Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü bərpa edilməlidir
14.10.2020 [09:05]
Prezident İlham Əliyev: Paşinyan bizə 7 ultimatum təqdim edəndə, o, azərbaycanlıların hisslərini təhqir edəndə buna görə cəzalandırılmalı idi və biz bunu etdik
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlətimiz və xalqımız üçün bir nömrəli ümummilli məsələ olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün bütün beynəlxalq platformalardan istifadə edir. Prezident İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibəsində də bu məqamlara toxunub. Belə ki, bəhs olunan müsahibəsində Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın tarixi ədalətə və beynəlxalq hüquq normalarına əsaslanan prinsipial mövqeyini diqqətə çatdırıb. Hər iki nöqteyi-nəzərdən yanaşdıqda respublikamızın mövqeyi mükəmməldir. Ermənistanın tutduğu mövqe isə sırf işğalçılıq siyasətinə və separatizmə əsaslanır.
Elə qoşunların təmas xəttində vəziyyətin növbəti dəfə gərginləşməsinin bütün məsuliyyəti də işğalçı dövlətin siyasi-hərbi rəhbərliyinin üzərinə düşür. Xəbər verildiyi kimi, sentyabrın 27-də düşmən tərəf qoşunların təmas xəttində növbəti təxribata əl ataraq mövqelərimizi, o cümlədən də dinc əhalini, kəndlərimizi atəşə tutub. Buna cavab olaraq, Azərbaycan Ordusunun komandanlığı tərəfindən Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlaması barədə qərar qəbul edilib. Ordumuz döyüş meydanında nəyə qadir olduğunu nümayiş etdirərək düşmənə layiqli dərs verib. Silahlı Qüvvələrimizin uğurları Dağlıq Qarabağ münaqişəsinin nizamlama prosesində yeni bir mərhələ açıb - artıq nizamlama prosesində diktə edən tərəf Azərbaycandır.
Bəhs olunan müsahibəsində dövlətimizin başçısı Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində prinsipial mövqeyinin və məqsədinin ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsindən ibarət olduğunu nəzərə çatdıraraq vurğulayıb: “Bizim məqsədimiz dəyişməz qalır. Azərbaycanın bütün dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa edilməsi, azərbaycanlıların əvvəlki, ənənəvi yaşadıqları yerlərə, o cümlədən Şuşaya, Dağlıq Qarabağdakı digər yaşayış məntəqələrinə və əlbəttə, keçmiş DQMV-nin inzibati hüdudlarından kənardakı bütün başqa ərazilərə qaytarılması. Buna görə, bizim məqsədimiz dəyişməz qalır”.
Ermənistanın nizamlama prosesində baza prinsiplərini pozmağa, danışıqların formatını dəyişməyə yönələn cəhdləri iflasa uğrayıb
Məlum olduğu kimi, artıq üç onillikdir ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu formatında danışıqlar aparılır. Azərbaycanın təxminən 30 ildir ki, danışıqlar prosesində iştirak etməsi və daim konstruktiv mövqe ortaya qoyması ölkəmizin və xalqımızın sülhə sadiqliyinin ifadəsidir. Ancaq danışıqlar prosesinin əhatə etdiyi 30 ildə ümidlər boşa çıxıb. Bunun da əsas səbəbi Ermənistanın danışıqlar prosesində formal olaraq iştirak etməsi və işğalçılıq siyasətindən geri çəkilməməsidir. Adekvat şəkildə cəzalandırılmaması işğalçı ölkəni, necə deyərlər, yeni təxribatlara ruhlandırıb. Son vaxtlarda belə təxribatların miqyası daha da genişlənmişdi. Beynəlxalq hüquq normalarına arxa çevirən işğalçı dövlətin rəhbərliyi vaxtilə zor gücünə zəbt edilən bütün torpaqları qondarma “Dağlıq Qarabağ respublikası”na aid etməyə çalışır, bir qarış torpağın belə Azərbaycana qaytarılmayacağını bəyan edirdi. Ermənistan faktiki olaraq münaqişənin mərhələli şəkildə həlli ilə bağlı baza prinsiplərindən geri çəkilmişdi. Bu ölkənin baş naziri Nikol Paşinyan ciddi-cəhdlə danışıqların formatını dəyişdirməyə