/ / Milli Məclisin deputatı Hikmət Babaoğlu: Fransa ATƏT-in Minsk qrupunun həmsədrliyindən istefa verməlidir
Milli Məclisin deputatı Hikmət Babaoğlu: Fransa ATƏT-in Minsk qrupunun həmsədrliyindən istefa verməlidir
03.10.2020 [09:00]
“Azərbaycan Ordusunun Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizi azad etməsi istiqamətində həyata keçirdiyi əməliyyatlar beynəlxalq hüququn təminatçısı qismində çıxış etməli olan ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi Fransada qeyri-adekvat reaksiya doğurub”. Bunu SİA-ya “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Hikmət Babaoğlunun sözlərinə görə, uzun illərdir, problemin həlli üçün BMT Təhlükəsizlik Şurasından mandat almış və missiyası münaqişəni sülh yolu ilə həll etmək olan bu həmsədr ölkə ötən dövr ərzində heç bir real addım atmayıb: “İndi isə Fransa münaqişənin həlli istiqamətində real addımlar atıldıqda və beynəlxalq hüququn tətbiqi ilə bağlı Azərbaycan öz suveren hüququndan istifadə etdikdə tərəf kimi çıxış etməyə başladı. Bəlli oldu ki, ötən müddət ərzində ATƏT-in Minsk qrupunun uğursuzluqlarının əsasında məhz Fransanın davranışları durur. Bu gün Fransa işğalçı ölkənin müttəfiqi kimi çıxış etməklə problemin həllinə maneçilik törədir. E.Makronun etdiyi çağırışlar bir daha sübut edir ki, Fransa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə münasibətdə neytrallığını itirib, ona görə də dərhal həmsədrlikdən istefa verməlidir, ya da Minsk qrupu institutu onun ATƏT-in Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılması ilə bağlı dərhal qəti addımlar atmalıdır. Sərgilənən bu cür mövqe Fransa Prezidenti Emmanuel Makronun timsalında bu ölkədə beynəlxalq hüquqa münasibətdə ikili standartların tətbiq olunduğunun göstəricisidir və beynəlxalq hüququn tələblərini qəbul edə bilməyən bir ölkənin bundan sonra ATƏT-in Minsk qrupunun həmsədrlərindən olmağa mənəvi haqqı yoxdur. Ona görə də işğalçı ölkə tərəfindən çıxış edən Fransanın mütləq prosesdən uzaqlaşdırılması beynəlxalq hüququn və sabitliyin təmin olunması üçün vacib şərt kimi ortaya çıxıb”.
Xəbər lenti
Hamısına baxDünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35

