Bahar Muradova: Azərbaycan Ordusunun başlatdığı bu zəfər yürüşü bizi hədəfimizə çatdıracaq
03.10.2020 [09:05]
İnanırıq ki, Azərbaycan Ordusunun başlatdığı bu zəfər yürüşü bizi öz hədəfimizə çatdıracaq, ərazi bütövlüyümüzü bərpa edəcək və doğma yurdundan didərgin düşmüş insanların haqqını özlərinə qaytaracaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova oktyabrın 2-də keçirdiyi mətbuat konfransında deyib.
B.Muradova bildirib ki, beynəlxalq ictimaiyyətə komitənin adından etiraz bəyanatı göndərilib, bu məsələyə biganə qalmamaq məsləhət görülüb, lakin gözləntilərin bəziləri özünü doğrultmayıb.
“Ermənistan öz arsenalında olan demək olar ki, bütün silahlardan istifadə edərək Azərbaycana qarşı növbəti təcavüz aktı reallaşdırmağa çalışırdı. Bu döyüşdə də hər zaman olduğu kimi, mülki əhali, xüsusilə də insanların kütləvi toplaşdığı müəssisələr, həmçinin məktəblər, xəstəxanalar, məcburi köçkünlər üçün yeni tikilmiş qəsəbələrin hədəfə alınması onların öz xislətində, əməllərində müsbət mənada heç bir inkişafın olmadığını göstərir. Bu faktlar ermənilərin cinayətkarlığa meyillərini daha da “zənginləşdirir”. Əlbəttə ki, düşmənin təmas xəttinə yaxın yerlərdə və ondan xeyli uzaqda yerləşən, qaçqın və məcburi köçkünlərin məskunlaşdığı əraziləri, qəsəbələri seçməsi xüsusilə qeyd olunmalıdır”, - deyə komitə sədri bildirib.
Qeyd edilib ki, məcburi köçkünlər bir neçə dəfə erməni hücumundan zərər, əziyyət çəkiblər, qurbanlar veriblər. Ötən illər ərzində Azərbaycan dövləti tərəfindən onların məskunlaşdırılması, məşğulluğunun təmin olunması üçün böyük işlər görülüb. Bildirilib ki, ermənilər hazırda Şəmkir, Yevlax, Ağcabədi, Cəbrayıl, Füzuli kimi rayonların əhalisini təhlükə altında qoyurlar. Bu gün səhərə olan məlumata görə, mülki şəxslər arasında 55 yaralı var, 19 nəfər həlak olub. Həlak olanların çoxu qadın və yaşlı insanlardır.
Təcavüzkar ölkənin beynəlxalq hüquqa hörmətsizlik etdiyini, beynəlxalq prinsiplərə məhəl qoymadığını bildirən komitə sədri deyib: “Ermənistan 1992-ci ildə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını ratifikasiya edib. Uşaq hüquqları haqqında Konvensiyanın 38-ci maddəsinin 4-cü bəndində “Silahlı münaqişələr zamanı mülki əhalinin müdafiəsi ilə bağlı beynəlxalq humanitar hüquq üzrə öz öhdəliklərinə uyğun olaraq iştirakçı dövlətlər silahlı münaqişənin toxunduğu uşaqların müdafiəsini və onlara baxılmasını təmin etmək üçün bütün mümkün tədbirləri görürlər” qeyd olunub. Ermənistan üzərinə götürdüyü beynəlxalq öhdəlikləri kobudcasına pozur. Bu da şübhəsiz ki, hərbi cinayətdir. “Müharibə zamanı mülki əhalinin müdafiəsi” haqqında Cenevrə Konvensiyasının 3-cü maddəsinə görə, döyüş əməliyyatlarında birbaşa iştirak etməyən şəxslərin həyat və sağlamlığına qəsd, xüsusən adamöldürmənin bütün növləri, bədən xəsarəti yetirmə, qəddar rəftar və ya işgəncə qadağan edilir. Müharibə təkcə döyüş meydanında getmir, ermənilər, həmçinin sosial şəbəkələrdə, mediada kiberhücumlarla prosesə dəstək verirlər”.
Bahar Muradova, həmçinin bildirib ki, Ermənistan BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini kobud şəkildə pozur. Həmin qətnamələrdə Azərbaycana qarşı güc tətbiq edilməsi və onun ərazilərinin işğalı pislənilir, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı bir daha təsdiq olunur. BMT-nin Ümumdünya İnsan haqları Bəyannaməsinin 3-cü maddəsində hər bir insan yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququna malik olduğu, sənədin 13-cü maddəsində hər bir insanın, hər bir dövlətin hüdudları daxilində sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququna malik olduğu bildirilir. Bununla da bir daha görürük ki, Ermənistan regionda sülhün bərqərar olması üçün heç bir addım atmır, əksinə, vəziyyəti daha da təhlükəli hala salır.
Xəbər lenti
Hamısına baxSosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35

