Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır
24.10.2020 [09:35]
Prezident İlham Əliyev: Status-kvo artıq mövcud deyil. Təmas xətti də mövcud deyil. Buna görə, əlbəttə, mən hesab edirəm ki, indi Ermənistan rəhbərliyi daha da məntiqli davranmalıdır və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır
Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsi, həmçinin müzəffər Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum əməliyyatları barədə əsl həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması böyük aktuallıq daşıyır. Çünki məkrli düşmən xaricdəki erməni lobbisinin və anti-Azərbaycan dairələrin dəstəyi ilə ölkəmizə qarşı həm də informasiya cəbhəsində müharibə aparır. Deyilənlər baxımından, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin döyüş meydanlarında olduğu kimi, informasiya cəbhəsində də üstünlüyümüzü təmin etmək üçün intensiv və səmərəli iş aparması təqdirəlayiq haldır. Azərbaycan Prezidenti son günlərdə verdiyi çoxsaylı müsahibələrində dövlətimiz və xalqımız üçün bir nömrəli ümummilli məsələ olan Dağlıq Qarabağ münaqişəsi, o cümlədən müzəffər Ordumuzun sentyabrın 27-dən etibarən həyata keçirdiyi əks-hücum əməliyyatları ilə bağlı dünya ictimaiyyətinə obyektiv və dolğun məlumatlar çatdırmağa nail olub. Deyə bilərik ki, erməni təbliğat maşını hazırda Dağlıq Qarabağ münaqişəsinin ilk mərhələsində olduğu kimi aktiv işləyə bilmir və yaxud dünyada ermənilərin yalanlarına, vay-şivən salmalarına inananların sayı əhəmiyyətli dərəcədə azalıb. Bu günlərdə isə Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib. Bəhs olunan müsahibədə dövlətimizin başçısı Silahlı Qüvvələrimizin sentyabrın 27-dən etibarən həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Dağlıq Qarabağ münaqişəsinin həllində yeni reallıqlar yarandığını, vəziyyətin dəyişdiyini diqqətə çatdırıb. Münaqişənin nizamlanmasına da yeni reallıqlar, Azərbaycanın döyüş meydanında qazandığı üstünlüklər kontekstində yanaşılmalıdır.
Azərbaycan Ordusu xilaskarlıq missiyasını şərəflə və uğurla yerinə yetirir
Qeyd etdiyimiz kimi, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsi üç onillik ərzində öz həllini tapmayıb. Eyni zamanda, Azərbaycan dövləti və xalqı Ermənistanın torpaqlarımızın 20 faizini işğal altına alması faktı ilə heç vaxt barışmayıb, üç onillik ərzində tarixi ədalətin bərpa olunmasına, münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsinə böyük səy göstərib. Lakin bütün bu illər ərzində Ermənistan işğalçılıq siyasətindən əl çəkməyib, hətta “yeni ərazilər uğrunda yeni müharibə” təhdidləri səsləndirməyə başlayıb. Dağlıq Qarabağda müharibənin əsas səbəbi Ermənistanın destruktiv mövqeyi və ardıcıl təxribatlarıdır.
Öz torpağında vuruşan, öz torpağında şəhidlər verən, haqq işi görən Azərbaycan Ordusu xilaskarlıq missiyasını şərəflə yerinə yetirir. Silahlı Qüvvələrimiz qısa müddətdə düşmənə ağır zərbələr vurub, işğalçı dövlətin hərbi qüvvələrini sarsıdıb. Müzəffər Ordumuz öz komandanının rəhbərliyi ilə tarix yazır, hər gün yeni zəfərlərə imza atır. Artıq bir sıra strateji yüksəkliklər, çoxlu sayda yaşayış məntəqələrimiz, həmçinin Suqovuşan, Hadrut qəsəbələri, Cəbrayıl, Füzuli, Zəngilan şəhərləri işğaldan təmizlənib. Silahlı Qüvvələrimizin üzü Şuşaya, Kəlbəcərə, Xankəndinə, Laçına, Qubadlıya sarıdır. Artıq düşmənin “güclü ordu”, “keçilməz istehkamlar” mifi dağılıb. İşğalçı dövlətin rəhbərliyi yaranmış yeni reallıqlardan dərs götürməlidir. Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqlar prosesi fərqli bir vəziyyətdə aparıla bilər. Bəhs olunan müsahibəsində bununla bağlı mesajlarını çatdıran Prezident İlham Əliyev “Status-kvo artıq mövcud deyil. Təmas xətti də mövcud deyil. Buna görə, əlbəttə, mən hesab edirəm ki, indi Ermənistan rəhbərliyi daha da məntiqli davranmalıdır və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır”, - deyə vurğulayıb.