çalışırdı. O, “Qarabağ Ermənistandır və nöqtə” deməklə bütün danışıqlar prosesinə zərbə vurmuş və onu mənasız etmişdi. Bunlar azmış kimi, Ermənistan Azərbaycanı “yeni torpaqlar uğrunda yeni müharibə” ilə hədələməyə başlamış, davamlı şəkildə təxribatlar törətmişdir. Cari ilin iyul ayında heç bir səbəb olmadan iki ölkə arasındakı dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimiz, dinc sakinlər və mülki infrastruktur erməni hərbi birləşmələri tərəfindən qəfil artilleriya atəşinə tutulub. Avqust ayında işğalçı dövlət respublikamıza diversiya qrupu göndərib. Bundan başqa, Şuşada qondarma rejimin başçısı özünə “andiçmə mərasimi” keçirir, Ermənistanın baş naziri Şuşada, Cıdır düzündə rəqs edir, qondarma “Dağlıq Qarabağ respublikası”nın parlamentinin Şuşaya köçürülməsi ilə bağlı planlar qurulur, Cəbrayıla Ermənistandan yeni yolun çəkilişi həyata keçirilir, işğal altında olan ərazilərdə qanunsuz məskunlaşma aparılır, Cenevrə konvensiyasının tələbləri kobud şəkildə pozulurdu. Hətta, işğalçı Ermənistanın baş naziri getdikcə azğınlaşaraq Azərbaycana şərtlər irəli sürürdü. Halbuki onun səsləndirdiyi 7 şərtin, heç birinin hüquqi əsası yoxdur. Azərbaycan Prezidentinin irəli sürdüyü şərtlər isə beynəlxalq hüquq normalarına və hazırkı vəziyyətə tam adekvatdır. Azərbaycanın yeganə istəyi ondan ibarətdir ki, işğal faktına son qoyulsun, ölkənin suverenliyi, ərazi bütövlüyü tam təmin edilsin. Azərbaycan dövləti və xalqı bu məsələdə qətiyyət və prinsipiallıq göstərir. Artıq respublikamız üç onillik ərzində davam edən status-kvonu öz gücünə dəyişməyə nail olub.
Uzun illər ərzində Ermənistanın nizamlama prosesində baza prinsiplərini pozmağa, danışıqlar formatını dəyişməyə yönələn cəhdlərinin iflasa uğradığına diqqət çəkən Prezident İlham Əliyev “Heç kəs üçün sirr deyil, İrəvandan səslənən bəyanatlar mahiyyət etibarilə uzun illər ərzində işlənib hazırlanmış danışıqlar prosesini, o cümlədən baza prinsiplərini, danışıqların formatını pozmağa yönəlmişdi. Buna görə, prinsipial əhəmiyyətli məqam odur ki, Ermənistan tərəfi anlamağa məcbur oldu ki, baza prinsipləri nizamlama üçün əsasdır, həmin prinsiplərdə isə münaqişənin necə nizamlanmalı, Azərbaycanın işğal edilmiş ərazilərinin hansı ardıcıllıqla qaytarılmalı olduğu dəqiq göstərilib. İkincisi, danışıqların formatı dəyişməz qalır. Bu, o deməkdir ki, danışıqlar yalnız Azərbaycan ilə Ermənistan arasında aparılırdı, aparılır və aparılacaq”, - deyə vurğulayıb.
Azərbaycanın döyüş meydanında qazandığı uğurlar ölkəmizin diplomatik müstəvidə üstünlüyünü təmin edir
Yuxarıda deyilənlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mənzərəni göz önündə canlandırır - işğalçı dövlətin təxribatları genişmiqyaslı hərbi əməliyyatların başlamasına gətirib çıxardıb. Başqa sözlə desək, Ermənistan rəhbərliyi danışıqlar prosesini dalana salıb və Azərbaycanın düşmənin getdikcə daha da genişlənən təxribatlarının qarşısını almaq, işğal faktına son qoymaq üçün öz Ordusunun gücündən istifadə etməkdən başqa yolu qalmayıb. Bu gün güclü ordu respublikamızın özünəinam hissini artıran əsas amillərdən biri kimi çıxış edir. Məlum olduğu kimi, müharibə şəraitində yaşayan Azərbaycanda son 17 ildə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, ordunun peşəkar kadrlarla təchizatı, döyüş hazırlığının artırılması dövlət siyasətinin prioritet istiqamətini təşkil edib və hər il büdcədən qeyd olunan məqsədlər üçün böyük həcmlərdə vəsaitlər ayrılıb. Qürurverici haldır ki, bu gün Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasında yer alır.
