Milli Məclisin növbəti iclası keçirilib
03.10.2020 [09:19]
İclasda millət vəkilləri torpaqlarımızın işğaldan azad olunması istiqamətində ordumuzun əks-hücum əməliyyatlarını dəstəkləyib, həmçinin bəzi ölkələrin və beynəlxalq təşkilatların qərəzli mövqeyini pisləyiblər
Sahibə Qafarova: Ordumuzun müzəffər yürüşü Azərbaycanın ərazi bütövlüyü bərpa edilənə, sonuncu düşmən əsgəri müqəddəs torpaqlarımızdan qovulana qədər davam etməlidir
Oktyabrın 2-də Milli Məclisin növbəti iclası keçirilib. İclası açan parlamentin Sədri Sahibə Qafarova əvvəlcə Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlar, ölkəmizin haqq savaşı, şanlı ordumuzun zəfər yürüşü ilə bağlı fikirlərini bildirib. Spiker qeyd edib ki, bu gün hamının ürəyi azadlıq mübarizəsi aparan ordumuzun yanındadır. İndiyədək düşmənin çoxlu sayda canlı qüvvəsi məhv edilib, yüzlərlə tankı, artilleriya qurğusu, hava hücumundan müdafiə vasitəsi və hərbi texnikası sıradan çıxarılıb. Bu zəfər mücadiləsində şəhidlərimizə Allahdan rəhmət, yaralanan insanlarımıza şəfa diləyən Sahibə Qafarova Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarını uğurla davam etdirdiklərini, hər gün cəbhənin müxtəlif istiqamətlərində erməni işğalçılarına ağır zərbələr endirdiklərini söyləyib. Sədr onu da vurğulayıb ki, Azərbaycan Ordusunun uğurlarını görən bəzi beynəlxalq güclər artıq narahat olmağa başlayıblar. Vaxtilə heç bir iş görməyən, bu məsələyə laqeyd yanaşan bəzi ölkələr və beynəlxalq təşkilatlar indi müxtəlif bəyanatlar verir, danışıqlar aparır, dövlətimizə təzyiq göstərib haqq yolundan döndərməyə çalışırlar. Spiker haqq işimizə mane olmağa cəhd göstərən belələrinə cavab olaraq, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bu fikirlərini xatırladıb: “Biz tarixi ədaləti bərpa edirik! Qarabağ bizim doğma, əzəli və tarixi torpağımızdır. Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Demişdim ki, əgər məsələ danışıqlar yolu ilə həll olunmazsa, Azərbaycanın tam haqqı var ki, məsələ hərbi yolla öz həllini tapsın. Bu haqqı bizə Azərbaycan xalqı verib, bu haqqı bizə beynəlxalq hüquq normaları verib”.
Milli Məclisin Sədri sonda vurğulayıb ki, hamımızın fikri eynidir: “Ordumuzun müzəffər yürüşü Azərbaycanın ərazi bütövlüyü bərpa edilənə, sonuncu düşmən əsgəri müqəddəs torpaqlarımızdan qovulana qədər davam etməlidir. Biz də, bütün xalqımız da əmindir ki, belə də olacaq, bu zəfər savaşı Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə başa çatacaq!”.
İclasda cari məsələlərin müzakirəsi zamanı millət vəkilləri də torpaqlarımızın işğaldan azad olunması istiqamətində fikirlərini ifadə edib, bəzi ölkələrin və beynəlxalq təşkilatların qərəzli mövqeyini pisləyiblər. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, indi Azərbaycana etiraz edən və bəyanatlar verən beynəlxalq təşkilatlar 30 il idi ki, susurdular. Halbuki Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsi məhz bu bəyanatları verən beynəlxalq təşkilatların birbaşa işi idi.
Səməd Seyidov deyib ki, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından çəkilməsi danışıqlar prosesinin əsas şərtlərindən biridir: “Bəzi dövlət başçıları elə münasibət göstərirlər ki, onlar sanki öz bəyanatları ilə sülh deyil, vəziyyətin daha da gərginləşdirilməsini istəyir. Söhbət Fransa Prezidenti Emmanuel Makronun bəyanatından gedir. Makron deyir ki, Qarabağın yenidən “ələ keçirilməsini” qəbul etməyəcəyik. Bu, nə deməkdir? Qarabağ Azərbaycan torpağıdır. Torpaqlarımızın azad olunması bizim haqqımızdır. ATƏT-in Minsk qrupunun tərkibi dəyişdirilməlidir. ATƏT-in həmsədri olan bir ölkənin prezidenti kimi Makron, heç olmasa, neytrallığı qoruyub saxlamalı idi”.
Komitə sədri vurğulayıb ki, Qarabağ Azərbaycan torpağıdır, bu torpaqların işğaldan azad edilməsi Azərbaycanın haqqıdır və beynəlxalq hüquqa tamamilə uyğundur.
