Bu gün Azərbaycan cəmiyyəti sarsılmaz birlik nümayiş etdirir
15.10.2020 [08:48]
50 siyasi partiyanın Ali Baş Komandana və ordumuza dəstək nümayiş etdirməsi isə milli həmrəyliyimizin güclənməsində vacib rol oynayır
Məlum olduğu kimi, Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatları həyata keçirərək işğal altında olan bir neçə ərazimizi azad etməsi xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Eyni zamanda, cəmiyyətdə güclü milli birlik və həmrəylik müşahidə olunur. Ölkəmizdə fəaliyyət göstərən 50 siyasi partiyanın Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat yayması, yekdilliklə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin yanında olduqlarını xüsusi olaraq vurğulaması bu kontekstdə ayrıca qeyd olunmalıdır. Bu, həm də ölkəmizdəki milli və siyasi həmrəyliyin parlaq göstəricisidir. Oktyabrın 3-də siyasi partiyaların sədrlərinin iştirakı ilə keçirilən “Milli həmrəylik - siyasi dialoqun nəticəsi” adlı videokonfrans da deyilənləri təsdiqləyir. Tədbirdə ölkənin siyasi partiyalarının rəhbərləri bir araya gəlməklə Azərbaycanda mövcud olan siyasi həmrəyliyi bir daha nümayiş etdiriblər.
Lakin təəssüfləndirici haldır ki, daxili ictimai-siyasi həyata yeni nəfəs verən siyasi dialoq çağırışına cavab verməyən bəzi radikal siyasi partiyalar dövlətimizin və xalqımızın bu çətin və şərəfli günündə də birlik və bərabərlik kimi milli çağırışlara qoşulmadılar. Şanlı ordumuzun uğurlu əks-hücum əməliyyatlarına digər siyasi partiyalarla birlikdə dəstək verməmələri onların səmimi olmadıqlarını və əsl simalarını bir daha göstərir.
Xalqımız ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib
Məsələ ilə bağlı Milli Məclisin deputatı Aqil Abbas deyib ki, Azərbaycan dövlətinin öz torpaqlarını işğaldan azad etməsi onun qanuni haqqıdır: “Heç kim bizi bu yoldan döndərə bilməz. Məsələ ilə bağlı Prezident İlham Əliyev də prinsipial mövqeyini ortaya qoyub. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Ermənistan tərəfi danışıqları pozub, təxribatla məşğuldur. Belə olan halda, işğalçıların cavabı verilməlidir və verilir”.
Aqil Abbas bildirib ki, sentyabrın 27-də cəbhədəki gərginlik Ermənistanın növbəti açıq təxribatı nəticəsində baş verib. Onun sözlərinə görə, ordumuz düşmənə layiqincə cavab verib və hazırda düşmən özünün törətdiyi təxribatların layiqli cavabını alır: “Cənab Prezident sentyabr ayında BMT-nin tribunasından söylədi ki, Ermənistan yeni müharibəyə hazırlaşır. Bir müddət əvvəl işğalçı ölkənin müdafiə naziri “yeni ərazilər üçün yeni müharibə”nin başlanacağını demişdi. Ermənilərin məqsədi münaqişəni alovlandırmaq və üçüncü dövlətləri, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlərini bu prosesə cəlb etmək idi. Ancaq bu çirkin niyyətlərinə nail ola bilmirlər və bilməyəcəklər də. Cənab Prezident dəfələrlə bəyan edib ki, Azərbaycanın başqa ölkələrin torpaqlarında gözü yoxdur, bizim məqsədimiz öz ərazi bütövlüyümüzü bərpa etməkdir. Hesab edirəm ki, erməni təxribatlarının qarşısı birdəfəlik alınmalıdır, torpağımızı azad etməliyik və şanlı Ordumuz bu vəzifəsinin öhdəsindən gəlməkdədir”.
Millət vəkili qeyd edib ki, Azərbaycanın resursları Ermənistandan qat-qat artıqdır: “Həm hərbi texnika, həm ən müasir hərbi silah-sursat, həm də insan resurslar baxımından bu fərq hiss olunur. Azərbaycan Ordusu həm Aprel döyüşlərində, həm Günnüt əməliyyatında, həm də Tovuz döyüşlərində ermənilərə lazımı dərs vermişdi. Görünür, bundan nəticə çıxarmadılar. İndi isə rəşadətli ordumuz düşmənə daha sarsıdıcı zərbələr endirir, torpaqlarımızı addım-addım işğaldan azad edir. Biz onlardan qat-qat güclüyük. Eyni zamanda, Azərbaycan ədalətli müharibə aparan tərəfdir. Beynəlxalq hüquq da bizim tərəfimizdədir. Azərbaycan hər zaman beynəlxalq hüquqa hörmətlə yanaşıb. Ermənilər isə beynəlxalq hüquqa məhəl qoymurlar. Belə olan halda, onlarla güc dili ilə danışmaq lazımdır və danışırıq da”.