Ordumuzun güclənməsinin məntiqi nəticəsi olaraq qoşunların təmas xəttində üstünlük bizim tərəfə keçib. Getdikcə güclənən Azərbaycan Ordusu düşmənin qoşunların təmas xəttində planlı şəkildə törətdiyi təxribatlıarın qarşısını qətiyyətlə alır. Xatırladaq ki, 2016-cı və 2018-ci illərdə keçirilən hərbi əməliyyatlar nəticəsində böyük ərazilər işğalçılardan azad olunub. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazi düşmən qüvvələrindən təmizlənib. Hazırda Ermənistandan Dağlıq Qarabağa gedən yola nəzarət olunur. Eyni zamanda, Silahlı Qüvvələrimiz cari ilin yayında Tovuz istiqamətində gedən döyüşlərdə düşmənə növbəti dəfə layiqli dərs verdi.
Yuxarıda qeyd etdiyimiz kimi, Ordumuz həmçinin qoşunların təmas xəttində sentyabrın 27-dən etibarən başlayan əks-hücum əməliyyatlarında da öz üstünlüyünü nümayiş etdirib. Son günlərdə Azərbaycan xalqı cəbhədən xoş soraqlar alır və üç onillik ərzində işğal altında qalan torpaqlarımızın geri qaytarılmasının sevincini yaşayır. Eyni zamanda, Azərbaycanın döyüş meydanında qazandığı uğurlar ölkəmizin diplomatik müstəvidə üstünlüyünü təmin edir. Bunu biz bu günlərdə Moskvada Azərbaycan, Ermənistan və Rusiyanın xarici işlər nazirləri arasında aparılan danışıqlarda bir daha müşahidə etdik. Prezident İlham Əliyevin də bildirdiyi kimi, Moskva danışıqlarının yekunu olaraq imzalanan bəyanatda ölkəmizin bütün istəkləri nəzərə alınıb. Açıq-aydın görünür ki, bir vaxtlar sərsəm bəyənatları ilə danışıqlar prosesini dalana sürükləyən işğalçı dövlətin baş naziri Nikol Paşinyan tərəfindən indi ağ bayraq qaldırılır. Prezident İlham Əliyev N.Paşinyanın hazırda rəzil vəziyyətə düşdüyünə, ona-buna yalvardığına diqqət çəkib. İşğalçının aqibəti belə olmalı idi və oldu. Prezident İlham Əliyevin bildirdiyi kimi, Paşinyan Şuşada, Cıdır düzündə sərxoş halda rəqs edəndə özünə bu gün baş verənlər barəsində hökm imzalamışdı. “Ermənistan rəhbərliyində, nəhayət, başa düşməlidirlər ki, Azərbaycanla ultimatumlar, təhqirlər və şantaj dilində danışmaq olmaz. Mən istər ölkə daxilində, istərsə də xüsusən xaricdə heç kəslə bu tonda ünsiyyəti özümə heç vaxt rəva görməmişəm. Lakin Paşinyan bizə 7 ultimatum təqdim edəndə, o, azərbaycanlıların hisslərini təhqir edəndə buna görə cəzalandırılmalı idi və biz bunu etdik”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Bu günlərdə döyüş bölgələrindən yayılan foto və videolardan göründüyü kimi, düşmən tərəf işğal altındakı ərazilərimizdə misli görünməmiş vandalizm əməlləri törədib. İşğalçılar qabaqlarına çıxan hər şeyi dağıdıblar, hətta müsahibədə də bildirildiyi kimi, pəncərə çərçivələrini, unitazları belə Ermənistana daşıyıblar. Budur, yalanlarla özlərini dünyaya məzlum və mədəni millət kimi təqdim etmək istəyən erməni vandallarının əsil siması. Şübhə yoxdur ki, Azərbaycan işğaldan azad olunmuş bütün əraziləri - Cəbrayıl şəhərini, Hadrut qəsəbəsini, Suqovuşanı və digər yaşayış məntəqələrimizi tam bərpa edəcək və bütün qaçqın, məcburi köçkün soydaşlarımız öz yurd-yuvalarına qayıdacaqlar.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

