/ / ATƏT-in Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasında bir daha öz simalarını göstərdilər
ATƏT-in Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasında bir daha öz simalarını göstərdilər
24.10.2020 [09:15]
Təhlükəsizlik Şurasının iclasında ədalətsiz bəyanatın qəbul edilməməsi, Qoşulmama Hərəkatına üzv ölkələrin Azərbaycana dəstəyi Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir
Xəbər verildiyi kimi, 2020-ci il oktyabrın 19-da BMT Təhlükəsizlik Şurasının (TŞ) Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar qapalı iclası keçirilib. Bəhs olunan iclasdan sonra ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - Rusiya, ABŞ və Fransa tərəfindən TŞ prezidentinin (rotasiya qaydasına uyğun olaraq oktyabr ayı üçün Rusiyadır-red.) bəyanatının layihəsi hazırlanıb və razılaşdırılması üçün üzv ölkələr arasında yayılıb.
Bəyanatda BMT TŞ-nin qəbul etdiyi 4 qətnamə nə üçün “yaddan çıxıb”, yaxud həmsədrlər erməni təəssübkeşliyindən əl çəkə bilmirlər
Təəssüf doğuran haldır ki, bəyanat layihəsində TŞ-nin 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrə istinad yer almayıb. TŞ-də təmsil olunan Qoşulmama Hərəkatına üzv olan 7 ölkə - İndoneziya, Niger, Vyetnam, Tunis, Cənubi Afrika, Dominikan Respublikası, Sent Vinsent və Qrenadin layihəyə TŞ-nin məlum qətnamələrinə istinadın daxil edilməsi təklifini irəli sürüblər. Lakin həmsədr ölkələr bunun qəbuledilməz olduğunu bildiriblər.
Eyni zamanda, həmsədr ölkələr tərəfindən bəyanatın iki dəfə sükut proseduru vasitəsilə qəbuluna cəhd göstərilib. Amma Qoşulmama Hərəkatı ölkələri prinsipial mövqe ortaya qoyaraq sənəddə TŞ qətnamələrinə istinadın yer almasında təkid ediblər. Bundan sonra həmsədr ölkələr rüsvayçılıqla bəyanat layihəsini geri çəkiblər.
Vurğulamaq yerinə düşər ki, son 25 ildə ilk dəfə Dağlıq Qarabağ məsələsi TŞ-də müzakirə olunurdu. Həmsədrlər tərəfindən hazırlanmış bəyanat layihəsi sırf onların stilində idi. Bəyanatda atəşkəsə nail olunması, danışıqların aparılması kimi şablon fikirlər yer almışdı. Dişsiz, məzmunsuz, ünvansız, işğalçı və işğala məruz qalan ölkə arasında fərqin qoyulmadığı bir mətn hazırlanmışdı. Qısacası, belə görünür ki, həmsədr ölkələr öz ənənələrinə sadiq qalaraq erməni təəssübkeşliyindən əl çəkə bilmirlər. TŞ-nin qətnamələrinə belə münasibət ilə onlar bir daha özlərini ifşa etdilər. Bəyanatın mətnindən də göründüyü kimi, həmsədrlər ədalətli, bitərəf deyillər, onlar açıq-aşkar işğalçının tərəfini tuturlar.
Xatırladaq ki, Təhlükəsizlik Şurasının məlum qətnamələri 1993-cü ildə yekdilliklə qəbul edilib. Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, məlum qətnamələrdə Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı tələblər yer almışdı. TŞ-nin 884 saylı qətnaməsində “822, 853, 874 saylı qətnamələrin icra edilməsi üçün təcili addımlara dair yenilənmiş vaxt cədvəli”nə uyğun olaraq işğalçı qoşunların Azərbaycanın işğal edilmiş digər ərazilərindən çıxarılması tələb edilirdi. Belə olan halda, haqlı sual olunur: hər üç həmsədr ölkə qətnamələrin lehinə səs verdiyi halda, onlar TŞ-nin qətnamələrindən niyə bu qədər qorxurlar? Yaxud TŞ qətnamələrinin adı çəkiləndə nəyə görə narahat olurlar? TŞ qətnamələri nəyə görə 27 ildir ki kağız üzərində qalır? Hansı səbəbdən işğalçı ölkəyə təzyiqlər göstərilmir, ona qarşı sanksiyalar tətbiq olunmur? Bu şəraitdə belə münasibət, əslində, BMT Təhlükəsizlik Şurasının özünün səsinə, imzasına hörmət etməməsidir. Nəzərə almaq lazımdır ki, Ermənistan ötən müddət ərzində beynəlxalq hüququ və TŞ qətnamələrini ayaq altına ataraq öz qoşunlarını Azərbaycan ərazilərindən çıxartmayıb, əksinə, işğalı möhkəmləndirmək və Azərbaycanın yeni torpaqlarını ilhaq etmək xətti tutub.
