak olub. Ermənistanın baş nazirinin Azərbaycana qarşı hərbi əməliyyatlara qatılmağa məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış könüllü dəstələrinin yaradılmasını bildirməsi də diqqətdən kənarda qala bilməz. Bu, Ermənistan rəhbərliyinin yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir. Bundan başqa, Ermənistanın müdafiə naziri Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələyib.
Düşmən ölkənin silahlı qüvvələri qoşunların təmas xəttində sonuncu planlaşdırılmış təxribatı sentyabrın 27-də törədib. Belə ki, həmin gün saat 06:00 radələrində işğalçı ölkənin hərbi birləşmələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və artilleriya qurğularından intensiv atəşə tutub. Yuxarıda bildirdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Əks-hücum əməliyyatının uğurla davam etməsi Azərbaycanın Silahlı Qüvvələrinin 30 il hökm sürən ədalətsizliyə son qoyacağına əminliyi daha da artırır. Bunu nəzərə çatdıran Prezident İlham Əliyev “Mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Orduda ruh yüksəkliyi var. Siz də bunu yaxşı bilirsiniz. Cəmiyyətdə ruh yüksəkliyi var”, - deyə vurğulayıb.
Bu məqamda onu da qeyd edək ki, Azərbaycan cəmiyyəti əks-hücum əməliyyatına başlanılmasını böyük ruh yüksəkliyi ilə qarşılayıb. Xalqımız ölkəmizin ərazi bütövlüyünün təmin olunması məqsədilə atılan addımlarda Prezident, Ali Baş Komandan İlham Əliyevə və Silahlı Qüvvələrimizə böyük dəstək nümayiş etdirir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

