Deputat: Dünya Ermənistanı beynəlxalq öhdəliklərə əməl etməyə məcbur etməlidir
14.10.2020 [08:52]
Artıq işğalçı Ermənistanın terrorçu siyasət yürütdüyünü, çirkin əməllərini, müharibə cinayətlərini pərdələməyə çalışması heç bir fayda verməyəcək. Düşmənin iç üzü, məkrli xisləti sülhdən, haqq-ədalətdən nə qədər uzaqda olduqları açıq-aydın görünür.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.
Deputat qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs razılaşmasından dərhal sonra Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasını raket atəşinə tutması işğalçı dövlətin hərbi-siyasi rəhbərliyinin vandallığının, barbarlığının növbəti bariz göstəricisi oldu.
Dünya ictimaiyyəti oktyabrın 11-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından kənarda yerləşən Gəncəni raket hücumuna tutması nəticəsində 4-ü qadın olmaqla 10 nəfərin həlak olduğunun, 16-sı qadın, 6-sı azyaşlı olmaqla 34 nəfərin yaralandığının şahidi oldu. Hadisə yerindən yerli və xarici media nümayəndələrinin yaydığı foto və video görüntülər ermənilərin növbəti yalanlarını ifşa etdi. Eyni zamanda, bəşəriyyət ermənilərin atəşkəs çağırışlarının riyakarlıqdan başqa bir şey olmadığını gördü.
“Dünya xalqları gördülər ki, işğalçı Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarına, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərinə məhəl qoymur, Azərbaycanın dinc əhalisini qəsdən, məqsədyönlü şəkildə hədəfə almaqda yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir.
Adi humanizm prinsiplərindən çox uzaq olduğunu növbəti dəfə nümayiş etdirən Ermənistan dinc insanları və şəhərləri atəşə tutması ilə barbarlığını təsdiq etdi”, - deyə deputat qeyd edib.
O bildirib ki, Ermənistan ərazisindən, o cümlədən Gorus, Sisian, Vardenis, Cermuk və Berd şəhərlərindən, təmas xəttindən kənarda yerləşən və mülki əhalinin sıx məskunlaşdığı Gəncə, Mingəçevir, Beyləqan, Goranboy, Göygöl, Bərdə, Tərtər, Zərdab, Xızı və Abşeron ərazilərini Ermənistan silahlı qüvvələri məqsədyönlü şəkildə ardıcıl olaraq raket hücumlarına məruz qalır. Düşmən isə törətdiyi cinayətləri həyasızcasına xarici kütləvi informasiya vasitələrində, o cümlədən sosial şəbəkələrdə pərdələməyə, həmin əməllərdən boyun qaçırmağa yönələn xəbərləri tirajlamaqla qanunsuz əməllərini təkzib etməyə cəhdlər göstərir.
Regionda sülh və sabitliyə ciddi təhlükə yaradan işğalçı erməni hakimiyyətinin təxribatçı əməllərinin şahidi olan dünya, beynəlxalq ictimaiyyət Azərbaycana qarşı yönələn işğalçılıq siyasətini kəskin şəkildə qınamalı, gözünü qan tutan Ermənistanı beynəlxalq hüquqa, humanitar öhdəliklərinə əməl etməyə məcbur etməlidir.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34

