Hikmət Babaoğlu: Devrilmə təhlükəsi hiss edən Paşinyan açıq diktaturaya keçir
10.10.2020 [08:51]
“Azərbaycanın uğurlu hərbi əməliyyatları cəbhə xəttində olduğu kimi, Ermənistanın daxilində də zəlzələ effekti yaradıb. Hərbi uğursuzluqlar fonunda Ermənistanda daxili ictimai-siyasi böhran və diktaturaya keçid müşahidə olunmağa başlayıb”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, millət vəkili Hikmət Babaoğlu deyib.
O bildirib ki, artıq Ermənistanın bır sıra mühüm icra strukturlarının rəhbərləri işdən azad edilir və ya özləri istefa verir: “Ermənistanda daxili ictimai-siyasi narazılıq gündən-günə artmaqdadır. Hazırda müharibə şəraitində olan bir ölkənin milli təhlükəsizliyinə cavabdeh şəxsin vəzifədən azad edilməsi, əslində o ölkədə təhlükəsizlik sisteminin çökməsi deməkdir. Bu, həm də onu göstərir ki, Ermənistanda milli təhlükəsizlik orqanları effektiv iş təşkil edə bilməyiblər. Hazırda panika içərisində olan Paşinyan sadəcə ictimai rəyə qurban vermək üçün ayrı-ayrı şəxslərin axtarışındadır. Əminəm ki, bu məsələnin yalnız başlanğıcıdır. Bundan sonra da Ermənistanda istefaların, işdən azad olunmaların və daxili narazılıqların artmasını müşahidə edəcəyik”.
Deputat qeyd edib ki, digər tərəfdən Ermənistan hər zaman müharibənin informasiya seqmentində güclü olmağa çalışıb: “Ancaq son proseslər göstərdi ki, budəfəki hərbi əməliyyatlar zamanı Ermənistan bu seqmentdə də uğur qazana bilmir. Erməni lobbisinin güclü dəstəyi ilə zaman-zaman müəyyən uğurlar əldə edən qarşı tərəf artıq informasiya savaşında da məğlubiyyətə düçar olub. Hazırkı mərhələdə Ermənistanda informasiya sahəsində senzuranın tətbiqi, informasiya resurslarının potensialına uyğun şəkildə istifadəsinin də məhdudlaşdırılması onu göstərir ki, informasiyalar Ermənistanın lehinə deyil. Ermənilər müəyyən informasiyaları nə qədər manipulyasiya etsələr də, daxili ictimai rəydə arzu olunan effektə nail ola bilmirlər. Qonşu ölkələrdən və qlobal informasiya məkanından əldə olunan məlumatlar vəziyyətin kimin əleyhinə, kimin lehinə olduğunu bariz şəkildə göstərir”.
Millət vəkili bildirib ki, Ermənistan Nazirlər Kabinetinin dünən verdiyi qərara əsasən, “ölkənin müdafiə qabiliyyətinə şübhə yaradan verilişlər”in yayımlanması qadağan olunub: “Bundan başqa, qərara əsasən, dövlət və yerli idarəetmə orqanlarının vəzifəli şəxslərinə çıxışlar və nəşrlər də daxil olmaqla “hərbi vəziyyətin və dövlət təhlükəsizliyinin təmin edilməsi ilə bağlı fəaliyyətləri tənqid edən, təkzib edən, effektivliyini şübhə ilə qarşılayan və ya hər hansı bir şəkildə dəyərdən salan televiziya proqramları yayımlamaq qadağandır. Bu, əslində Ermənistanın çöküşü deməkdir və işğalçı ölkədə bundan sonra da bu proseslər daha dərindən və daha genişmiqyaslı inkişaf edəcək”.
H.Babaoğlunun fikrincə, Ermənistan hərbi sahədə uğursuzluqla üzləşib, Azərbaycan Ordusu bütün istiqamətlərdə hücumu davam etdirir, onlarla kilometr irəliləyib, onlarla yaşayış məntəqəsi azad edilib, erməni hərbi birləşmələri çoxlu sayda hərbi texnika və canlı qüvvə itirir və geri çəkildiyini rəsmən etiraf edir: “Ermənistan sosial şəbəkələrində yayılan məlumata görə, cəbhə bölgəsində 5 minə yaxın erməni zabit və əsgərləri haqda məlumat yoxdur. Təbii ki, bu kimi məlumatların yayılması Paşinyanı sərt tədbirlər görməyə vadar edir”.
Deputat düşmən ölkənin iqtisadi böhranla da üz-üzə qaldığını deyir: “Onsuz da ağır vəziyyətdə olan Ermənistan iqtisadiyyatı müharibə üçün resurslar tapa bilmir, xaricdən, erməni diasporundan və lobbisindən gələn yardımlar da kifayət etmir. Nəinki əhalinin, cəbhə xəttinin təminatında da ciddi problemlər yaranıb, ərzaq, dərman, silah, hətta hərbi paltar çatışmır”.
Sadalananların siyasi böhrana və həm Ermənistanda, həm də hakimiyyət daxilində təşvişə səbəb olduğunu diqqətə çatdıran H.Babaoğlu bildirib ki, vəziyyətlə əlaqədar artıq “Qarabağ klanı” da aktivləşib: “Robert Koçaryan yenidən ortaya çıxıb, onun Qarabağa “külli-miqdarda silah” gətirməsi haqda şayiələr yayılmağa bağlayıb. Yaranmış vəziyyətdən istifadə edən Köçəryan yenidən özünü “Qarabağın xilaskarı” obrazında təqdim etməyə başlayıb. Ermənistanda bütün nüfuzunu itirmiş “Qarabağ klanı”nın yenidən özünü Paşinyana alternativ kimi təqdim etməsi üçün əlverişli şərait yaranıb və onlar bunu edirlər. Paşinyan isə bunu hakimiyyəti üçün real təhlükə hesab etməyə bilməz. Baş verənlərdən panikaya düşən Paşinyan təhlükəsizlik strukturunun cəmi 4 ay əvvəl təyin olunmuş rəhbərini işdən çıxarır, cəbhədəki satqınlıq haqda danışır, ölkədə xəyanətkar ovuna başlayıb, bütün bunların fonunda isə hökumət dünəndən rəsmən senzuraya keçir. Görünən odur ki, Paşinyan artıq devrilmək təhlükəsini hiss edib, bu səbəbdən də açıq diktatura tətbiqinə qərar verib”.
Xəbər lenti
Hamısına baxSosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17

