/ / Azərbaycan Ordusu tərəfindən ardıcıl zərbələr alan və hərbi texnikası tamamilə məhv olmuş Ermənistan müxtəlif vasitələrlə silah-sursat bazarına çıxmaq, yeni silah almaq üçün yollar axtarır
Azərbaycan Ordusu tərəfindən ardıcıl zərbələr alan və hərbi texnikası tamamilə məhv olmuş Ermənistan müxtəlif vasitələrlə silah-sursat bazarına çıxmaq, yeni silah almaq üçün yollar axtarır
10.10.2020 [08:34]
Ekspertlərin fikrincə, Ermənistan tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin və mülki əhalisinin hədəfə alındığı bir dövrdə işğalçı dövlətə humanitar yardım adı altında qaçaqmalçılıq yolu ilə silah daşınmasının qarşısı alınmalıdır
Məlum olduğu kimi, sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat törətməsinə cavab olaraq qoşunlarımızın əks-hücum əməliyyatı aparması nəticəsində işğal altındakı torpaqlarımızın bir qisminin azad edilməsi istiqamətində mühüm uğurlar əldə olunub. Ordumuzun uğurlu əks-hücum əməliyyatı zamanı düşmənin canlı qüvvəsi ilə yanaşı, xeyli sayda döyüş texnikası məhv edilib və ya qənimət kimi ələ keçirilib. Bu isə işğalçı Ermənistanı çıxılmaz duruma salıb. Məlumatlara görə, Azərbaycan Ordusu tərəfindən ardıcıl zərbələr alan və hərbi texnikası tamamilə məhv edilən Ermənistan silah-sursat bazarına çıxmaq, həmçinin yeni silah almaq üçün müxtəlif yollar axtarır.
Döyüş meydanında Azərbaycana məğlub olan işğalçı Ermənistan silah qaçaqmalçılarının ümidinə qalıb
Ermənistan mətbuatının yazdığına görə, bir müddət əvvəl mediada sabiq prezident Robert Koçaryan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib və ondan sonra yenidən Yerevana qayıdaraq silah təchizatı ilə bağlı məsələləri həll etmək yönündə fəaliyyətə başlayıb. Yerli və xarici mediada yer alan son məlumatlara görə, artıq humanitar yardım adı altında, qaçaqmalçılıq yolu ilə mülki təyyarələrlə əsasən Rusiyadan Ermənistana silah-sursat daşınmasına başlanıb. Buna baxmayaraq, Rusiyanın rəsmi orqanlarının bu prosesdə iştirakını təsdiq edən hər hansı məlumat yoxdur.
KİV-də yer alan digər məlumatlara görə, xarici ölkələrdən silahların daşınması prosesində əsas iştirakçılar Ermənistanın müdafiə naziri David Tonoyan, beynəlxalq silah qaçaqmalçısı kimi tanınan David Qalustyan və iş adamı Samvel Karapetyan çıxış edirlər. Xatırladaq ki, bir neçə ay öncə silah qaçaqmalçısı D.Qalustyanın məhz bu fırıldağa görə Rusiyadan qovulması barədə yerli mətbuatda xəbərlər yer almışdı. Onu da qeyd etmək yerinə düşər ki, Ermənistanda “boz biznesmen” kimi tanınan S.Karapetyan isə baş nazir Nikol Paşinyanın və onun ailə üzvlərinin də iştirak etdiyi böyük silah qaçaqmalçılığı sferasında ad çıxaran şəxsdir. Burada söhbət Ermənistanın KTMT çərçivəsində güzəştli qiymətlərlə əldə etdiyi silahların üçüncü ölkəyə baha qiymətə satışından gedirdi.
Təcavüzkar Ermənistan beynəlxalq konvensiyanı kobud şəkildə pozaraq mülki təyyarələrlə silah daşımağa cəhd edir
Bununla yanaşı, Ermənistana silahların daşınması məsələsində oktyabrın 3-də Rusiyaya səfər edən baş nazirin müavini Mqer Qriqoryanın və oktyabrın 4-də həmin ölkədə olan Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryanın da yaxından iştirak etmələrinə dair məlumatlar var. Hazırda “Atlantic Airways” şirkəti tərəfindən Ermənistana uçuşlarının bərpa edilməsi, bu ölkədən Rusiyanın Mineralnıye Vodı şəhərinə reyslərin açılması silahların daşınması üçün imkanları daha da genişləndirib. Bütün bunlar isə Ermənistan tərəfindən Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinin, həmçinin Beynəlxalq Mülki Aviasiya Konvensiyasının (Çikaqo Konvensiyası) kobud şəkildə pozulması deməkdir.
Məlumata görə, hazırda Ermənistana daşınan silah-sursat “İqla” daşınan zenit-raket kompleksləri, “Kornet” daşınan tank əleyhinə raket kompleksləri, “Smerç” daşınan yaylım atəşli reaktiv sistemləri (YARS) və s.-dən ibarətdir.
Bütün bu məlumatlar Rusiyanın rəsmi hakimiyyət orqanlarının bu məsələ ilə yaxından maraqlanmasına və müvafiq tədbir görməsinə ehtiyac yaradır. Həmçinin Ermənistanın silah qaçaqmalçılığı üçün ərazisindən istifadə olunması ehtimal olunan ölkələrin, o cümlədən Azərbaycana siyasi dəstək ifadə edən İranın və öz ərazisindən silah daşınmasına yol verməyəcəyini bəyan edən Gürcüstanın da ayıq-sayıq olmasının vacibliyini gündəmə gətirir.
Bu məqamlara toxunan ekspertlərin fikrincə, Ermənistan tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin və mülki əhalisinin hədəfə alındığı bir dövrdə işğalçı dövlətə humanitar yardım adı altında qaçaqmalçılıq yolu ilə silah daşınmasının qarşısı alınmalıdır. Çünki bu addım, eyni zamanda, Ermənistandan işğal olunmuş Azərbaycan ərazilərinə əlavə silah-sursatın gətirilməsinə də mane ola bilər.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34