Azərbaycan 27 ildən sonra Təhlükəsizlik Şurasının qətnamələrinin bir hissəsinin icrasını özü təmin etdi
Mühüm məqam ondan ibarətdir ki, 27 ildən sonra Azərbaycan Ordusu Ermənistanın hərbi təcavüzünə cavab olaraq başladığı əks-hücum əməliyyatları ilə Füzulini, Cəbrayılı, Zəngilanı işğaldan azad etməklə Təhlükəsizlik Şurasının qətnamələrinin bir hissəsinin icrasını özü təmin etdi. Bu halda aşkar olan reallıq budur ki, münaqişənin indiyə qədər həll olunmamasının günahkarı Ermənistanla yanaşı, həm də Minsk qrupunun həmsədr ölkələridir. Son proseslərin fonunda baş verənlər də Minsk qrupunun həmsədrlərinin Azərbaycan cəmiyyətində niyə qıcıq və qəzəb yaratdığını aydın surətdə izah edir. Azərbaycan cəmiyyəti həmsədrlərdən yorulub və bezib.
Ölkə ictimaiyyətinin daha bir mövqeyi ondan ibarətdir ki, Təhlükəsizlik Şurası tamamilə mənasız, yararsız və faydasız bir quruma çevrilib. Dünyada TŞ qədər antidemokratik bir qurum yoxdur, çünki daimi üzvlərinin girovuna çevrilib. Həmin daimi üzvlər isə ancaq çirkin siyasi konyuktura ilə məşğul olurlar. Belə olan halda, haqlı sual olunur: nəyə görə Türkiyə, Pakistan, İndoneziya, Braziliya, Cənubi Afrika kimi ölkələr TŞ-nin daimi üzvü olmamalıdır? Nəyə görə TŞ-nin daimi üzvləri arasında Afrikadan, Cənubi Amerikadan heç bir ölkə yoxdur? Məgər dünyanın taleyini nə vaxta qədər müstəmləkə keçmişinə malik, neokolonist düşüncəli ölkələr həll etməlidir?
Hazırkı proseslər Qoşulmama Hərəkatının beynəlxalq münasibətlər sistemində ciddi faktor olduğunu bir daha təsdiqlədi
Yeri gəlmişkən, mövcud proseslərin fonunda hazırkı reallıqlar göstərir ki, Qoşulmama Hərəkatı ölkələri isə ədaləti, beynəlxalq hüququ dəstəkləməklə Hərəkatın prinsiplərinə, dəyərlərinə sadiq qaldıqlarını nümayiş etdirdilər. Bu, həm də Qoşulmama Hərəkatının bir daha beynəlxalq münasibətlər sistemində ciddi faktor olduğunu göstərdi.
Məlum olduğu kimi, bəzi hallarda bir sıra müxalifət nümayəndələri ölkəmizin nəyə görə Qoşulmama Hərəkatında təmsil olnması ilə bağlı əsassız mühakimələr yürüdürlər. Amma mövcud vəziyyət Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunun praqmatik, uzunmüddətli hədəflərə hesablanmış strateji xətt olduğunu göstərir. Son faktlar da bu reallığı təsdiqləyir. Belə ki, Azərbaycan qısa müddət ərzində qazandığı nüfuz və inama görə Qoşulmama Hərəkatının sədri seçilib. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının ölkələri adından koronavirusa qarşı BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış edib, dünyanın 130-dan çox ölkəsi bu təşəbbüsü dəstəkləyib. Azərbaycan yalnız COVID-19 ilə bağlı 30-dan çox ölkəyə maliyyə və humanitar yardımlar göstərib. Ən əsası, BMT TŞ-nin iclasında ədalətsiz bəyanatın qəbul edilməməsi, Qoşulmama Hərəkatının üzv ölkələrin dəstəyi Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13