Döyüş meydanlarında qazanılan uğurlar diplomatik müstəvidə də ölkəmizin üstünlüyünü təmin edir. Ermənistan aciz durumdadır. Bir vaxtlar cəfəng bəyanatlar səsləndirən, şərt dili ilə danışan işğalçı Ermənistanın baş naziri Nikol Paşinyan və digər rəsmiləri indi beynəlxalq təşkilatlara, ayrı-ayrı dövlətlərin rəhbərlərinə yalvarırlar, riyakarlıq edirlər ki, onlara kömək göstərilsin. Ancaq bu vəziyyəti yalanlar danışmaqla, daxili auditoriyanı və beynəlxalq ictimaiyyəti aldatmaqla onların özləri yaradıblar. Haqq işi görən Azərbaycan isə indi şərtləri diktə edən tərəfdir. Azərbaycan sülhsevər dövlətdir. Ölkəmizin Ermənistanın ərazisində hər hansı bir hərbi məqsədi yoxdur. Dövlətimizin, xalqımızın yeganə istəyi düşmənin hərbi qüvvələrini torpaqlarımızdan qovmaq, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə nail olmaqdır.
Məlum olduğu kimi, son günlərdə Azərbaycanın, Ermənistanın və ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin yüksəksəviyyəli rəsmilərinin iştirakı ilə döyüş bölgəsində vəziyyətin gərginləşməsi müzakirə olunub və iki dəfə humanitar atəşkəslə bağlı razılığa gəlinib. Müsahibədə də bildirildiyi kimi, müzakirələrdə Azərbaycanın əsas məqsədi Ermənistan rəhbərliyinin ərazilərin boşaldılmasına hazır olub-olmamasını və hazır olduğu təqdirdə bunun nə vaxt baş verəcəyini müəyyən etməkdir. Ermənistan işğalçılıq siyasətindən əl çəkməli və beynəlxalq hüquqa əməl etməlidir. XİN rəhbərləri səviyyəsində hazırkı təmaslar da məhz Ermənistanın beynəlxalq hüququn tələblərini yerinə yetirməyə hazır olub-olmamasını müəyyənləşdirmək məqsədi daşıyır. Ermənistanın hazırkı hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri isə çox uzaq görünür. Çünki indiyədək Ermənistan rəhbərliyi tərəfindən verilmiş çox səmərəsiz və təhrikedici bəyanatlar, yol verilmiş hərəkətlər danışıqları mənasız edib. Danışıqlar masasında əsas mövzu həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması olub. Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə”, Azərbaycanın qondarma “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalı olduğunu deməsi, dinc Gəncə şəhərini ballistik raket zərbəsi ilə vurmaq əmri verməsi, ardıcıl təxribatlar törətməsi danışıqların aparılmasının mənasını heçə endirir. Prezident İlham Əliyev danışıqlar prosesinin yenidən başlaması üçün Azərbaycanın qəti mövqeyini nəzərə çatdıraraq bildirib ki, onlar bu əraziləri boşaldacağına dair üzərlərinə ciddi öhdəlik götürməlidirlər. Çünki bu, Minsk qrupunun vasitəçiliyi ilə iki ölkə arasında razılaşdırılmış əsas prinsiplərin bir hissəsidir. “Əsas prinsiplərdə deyilir ki, işğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır, bizim qaçqın və məcburi köçkünlərimiz işğal olunmuş bütün ərazilərə qayıtmalıdırlar, o cümlədən Dağlıq Qarabağın ərazisinə, o cümlədən qədim Azərbaycan şəhəri olan Şuşanın ərazisinə. Buna görə Ermənistan hökuməti bu prinsiplərə sadiq olduğunu, bu əraziləri boşaldacağını açıq şəkildə bəyan etməlidir və bundan sonra əlbəttə ki, danışıqlar başlayacaqdır. Biz indi birinci olaraq ərazilərin boşaldılması və sonra danışıqların başlanılması ilə bağlı ilkin şərti irəli sürmürük. Biz hazırda Ermənistan tərəfindən, bu zorakılığa və dinc əhaliyə qarşı hərbi cinayətlərin törədilməsinə görə məsul olan şəxsdən, şəxsən baş nazirdən tələb edirik ki, o, Ermənistanın işğal olunmuş əraziləri boşaldacağını desin. Bundan sonra əlbəttə ki, münaqişənin nizamlanması döyüş meydanından danışıqlar masasına keçəcəkdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil
Hərbi əməliyyatların aktiv fazaya daxil olduğu sentyabrın 27-dən bəri iki dəfə humanitar atəşkəslə bağlı razılıq əldə olunub. Azərbaycan əldə olunan hər iki humanitar atəşkəs razılaşmasına əməl etməyə çalışıb. Ermənistan isə humanitar atəşkəs rejimlərinə öz qüvvələrini səfərbər etmək, yenidən toparlanmaq fürsəti kimi baxaraq bundan sui-istifadə etməyə çalışır. Ümumiyyətlə, dünya ictimaiyyəti gördü ki, işğalçı Ermənistanın rəhbərləri göz yaşları töksələr də, kömək üçün ona-buna yalvarsalar da, atəşkəs rejiminə əməl etmək niyyətində deyillər. Düşmən tərəf döyüş bölgəsindən xeyli uzaqda yerləşən Gəncəni, digər şəhər və kəndlərimizi məhz atəşkəs elan olunandan sonra hədəfə alıb və nəticədə aralarında uşaqlar və qadınlar da olmaqla onlarla dinc sakin həyatını itirib, evlər, mülki infrastruktur dağıdılıb. Bu, sırf erməni xisləti, erməni riyakarlığıdır.
Atəşkəsə nail olmaq üçün edilən cəhdlərin uğursuzluğu Ermənistanın Azərbaycanın yaşayış məntəqələrinə, mülki əhaliyə, hərbi mövqelərimizə hücumlarının dayandırılmaması ilə bağlıdır. Ermənistan azad edilmiş əraziləri yenidən geri götürmək istəyir, Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayətlər törədir, şəhərləri ballistik raketlərlə atəşə tutur. Azərbaycanın yaşayış məntəqələri Ermənistandan hədəfə alınır. Ermənistanın baş naziri N.Paşinyan zorakılığa və dinc əhaliyə qarşı hərbi cinayətlərin törədilməsinə görə şəxsən məsuliyyət daşıyır. Atəşkəsə birtərəfli qaydada əməl etməyin mümkün olmadığını deyən Prezident İlham Əliyev vurğulayıb: “Mən həmişə demişəm ki, atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Əgər bizə hücum olunursa, biz nəinki özümüzü müdafiə etməliyik, eyni zamanda, əks-hücuma da keçməliyik. Sizə deyə bilərəm ki, onlar ikinci dəfə atəşkəsi pozandan sonra biz Zəngilan şəhərini və bir çox kəndləri azad etdik. Beləliklə döyüş meydanında nə qədər çox vaxt keçirsə, biz bir o qədər də əraziləri azad edirik. Ona görə Ermənistan hökuməti öz davranışı haqqında ciddi düşünməlidir və əgər atəşkəsin səmərəli olmasını istəyirsə, birincisi, atəşkəsi pozmamaq, ikincisi, artıq işğaldan azad edilmiş əraziləri geri götürməyə cəhd etməmək və işğal olunmuş Azərbaycan ərazilərinin boşaldılması üçün üzərinə ciddi öhdəlik götürməlidir”.
Qeyd edək ki, Ermənistanın atəşkəs rejimini pozmasına, mülki əhalini hədəfə almasına Azərbaycan tərəfdən döyüş meydanlarında cavab verilir. Azərbaycanın Silahlı Qüvvələri heç vaxt mülki əhalini, dinc insanların yaşadığı şəhər və kəndləri hədəfə almır. İndiyədək işğalçı Ermənistanın silahlı qüvvələri Ordumuzun sərrast atəşləri nəticəsində böyük itkilərə məruz qalıb, o cümlədən minlərlə hərbçisini itirib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13