Bu gün ölkəmizdə vətənpərvərlik ruhunun çox yüksək səviyyədə olduğunu deyən Aqil Abbasın sözlərinə görə, insanlar torpaqlarımızı işğaldan azad etmək üçün könüllü müraciət edirlər: “Bu gün ölkəmizdə güclü milli həmrəylik mövcuddur. Xalqımız ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin, ordumuzun ətrafında sıx birləşib. Vətəndaşlar bu məsələdə dövlətə güclü dəstək nümayiş etdirirlər. Yəni əgər mövzu Qarabağ, torpaqlarımızın işğaldan azad olunmasıdırsa, burada başqa söhbət ola bilməz. Bu müqəddəs yolda hər kəs Prezidentimizin ətrafında sıx birləşməlidir!”.
Radikal müxalifət yenə də öz xislətini və antimilli mövqeyini nümayiş etdirdi
“Bu gün bütün xalqımız qələbəyə köklənib. Qısa müddət ərzində rəşadətli ordumuz işğal altında olan bir sıra yaşayış məntəqələrimizi və strateji əhəmiyyətli yüksəklikləri düşməndən azad edib. Biz ordumuzla qürur duyuruq və ərazi bütövlüyümüzün təmin olunması məsələsində ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yanındayıq”. Bu fikirləri isə Ana Vətən Partiyasının (AVP) sədr müavini Arzuman Abdulkərimov deyib.
A.Abdulkərimov bildirib ki, Azərbaycan həmişə sülhün tərəfdarı olub və konstruktiv mövqe nümayiş etdirib. Amma Ermənistanın məqsədli şəkildə münaqişənin sülh yolu ilə həllini uzatması yolverilməzdir. Onun sözlərinə görə, Azərbaycan çox qısa müddətdə öz torpaqlarını işğaldan azad etməyə qadir olduğunu dəfələrlə bəyan etmişdi. Ermənistan isə bu xəbərdarlığa əməl edib sülhə gəlmədi. “Dövlət başçımızın da bu günlərdə qeyd etdiyi kimi, biz bu məsələlərdə səbrli davrandıq və maksimum sülh danışıqlarının tərəfində olduğumuzu bütün dünya ictimiyyətinə sübut etdik. Amma bizim də səbrimizin bir həddi var idi. Biz Azərbaycan xalqı olaraq sülhpərvər xalqıq, amma 30 ilə söykənən işğal faktına son qoyulmalıdır. Biz 30 il ərzində beynəlxalq təşkilatların bəyanatlarının heç bir effektinin olmadığının şahidi olduq. Bu bəyanatlara biz səbrlə, təmkinlə yanaşdıq, amma Ermənistan dövləti BMT-nin Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad olunması ilə bağlı qəbul etdiyi 4 qətnaməni görməzdən gəldi. Amma indi Paşinyan ayrı-ayrı dövlətlərin rəhbərlərinə diz çöküb yalvarır”, - deyə AVP sədrinin müavini söyləyib.
A.Abdulkərimov qeyd edib ki, ordumuzun işğalda olan torpaqlarımızı azad etməsi haqqımızdır: “Biz ölkədə fəaliyyət göstərən siyasi partiya olaraq Ali Baş Komandanımızın yanındayıq. Hər birimiz canımızdan keçməyə hazırıq. Yetər ki, bu işğala son qoyulsun. İnsanlar artıq qələbəyə köklənib. Ali Baş Komandanımız əmr verib və hər birimiz də bu əmrə tabeyik”.
Ölkədə fəaliyyət göstərən 50 siyasi partiyanın ordumuza və Ali Baş Komandana dəstək məqsədilə birgə bəyanat imzaladığını xatırladan A.Abdulkərimovun sözlərinə görə, radikal müxalifət yenə də öz xislətini və antimilli mövqeyini nümayiş etdirdi: “Əslində, bu yanaşma ilə özlərini ifşa edib xalq qarşısında növbəti dəfə rəzil duruma düşdülər. Ümumilikdə, 50 siyasi partiyanın birgə mövqeyi ölkəmizdə milli həmrəyliyin güclənməsində mühüm rol oynayır”.
Nardar
Xəbər lenti
Hamısına baxSosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17

