/ / Ermənistanın hərbi-siyasi rəhbərliyinin müharibədə uşaqlardan istifadə etməsi növbəti cinayətdir
Ermənistanın hərbi-siyasi rəhbərliyinin müharibədə uşaqlardan istifadə etməsi növbəti cinayətdir
27.10.2020 [09:15]
Ekspertlər bildirirlər ki, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan işğalçı Ermənistan istər hərbi əməliyyatlarda, istərsə də atəşkəs dövründə uşaqların qatili rolunda çıxış edir
Məlum olduğu kimi, sentyabrın 27-də başlayan əks-hücum əməliyyatları zamanı ardıcıl məğlubiyyətlərlə üzləşən, Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən Ermənistanın işğalçı ordusu canlı qüvvə sarıdan da əziyyət çəkir. Bunun nəticəsidir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi ölkənin ortayaşlı və qoca sakinləri ilə yanaşı, yeniyetmələri də Dağlıq Qarabağda gedən hərbi əməliyyatlara cəlb edir. Belə ki, işğalçı ölkə rəhbərliyinin beynəlxalq konvensiyaları və normaları kobud şəkildə pozmasını sübut edən videogörüntülər sosial şəbəkələrdə ermənilərin özləri tərəfindən yayılıb. Görüntülərdə erməni hərbçilərinin 12-13 yaşlı yeniyetmədən istifadə etdiyi əks olunur. Bütün bu faktlar onu göstərir ki, ermənilər Azərbaycan Ordusuna qarşı döyüşlərdə yeniyetmələrdən də istifadə edirlər. Bununla da, düşmənin çoxsaylı beynəlxalq qanunları, o cümlədən BMT-nin, UNICEF-in, Paris konvensiyasının uşaq hüquqları ilə bağlı sənədlərini və normalarını pozması sübut olunur.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Könül Nurullayeva deyib ki, Ermənistanın hərbi əməliyyatlarda azyaşlılardan istifadə etməsi bu ölkənin beynəlxalq hüququn prinsiplərini və ən əsası özünün beynəlxalq öhdəliklərini kobud şəkildə pozduğunu göstərir: “Nəzərə almaq lazımdır ki, ümumiyyətlə, 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlara cəlb olunması ilk növbədə Cenevrə konvensiyasının müvafiq bəndlərinin, eyni zamanda, BMT-nin 20 noyabr 1989-cu il Baş Məclisinin 44-cü sessiyasında qəbul edilən Uşaq Hüquqları haqqında Konvensiyanın 38-ci maddəsinin kobud şəkildə pozulması deməkdir. Adıçəkilən Konvensiyada iştirakçı dövlətlər silahlı münaqişələr zamanı uşaqlara aidiyyəti olan beynəlxalq humanitar hüquq normalarına ciddi riayət etməyə çağırılır, eyni zamanda, 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlarda birbaşa iştirak etməsi qadağan edilir”.
K.Nurullayeva deyib ki, Ermənistan istər hərbi əməliyyatlarda, istərsə də atəşkəs dövründə uşaqların qatili rolunda çıxış edir: “Təsadüfi deyil ki, atəşkəs dövründə 40-dan çox azərbaycanlı uşaq məhz erməni snayperi ilə öldürülüb. Eyni zamanda, Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkünün 300 mindən çoxunu uşaqlar təşkil edir. Sentyabrın 27-dən başlayan hərbi əməliyyatlar zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın münaqişə bölgəsindən kilometrlərlə uzaqda yerləşən şəhər və rayonlarına etdiyi artilleriya və raket hücumları nəticəsində öldürülən 65 mülki şəxsdən 10-u azyaşlı uşaqdır. 300 nəfər yaralı arasında uşaqlar da var. Təəssüflər olsun ki, Ermənistan bu gün də müharibə cinayətlərini davam etdirir və yenə də hədəfdə azyaşlı uşaqlar da daxil olmaqla mülki insanlardır. Baş verənlər beynəlxalq ictimaiyyəti ciddi narahat etməli və Ermənistan beynəlxalq hüququ pozduğu üçün məsuliyyətə cəlb olunmalıdır”.
Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev isə qeyd edib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq növbəti cinayətə əl atıb: “Azərbaycana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara 15 yaşına çatmayan uşaqları cəlb edir. Açıq şəkildə görmək mümkündür ki, erməni əsgərlər uşaqların əllərinə “Kalaşnikov” avtomatı verib, şəkil çəkdirirlər. Digər bir videogörüntüdə isə yeniyemə oğlan artilleriya qurğusunu işə salır, top atəşini həyata keçirir. Bu, bir daha Ermənistan ordusunda hərbçi sayının kəskin azalmasını, Ermənistanın hərbi-siyasi rəhbərliyinin qadın və qocalardan sonra bu dəfə kiçik uşaqları döyüşlərə cəlb etdiyini göstərir. Uşaqların döyüşlərə cəlb olunması, həm də Ermənistan ordusundakı ciddi problemlərdən xəbər verir”.
A.Mirzəyevin sözlərinə görə, ermənilərin beynəlxalq hüququ pozması faktı göz önündədir və beynəlxalq təşkilatlar uşaqların hüquqlarının kobud şəkildə pozulmasına etiraz etməlidir: “15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlarda birbaşa iştirak etməsini qadağan edən beynəlxalq təşkilatlar ən qısa vaxtda bu problemə reaksiya verməli və ciddi etirazlarını bildirməlidir. Rəsmi İrəvana qarşı beynəlxalq səviyyədə ciddi tədbirlərin görülməsi şərtdir. Ermənistanın uşaqları hərbi əməliyyatlara açıq şəkildə cəlb etməsi bir daha onu göstərir ki, işğalçı dövlət beynəlxalq hüququn prinsiplərinə məqsədyönlü şəkildə hörmət etmir və özünün beynəlxalq öhdəliklərinə etinasız yanaşır”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44