“Fransa Prezidenti Emmanuel Makronun Dağlıq Qarabağdakı vəziyyətlə bağlı son bəyanatı qeyri-adekvat bəyanatdır və heç bir çərçivəyə sığmır”. Bu fikirləri isə millət vəkili Arzu Nağıyev çıxışı zamanı deyib. Deputat bildirib ki, beynəlxalq mandata zidd olan bəyanatlar sülhə deyil, balansın pozulmasına gətirib çıxarır: “Balansı qorumaq Fransa tərəfinin birmənalı şəkildə işidir. Çox təəssüflər olsun ki, Fransa prezidenti çox qeyri-adekvat mövqedən çıxış edir. Düşünürəm ki, burada əsas məqam ondan ibarətdir ki, Makron Cənubi Qafqazda sülh uğrunda deyil, sanki, Fransadakı erməni seçicilərinin səsi uğrunda mübarizə aparır. Bu əvvəllər də belə olub. Bir sıra erməni rəhbərləri olan şirkətlər vasitəsilə onlar nəyəsə nail olub, sonra belə bəyanatlarla yadda qalırlar”.
A.Nağıyev qeyd edib ki, Fransanın tarixən müsəlman dövlətlərinə, o cümlədən Əlcəzairə, Liviyaya qarşı mövqeyinin nə ilə nəticələndiyini hamı bilir: “Düşünürəm ki, bu gün Fransa kimi bir dövlətin rəhbəri olan Makron vaxtilə bu dövlətin başçısı olan De Qollun Azərbaycana qarşı münasibətini xatırlamalıdır. Bütün bunların fonunda Makronun tutduğu mövqe heç bir beynəlxalq normaya uyğun deyil. Sadəcə olaraq, ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin sülh yolu ilə həllinə deyil, daha da qızışdırılmasına, status-kvonun saxlanmasına gətirib çıxaran bəyanatlar verdilər. Ona görə də ATƏT-in Minsk qrupunun formatına yenidən baxılmalıdır və Fransa bu məsələlərə özünün ciddi münasibətini bildirməlidir”.
Millət vəkili Sevil Mikayılova da bildirib ki, Fransa kimi bir dövlətin başçısının beynəlxalq hüquqa və Avropa dəyərlərinə tamamilə zidd olan mövqedə dayanması təəssüf doğurur. Millət vəkili deyib ki, son günlər Ermənistanın cəbhəboyu xəttdə Azərbaycana hücumu nəticəsində cəbhə xəttində vəziyyət kritik dərəcədə kəskinləşib: “Bununla bağlı Azərbaycan Ordusunun apardığı uğurlu əks-həmlə tədbirləri ilə düşmən hücumunun qarşısının alınması münaqişədə birbaşa tərəf kimi çıxış edən Ermənistanı geri çəkilməyə vadar edib. Son hadisələr ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqlarını heçə endirib. Öz təxribatlarına dünya birliyi, xüsusilə ATƏT-in Minsk qrupundan lazımi təpki və təzyiq almayan Ermənistan öz təxribatçı əməllərinin miqyasını daha da genişləndirir və eyni zamanda sülh istəmədiyini bir daha sərgiləyir. Belə bir ağır və məsuliyyətli dönəmdə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi Fransanın proseslərdə tutduğu mövqeyi birmənalı şəkildə pisləyirik. Fransa Prezidenti Emmanuel Makronun hərbi əməliyyatlar başladığından bəri tutduğu mövqe və verdiyi bəyanatlar bu ölkənin münaqişənin nizamlanması prosesindəki beynəlxalq mandatına ziddir və neytral vasitəçilik missiyasının tələblərinin kobudcasına pozulmasıdır. Fransa Prezidentinin münaqişənin həllinə yönəlik səylər göstərmək əvəzinə işğalçı dövlətin mövqeyini müdafiə edərək, birtərəfli ədalətsiz mövqe sərgiləməsi, absurd bəyanat səsləndirməsi birmənalı şəkildə qəbuledilməzdir”.
Deputat Kamal Cəfərov deyib ki, Fransa Prezidentinin mövqeyi neytral vasitəçiliyin tələblərinin kobud şəkildə pozulmasıdır: “Makronun bu mövqeyi ilk növbədə Fransa hökumətinin maraqlarına ziddir. Onun bu mövqeyi Azərbaycan və Fransa arasında olan dostluq münasibətlərinə xələl gətirə bilər. ATƏT-in Minsk qrupunun, BMT-nin əsas işi BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməsinin icrasını təmin etmək idi. Bunu etməyibsə, Azərbaycan Ordusu beynəlxalq hüququn bütün prinsiplərinə cavab verən əks-hücum əməliyyatları ilə torpaqlarının suverenliyini və ərazi bütövlüyünü təmin edəcək. BMT nizamnaməsinin 51-ci maddəsi Azərbaycana bu haqqı verir. Azərbaycanın bu mübarizəsi haqq mübarizəsidir”.
Milli Məclisin sədr müavini Fəzail İbrahimli də çıxışında bildirib ki, Azərbaycan haqlı yoldadır. Onun sözlərinə görə, ordumuzun uğurlu əməliyyatlarından narahat olan bəzi dairələr öz məqsədlərinə nail ola bilməyəcəklər.
