Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / AXCP və “Müsavat” növbəti dəfə ümummilli davamıza münasibətdə antimilli mövqe ortaya qoydu

AXCP və “Müsavat” növbəti dəfə ümummilli davamıza münasibətdə antimilli mövqe ortaya qoydu

03.10.2020 [09:14]

Onlar 50 siyasi partiyanın Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanatına qoşulmamaqla dövlətə və xalqa qarşı düşmənçilik sərgiləyirlər
İşğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda başlanan müharibə Azərbaycan cəmiyyətini vahid amal uğrunda birləşdirib. Bu gün siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımız cəbhədə qələbənin əldə edilməsi üçün öz töhfəsini verməyə səfərbər olunub. Xalqımız, dövlətimiz üçün taleyüklü bir zamanda ölkəmizdə fəaliyyət göstərən 50 siyasi partiyanın Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat imzalaması isə siyasi həmrəylik nümunəsi olmaqla yanaşı, həm də Azərbaycanda yaşanan siyasi birliyin təcəssümüdür. Qeyd etmək yerinə düşər ki, Ermənistanın işğalçı siyasətinə etiraz və xalqın haqq tələbi bu gün ölkə siyasətçilərini birləşdirir və siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanın işğalçı siyasətini şiddətlə qınayır. İmzalanan birgə bəyanatda ölkənin siyasi partiyaları beynəlxalq hüququn aliliyinin bərqərar olunmasını tələb edirlər. Sənəddə o da qeyd edilib ki, rəsmi Yerevanın militarist bəyanatları, Ermənistanın siyasi elitasının məsuliyyətsiz bəyanatları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini mümkünsüz edir. Azərbaycan Prezidenti dəfələrlə bildirib ki, status-kvo mümkünsüzdür və siyasi partiyaların rəhbərləri dövlət başçısının fikrini dəstəkləyir və status-kvonun dəyişməz qalmasının mümkünsüz olduğunu bildirirlər. Bəyanatda qeyd olunur ki, Azərbaycan xalqı və ölkənin siyasi partiyaları yekdilliklə Prezidentin yanındadır.
Bəli, vurğulandığı kimi, ölkənin 50 siyasi partiyasının Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair birgə bəyanat imzalaması ölkəmizdəki milli və siyasi həmrəyliyin parlaq göstəricisidir. Bu bəyanat eyni zamanda ölkədə siyasi dialoqun mövcudluğunun sübutudur.
Siyasi dialoqdan imtina etmiş AXCP və “Müsavat” xalqımız üçün taleyüklü məqamda da öz neqativ ənənəsinə sadiq qaldı
Lakin hər zaman xalqın və dövlətin milli-maraqlarını heçə sayan, öz şəxsi ambisiyalarını Vətənin mənafeyindən üstün tutan radikal müxalifət partiyaları - AXCP və “Müsavat” bu dəfə də ənənələrinə sadiq qalaraq özlərini milli həmrəylikdən kənarda qoydular. Xatırlatmaq yerinə düşər ki, bu iki partiya ölkəmizdə davam edən siyasi dialoqa da qoşulmamaqla sırf korporativ maraqlardan çıxış etdiklərini nümayiş etdirmişdilər. Belə ki, bu ilin fevralında baş tutan VI çağırış Milli Məclisə seçiklərin ardından ölkəmizdə yaranan yeni siyasi konfiqurasiya siyasi qüvvələr arasında yeni münasibətlərin formalaşmasına təkan vermişdi və Prezident Adminstrasiyasında siyasi partiyaların rəhbərləri ilə keçirilən görüşlər, bir sıra partiyaların qeydiyyata alınması məhz bu yeni siyasi mühitin formalaşmasına zəmin yaratmışdı. Həmin dövrdə də özünü “siyasi partiya” adlandıran AXCP və Müsavat Partiyası siyasi dialoqdan imtina etmişdilər. Bu fakt bir daha onu təsdiqləyirdi ki, siyasi dialoq çağırışlarına cavab verməyən bu siyasi partiyalar “beşinci kolon”u təmsil edir. Həmin siyasi qüvvələr bir sıra xarici faktorların “çardağı”na sığınmaqla klassik müxalifətçilik missiyasından kənar olduğunu bir daha təsdiqlədilər.
Vətən müharibəsinə etinasız qalan AXCP və “Müsavat” “beşinci kolon” funksiyası yerinə yetirdiyini bir daha nümayiş etdirdi
Bəli, bu gün ölkə Prezidentinin rəhbərliyi ilə aparılan uğurlu siyasət xalqı vahid milli hədəf uğrunda birləşdirən siyasətdir. Azərbaycanın haqq və ədalətli mövqeyi şəxsi ambisiyalardan imtina etməyi və milli maraqlar naminə vahid qüvvə kimi çıxış etməyi tələb edir. Tarixi ədalət və haqq uğrunda aparılan müharibədə xalq iqtidar və müxalifət cəbhələrinə bölünməz, bunu etmək istəyən qüvvələr isə düşmənin yanında duranlardır. Bu mənada, Vətənimizin yenidən düşmən təxribatına tuş gəldiyi, Azərbaycan Ordusunun əks-hücum əməliyyatları ilə işğal altında olan torpaqlarımızı azad etdiyi bir zamanda özünü “müxalifət partiyaları” adlandıran AXCP və Müsavat Partiyası antidövlət, antixalq mövqeyi sərgiləməkdə davam etdi. Bu isə onların səmimi olmadıqlarını və əsl simalarını göstərir.
Əslində, sentyabrın 27-də AXCP və “Müsavat”ın digər partiyalarla birgə həmrəylik nümayiş etdirməməsi təsadüfi deyil. Belə ki, daim prinsipial məqamlarda tarixi məsuliyyətdən yayınan, milli birliyin vacib olduğu məqamlarda kənara çəkilməkdə “mahir” olan və mütləq şəkildə bundan boyun qaçıran bu iki partiya növbəti dəfə kim olduqlarını nümayiş etdirdilər. Xatırladaq ki, AXCP və “Müsavat” cəmisi bir neçə ay öncə, daha doğrusu ermənilərin bu ilin iyulunda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatlar törətdiyi zaman 43 siyasi partiyanın imzaladığı “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları ilə əlaqədar siyasi partiyaların milli həmrəyliyə dair” bəyanatı da imzalamamışdı. Növbəti dəfə bu addımı təkrarlayan AXCP və “Müsavat”ın ümummilli məsələmiz olan erməni təcavüzünün, torpaqlarımızın işğalının ifşasına yönəlmiş bu bəyanata qoşulmaması milli birliyə, həmrəyliyə kölgə salmaq cəhdləri, milli mübarizəmizdən yayınmalarıdır. Bu partiyalar və onların rəhbərləri bir daha ermənilərə qarşı mübarizədə xalqın, dövlətin, ordunun yanında olmadıqlarını təsdiqləmiş oldular. Xalqın milli birliyinin, həmrəyliyinin nümayiş etdirilməsinin zəruri olduğu bu günlərdə bu iki partiyanın ümummilli davadan kənarda durması onların əsl niyyətini bir daha ictimaiyyətə göstərdi.
Bütövlükdə, siyasi partiyaların milli həmrəyliyə dair bəyanatına qoşulmaması Qarabağ müharibəsi kimi tarixi məsuliyyətdən yayınan, radikal qruplar və “beşinci kolon”la eyni cərgədə yer alan bu iki partiya Vətən müharibəsinə də etinasız qalırlar.
Pərviz

Paylaş:
Baxılıb: 328 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31