/ / Döyüş meydanında aciz vəziyyətə düşən Ermənistan nicat yolunu terrorçularda və muzdlularda görür
Döyüş meydanında aciz vəziyyətə düşən Ermənistan nicat yolunu terrorçularda və muzdlularda görür
17.10.2020 [08:21]
Ermənistan ənənəvi taktikasına uyğun olaraq, dünyanın bir çox ölkələrindən terrorçuları öz ölkəsinə və hələ də işğal altında olan Azərbaycan torpaqlarına cəlb etməklə işğal faktını uzatmağa, işğalçılıq siyasətini davam etdirməyə çalışır. Eyni zamanda, sivil xalqa və mülki obyektlərə qarşı həm işğalçı ordu mənsubları, həm də terrorçular vasitəsilə hücumlar təşkil edir. Bu, dünya hərb tarixində çox az rast gəlinən faşist siyasəti və vandalizmdir. Xilaskar Azərbaycan Ordusu isə bütün bunlara baxmayaraq, yalnız hərbi hədəfləri sıradan çıxarmaqla düşmənə ağır zərbələr endirir, onu qaçmağa məcbur edir. Şanlı ordumuz bu gün dünya hərb tarixinə yazılacaq yeni hərbi strategiya və taktikalardan istifadə etməklə döyüş meydanında ən müasir hərbi texnologiyaları ən yüksək peşəkarlıqla düşmən üzərində tətbiq edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Hikmət Babaoğlu bildirib ki, döyüş meydanında aciz vəziyyətə düşən işğalçı ölkə nicat yolunu terrorçularda və muzdlu döyüşçülərdə görür. Ancaq bununla belə öz etdiklərini informasiya manipulyasiyası vasitəsilə qlobal ictimai rəyə yanlış formada təqdim etməklə guya terrorçuları Azərbaycanın cəlb etdiyi fikrini yaratmağa çalışır. Şübhəsiz ki, hərbi sahədə olduğu kimi, informasiya savaşında da onun bu niyyəti baş tutmur. Artıq dünyanın bir sıra nüfuzlu informasiya qaynaqları, Ermənistanın terrorçularla olan sıx əməkdaşlıqlarından yazır. Bu günlərdə Fransanın “Liberation” qəzetində yenidən bu mövzuya toxunaraq belə bir fakt diqqətə çatdırıb ki, Fransada yaşayan erməni, ASALA terror təşkilatının 64 yaşlı üzvü Jilbert Minasyan Azərbaycana qarşı döyüşmək üçün Ermənistana gedib. Terrorçu Minasyan özü ilə birgə Fransadan muzdlu döyüşçülər də aparıb.
Deputat diqqətə çatdırıb ki, Almaniyanın tanınmış “Der Freitag” qəzeti bir neçə gün əvvəl “PKK muzdlu döyüşçüləri Dağlıq Qarabağ münaqişəsində” sərlövhəli məqalə dərc edib. Məqalədə Ermənistanın Suriya və İraqdan PKK terrorçularını işğal altında saxladığı Dağlıq Qarabağa yerləşdirdiyinə dair məlumatların olduğu bildirilir. Ermənistanın terrorçuları Qarabağ savaşına cəlb etməsi ilə bağlı məlumatlar bununla da bitmir. BBC teleradiosu, eləcə də Rusiyanın “Novaya Qazeta” mətbu orqanının jurnalistləri hazırladıqları materiallarda Ermənistan tərəfindən Dağlıq Qarabağa gətirilmiş muzdlu döyüşçülərlə birbaşa ünsiyyətdə olaraq, onların fikirlərinə yer ayırıblar. Elə Misirli telejurnalist Əla Məğribi “Əl-Ğad” xəbər saytında dərc olunan məqaləsində Livandan çoxlu sayda muzdlu döyüşçünü işğal etdiyi ərazilərə gətirən Ermənistanın əsas hədəfinin mülki obyektlər və dinc əhali olduğunu yazıb.
“Göründüyü kimi, artıq qlobal informasiya məkanında da İşğalçı Ermənistanın dünyanın ən müxtəlif ölkələrindən olan terror təşkilatları ilə iş birliyi haqqında geniş məlumatlar dərc olunur və terrorçuların əsas hədəfinin də Azərbaycanda yaşayan sivil xalq və mülki obyektlər olduğu göstərilir. Ermənistanın terrorçu ölkə olmasını bir daha sübut etməklə, beynəlxalq aləmdə öz faşist siyasətini ifşa edir”, - deyə Hikmət Babaoğlu qeyd edib.
Xəbər lenti
Hamısına baxSiyasət
18 Sentyabr 10:21
Siyasət
18 Sentyabr 09:45
Siyasət
18 Sentyabr 09:41
Analitik
18 Sentyabr 09:17
Ədəbiyyat
18 Sentyabr 08:59
Mədəniyyət
18 Sentyabr 08:30
Dünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48