“Azərbaycanın Silahlı Qüvvələri cəbhəboyu əməliyyatlar həyata keçirərkən Fransanın Prezidenti Makron və digər fransız siyasətçilərin ölkəmizə qarşı fikirləri qəbul edilmir, biz bu fikirləri rədd edirik”. Bu fikirləri isə “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədri, millət vəkili Tural Gəncəliyev deyib. Onun sözlərinə görə, belə yanaşmalar qərəzlidir: “Cənab Makrona sual edirəm ki, əgər onun doğulub böyüdüyü şəhər işğal olunsaydı, nə edərdi?! Fransanın səfiri ilə görüşlərimizdə də dəfələrlə o, Fransanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyini bildirib. Bəs indi niyə Makronun fikri dəyişib? Şübhəsiz ki, bunun arxasında ermənipərəst qüvvələr və erməni lobbisi durur. Makron bu bəyanatı ilə göstərdi ki, ATƏT-in Minsk qrupunun həmsədrliyi formatına yenidən baxılmalıdır. Həmsədrlik institutu heç kimin monopoliyası deyil. Fransa buradan dərhal uzaqlaşdırılmalıdır. Çünki heç bir yerdə yazılmayıb ki, 3 həmsədr ölkə daimi seçilir”.
“Ordumuz savaşır, vətən müharibəsi aparır. Bu gün bizim çox sayda könüllülərimiz sevə-sevə cəbhə bölgəsinə gedir, rəşadətlə vuruşur. Heç bir atəşkəs çağırışı, qəbul edilən bəyanatlar keçərli deyil”. Bu fikirləri isə Milli Məclisin deputatı Azay Quliyev çıxışında deyib.
Onun sözlərinə görə, Azərbaycan xalqının torpaqlarını işğaldan azad etməyə tam haqqı çatır: “Makronun son bəyanatları adamda ikrah hissi doğurur. Bir tərəfdən atəşkəsə çağırış edib, digər tərəfdən Azərbaycanı öz ərazisinə hücum etməkdə ittiham edir. Fransa bu gün ATƏT-in Minsk qrupunun həmsədri kimi öz etimadını itirib. Fransa səfiri Xarici İşlər Nazirliyinə çağırılmalıdır. Eyni zamanda, digər həmsədrlərə də öz mövqeyimiz göstərilməlidir”.
Müzakirələr zamanı, həmçinin parlamentin komitə sədrləri Siyavuş Novruzov, Qənirə Paşayeva, Zahid Oruc, deputatlar Fazil Mustafa, Elşən Musayev, Nigar Arpadarai, Razi Nurullayev, Bəhruz Məhərrəmov, Şahin İsmayılov və Naqif Həmzəyev çıxış edərək, əsgər və zabitlərimizin yanında olduqlarını, onların xaqlımıza qələbə sevinci yaşadacaqları günün uzaqda olmadığını söyləyiblər. Çıxış edənlər Fransa hökumətinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tutduğu mövqeyə kəskin etiraz bildirib və qeyd ediblər ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi mandatına uyğun hərəkət etmir.
Daha sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb. Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, gündəliyə parlamentin sentyabrın 30-da keçirilən iclasında birinci oxunuşda müzakirədən keçən 14 qanun layihəsinin ikinci oxunuşda müzakirəsi daxil edilib.
Əvvəlcə Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik olunması barədə qanun layihəsini ikinci oxunuşda müzakirəyə təqdim edib. Qanun layihəsinə əsasən, Azərbaycan Dəmir Yollarının 140 illiyi ilə əlaqədar olaraq təsis edilən yubiley medalı ilə vəzifələrini nümunəvi icra edən, fəaliyyətində yüksək nəticələr göstərən, dəmir yolu nəqliyyatı sahəsində çalışan işçilər, dəmir yolu nəqliyyatı sahəsinin inkişafında və təkmilləşdirilməsində xüsusi xidmətləri olan şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif olunacaqlar. Qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Sonra “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi də ikinci oxunuşda müzakirəyə çıxarılıb. Bu barədə məlumat verən Əli Hüseynli bildirib ki, bu medalla həqiqi hərbi xidmət keçən və xidməti vəzifələrini nümunəvi yerinə yetirən zabit və gizirlər, müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçular, ehtiyatda olan və istefaya buraxılmış hərbçilər, həmin orqanda səmərəli fəaliyyət göstərən mülki işçilər, habelə bu sahədə xüsusi xidmətləri olan digər şəxslər təltif ediləcəklər. Əli Hüseynli yeni təsis edilən medalın bu sahədə fəaliyyət göstərən insanlarda ruh yüksəkliyinin artırılmasında xüsusi rolunun olacağını deyib, sənədin birinci oxunuşda müzakirəsi zamanı deyilən təkliflərə münasibət bildirib. Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Daha sonra iclasın gündəliyində olan digər qanun layihələri də müzakirə olunaraq qəbul edilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09

