Milli birlik qələbənin əsas şərtlərindəndir
21.10.2020 [08:58]
Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiyanın beynəlxalq və regional təşkilatlara ünvanladığı müraciətdə Ermənistanın son 30 ildə çox ciddi şəkildə silahlanmasının regional və beynəlxalq təhlükəsizliyi ciddi şəkildə təhdid etdiyi diqqətə çatdırılıb
Son illərdə ölkəmizdə aparılan köklü islahatlar bütün sahələrin inkişafını təmin etməklə yanaşı, siyasi platformada da yeni münasibətlər sisteminin formalaşmasına yol açıb. Qeyd etmək lazımdır ki, bu ilin fevralında baş tutan VI çağırış Milli Məclisə seçiklərin ardından yaranan yeni siyasi konfiqurasiya ölkəmizdə siyasi qüvvələr arasında əlaqələrin möhkəmlənməsində əsaslı rol oynadı. Milli Məclisin yeni tərkibdə ilk iclasında Prezident İlham Əliyevin tarixi çıxışının ardından ölkəmizdə yeni yaranan siyasi konfiqurasiyanın əsasında siyasi dialoq mühitinin formalaşdırılması prosesinə başlanıldı və bu Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün vacib şərtə çevrildi. Prezident Adminstrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə siyasi partiyaların rəhbərlərinin görüşləri istər iqtidar-müxalifət, istərsə də partiyalararası münasibətlərdə yeni mərhələnin yaranmasına rəvac verdi. Məhz bu siyasi birlik bu gün Azərbaycan dövlətinin Dağlıq Qarabağın və ətraf rayonların erməni işğalından azad olunması istiqamətində aparılan əks-hücum əməliyyatlarında siyasi həmrəyliyin güclənməsində xüsusi əhəmiyyətə malik oldu. Vurğulayaq ki, hazırda ölkəmizdə fəaliyyət göstərən əksər partiyalar özlərinin siyasi baxışlarından asılı olmayaraq Prezident, Ali Baş Komandan İlham Əliyevin, Ordumuzun yanında olduqlarını bildirirlər və cəbhədə qələbəmizə öz töhfələrini verməyə çalışırlar.
50 siyasi partiya Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəklədiyini bir daha bəyan etdi
Vurğulanmalıdır ki, sentyabrın 27-də 50 siyasi parityanın nümayiş etdirdiyi milli birlik hələ iyul ayında nümayiş etdirilən həmrəyliyin davamıdır. Belə ki, ermənilərin bu ilin iyulunda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatlar törətdiyi zaman ölkəmizdə fəaliyyət göstərən 43 siyasi partiya bir araya gələrək bəyanat imzalayıb. Eyni zamanda, Ermənistanın sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribatla əlaqədar 50 siyasi partiyanın imzaladığı bəyanatda Azərbaycan xalqının və ölkənin siyasi partiyalarının yekdilliklə Prezidentin, Ali Baş Komandanımızın yanında olduğu xüsusi olaraq vurğulanıb. Bu birgə bəyanatın milli və siyasi həmrəyliyin parlaq göstərici olması isə oktyabrın 3-də keçirilən “Milli həmrəylik - siyasi dialoqun nəticəsi” adlı videokonfransda da bildirilib.
Oktyabrın 17-də isə Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya beynəlxalq və regional təşkilatlara müraciət ünvanlayıb. Bəhs olunan müraciətdə Ermənistanın son 30 ildə çox ciddi şəkildə silahlanmasının regional və beynəlxalq təhlükəsizliyi ciddi şəkildə təhdid etdiyi diqqətə çatdırılıb, bu silahlanmanın, əsasən, Azərbaycana qarşı yönəldiyi və yeni ərazilərin işğal edilməsi ilə bağlı olduğu vurğulanıb. Müraciətdə siyasi partiyalar tərəfindən Ermənistanın şəhər və kəndlərimizi, dinc əhalini hədəfə alması kəskin şəkildə qınanılır. Sənəddə 50 siyasi partiyanın Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəklədiyi bir daha bildirilib, Azərbaycan xalqı ilə birlikdə Onun ətrafında sıx birləşdiyi Ermənistanın və dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.
Qeyd olunduğu kimi, ölkənin 50 siyasi partiyasının Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olmasına dair bəyanatı milli və siyasi həmrəyliyin parlaq göstəricisidir. Bu bəyanat eyni zamanda ölkədə siyasi dialoqun mövcudluğunun sübutudur. Birgə bəyanat ölkəmizdə siyasi müstəvidə etibarlı və peşəkar münasibətlərin qurulmasına zəmin yaradır.
Milli həmrəylikdən kənarda qalan partiyaların bu bəyanata qoşulmaması milli birliyə, həmrəyliyə kölgə salmaq cəhdləri, ümummilli mübarizəmizdən yayınmalarıdır
Vurğulanmalıdır ki, hər zaman xalqın və dövlətin milli maraqlarını heçə sayan, öz şəxsi ambisiyalarını Vətənin mənafeyindən üstün tutan radikal müxalifət partiyaları - AXCP və Müsavat Partiyası ümummilli məsələmiz olan Dağlıq Qarabağın erməni işğalından azad edilməsi prosesində də birlik və bərabərlik kimi milli çağırışlara qoşulmadı, özlərini milli həmrəylikdən kənarda qoydular. Vətənimizin düşmən təxribatına tuş gəldiyi, Azərbaycan Ordusunun əks-hücum əməliyyatları ilə işğal altında olan torpaqlarımızı azad etdiyi bir zamanda özünü “müxalifət partiyası” adlandıran AXCP və Müsavat Partiyasının milli həmrəylik nümayiş etdirə bilməməsi, siyasi partiyaların imzaladığı birgə bəyanata qoşulmaması onların səmimi olmadıqlarını və əsl simalarını göstərir.
Qeyd etmək lazımdır ki, AXCP və “Müsavat”ın digər partiyalarla birgə həmrəylik nümayiş etdirməməsi təsadüfi deyil. Belə ki, daim prinsipial məqamlarda radikal qruplarla bərabər tarixi məsuliyyətdən yayınan, millətin, xalqın taleyini bölüşməkdən, milli birliyin vacib olduğu məqamlarda kənara çəkilməkdə “mahir” olan və mütləq şəkildə bundan boyun qaçıran bu iki partiya növbəti dəfə milli maraqlarımıza, ümummilli davamıza münasibətdə öz antimilli mövqelərini ortaya qoydu. Və bu da ilk deyil. AXCP və “Müsavat” cəmisi bir neçə ay öncə, daha doğrusu ermənilərin bu ilin iyulunda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatlar törətdiyi zaman 43 siyasi partiyanın imzaladığı “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları ilə əlaqədar siyasi partiyaların milli həmrəyliyə dair” bəyanatı imzalamamışdı. Növbəti dəfə bu addımı təkrarlayan AXCP və “Müsavat”ın ümummilli məsələmiz olan erməni təcavüzünün, torpaqlarımızın işğalının ifşasına yönəlmiş bu bəyanatlara qoşulmaması milli birliyə, həmrəyliyə kölgə salmaq cəhdləri, ümummilli mübarizəmizdən yayınmalarıdır.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxMədəniyyət
18 Sentyabr 08:30
Dünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53

