Kolumbiyanın ölkəmizdəki səfiri Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumatlandırılıb
09.10.2020 [09:08]
Oktyabrın 8-də Milli Məclisin Sədri Sahibə Qafarova Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Luis Antonio Dimate Kardenasla görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qonağı salamlayan Milli Məclisin Sədri Sahibə Qafarova Azərbaycan ilə Kolumbiya arasında münasibətlərin inkişafında parlamentlərin rolunu xüsusi vurğulayıb.
Bildirilib ki, Kolumbiya parlamenti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib.
Spiker Ermənistanın cəbhə xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq törətdiyi təxribatlarla bağlı Kolumbiya Senatının Xarici əlaqələr komissiyası tərəfindən Azərbaycanın haqlı mövqeyini dəstəkləyən bəyannamənin qəbul edilməsinə görə kolumbiyalı parlamentarilərə azərbaycanlı həmkarlarının minnətdarlığını çatdırmağı səfirdən xahiş edib.
Sahibə Qafarova Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında bəzi tarixi faktları, həmçinin BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair qətnamələrini, beynəlxalq qurumlar tərəfindən qəbul olunan digər sənədləri diplomatın diqqətinə çatdırıb.
Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə xəttində növbəti dəfə hərbi təxribatlar törədildiyini deyən spiker bildirib ki, işğalçı ölkə müxtəlif istiqamətlərdən bizim kəndlərimizə və hərbi mövqelərimizə hücum edib. Azərbaycan Ordusu əks-hücum əməliyyatı həyata keçirərək düşmənin bu təxribatının qarşısını alıb, işğal altındakı bəzi ərazilərimizi azad edib.
Sahibə Qafarova vurğulayıb ki, Ermənistan yenə də beynəlxalq hüquqa məhəl qoymayaraq mülki vətəndaşları hədəfə alır, Gəncə, Mingəçevir şəhərləri Ermənistan tərəfindən raketlərdən atəşə tutulur. Bu isə beynəlxalq hüquqa ziddir və Ermənistan tərəfindən Azərbaycana qarşı növbəti təcavüz aktıdır.
Görüşdə, həmçinin qaçqın və məcburi köçkünlərimiz haqqında məlumat verən Milli Məclisin Sədri beynəlxalq hüququn tələblərinə məhəl qoymayan işğalçı Ermənistanın dünya ictimaiyyəti tərəfindən qəti şəkildə pislənilməsinin vacibliyini qeyd edib.
Səfir Luis Antonio Dimate Kardenas dinamik inkişaf edən Azərbaycanın sülhsevər ölkə kimi regionun digər dövlətlərinə nümunə olduğunu vurğulayıb. Rəhbərlik etdiyi səfirliyin fəaliyyəti barədə məlumat verən Luis Antonio Dimate Kardenas bütün sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərini davam etdirəcəyini və bu görüşdə əldə etdiyi məlumatları ölkəsinin müvafiq qurumlarına çatdıracağını bildirib. O, hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının sıx münasibətlərinin bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43

