Növbəti humanitar atəşkəsin pozulmasının bütün məsuliyyəti Ermənistanın üzərinə düşür
27.10.2020 [09:16]
Əgər işğalçı dövlət ABŞ Dövlət Departamentinin və ATƏT-in Minsk qrupunun həmsədrlərinin 25 oktyabr tarixli bəyanatına əsasən razılaşdırılmış sayca 3-cü humanitar atəşkəsi pozmaqda davam edərsə, Azərbaycan yenə düşmənə qətiyyətli cavab verəcək
Azərbaycanın Silahlı Qüvvələri düşmənin sentyabrın 27-də cəbhə xəttində törətdiyi növbəti genişmiqyaslı təxribata cavab olaraq həyata keçirdiyi əks-hücum əməliyyatlarını uğurla davam etdirir. Ötən qısa dövrdə Ordumuz 100-dan çox yaşayış məntəqəsini, o cümlədən Suqovuşan, Hadrut, qəsəbələrini, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, bir sıra strateji əhəmiyyətli yüksəklikləri işğaldan azad edib. Zəngilanın Ağbənd qəsəbəsinin işğalçılardan təmizlənməsi nəticəsində respublikamızın İranla dövlət sərhədi tam nəzarətə götürülüb və artıq sərhəd zastavalarında Azərbaycan bayraqları qaldırılıb. Öz torpağında vuruşan, öz torpağında şəhidlər verən müzəffər Ordumuzun düşməni sonadək qovacağına və ölkəmizin ərazi bütövlüyünü tam təmin edəcəyinə heç bir şübhə yoxdur.
İşğal altındakı torpaqlarını bir-bir azad edən Azərbaycana xaricdən çoxsaylı təzyiqlər edilir
İşğalçı Ermənistanın Azərbaycanın işğal altındakı ərazilərində separatizmə əsaslanan rejim qurması regional və qlobal təhlükəsizliyə ciddi təhdidlər yaradırdı. Bu ərazilər əslində nəzarətsiz zonaya çevrilmişdi və oradan müəyyən qüvvələr narkotik vasitələrin tranziti, terror dəstələrinin formalaşdırılması məqsədilə istifadə edirdilər. Gözləmək olardı ki, Azərbaycanın öz ərazisində beynəlxalq hüququ təmin edərək Ermənistanın işğalına son qoyması dünyada birmənalı şəkildə rəğbətlə qarşılanacaq.
Ancaq hər şeydən göründüyü kimi, bu, baş vermir. İşğal edilmiş torpaqlarını bir-bir azad edən Azərbaycana xaricdən çoxsaylı təzyiqlər göstərilir. Burada məqsəd Ordumuzun zərbələrindən acınacaqlı vəziyyətə düşən işğalçı Ermənistanı xilas etməkdir. Biz belə təzyiqlərin birini bu günlərdə BMT Təhlükəsizlik Şurasında məsləhətləşmələr zamanı gördük. Söhbət ondan gedir ki, Təhlükəsizlik Şurasının daimi üzvlərinin və Dağlıq Qarabağ münaqişəsinin həllinə cəlb olunan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin hazırladıqları bəyanat layihəsinə 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrə istinadı daxil etməmişdi. Bu azmış kimi, bəyənatı hazırlayanlar BMT TŞ-da aparılan məsləhətləşmələr zamanı bir sıra ölkələrin bəhs olunan qətnamələrə istinadın mətnə salınması ilə bağlı təkidli mövqelərini də qəbul etmədilər.
Vurğulamaq yerinə düşər ki, ABŞ Dövlət Departamentinin və ATƏT-in Minsk qrupunun həmsədrlərinin 25 oktyabr 2020-ci il tarixli bəyanatının ilkin layihəsi indiki mətndən tamamilə fərqlənirdi. Azərbaycan tərəfi qəti mövqe nümayiş etdirərək sənədin birtərəfli olmasının, yəni onun ancaq humanitar atəşkəs ilə məhdudlaşdırılmasının qarşısını almağa nail oldu. Bəyanatın mahiyyətinə gəldikdə isə ilk növbədə onu qeyd etmək lazımdır ki, burada söhbət ümumi atəşkəsdən deyil, yalnız humanitar atəşkəsdən gedir.
Bəyanatda atəşkəsin monitorinqi üzrə parametrlər məsələsinə də yer verilib. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, atəşkəsin monitorinqi üzrə parametrlər məsələsi münaqişənin müffəsəl həlli prosesi ilə paralel getməlidir. Bu o deməkdir ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması ilə bağlı konkret vaxt cədvəli müəyyən edilməlidir. Bəyanatda öz əksini tapmış “vaxt cədvəli” (timeline) ifadəsi məhz bunu nəzərdə tutur. Eyni zamanda, atəşkəsin monitorinqi üzrə parametrlər Ermənistandan işğal olunmuş ərazilərə silah, canlı qüvvə daşınmasına nəzarət olunmasını da ehtiva etməlidir. Bu mənada həmsədrlərin bəyanatında yer almış məqamların geniş surətdə müzakirə olunmasına və razılaşdırılmasına ehtiyac vardır.
Ermənistan növbəti humanitar atəşkəsə də əməl etmək niyyətindən çox uzaq görünür
Məlum olduğu kimi, cəbhə bölgəsində aktiv döyüş əməliyyatlarının başladığı sentyabrın 27-dən etibarən Azərbaycan və Ermənistan arasında 10 və 17 oktyabr tarixlərində 2 humanitar atəşkəs barədə razılıq əldə edilib. Lakin hər iki humanitar atəşkəs Ermənistan tərəfindən pozulub.
Belə ki, 10 oktyabrda Moskva bəyanatının ardınca Ermənistan ballistik raketlə Gəncə şəhərinin və digər yaşayış məntəqələrinin mülki əhalisini atəşə tutub. 18 oktyabrda Fransanın vasitəçiliyi ilə razılışdırılmış humanitar atəşkəs rejiminə də Ermənistan tərəfi əməl etməyib - cəmi iki dəqiqədən sonra erməni hərbi birləşmələri silahları işə salıblar. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən etibarən Azərbaycanın şəhər və kəndlərini intensiv atəşə tutması nəticəsində 60-dan çox mülki şəxs həlak olub, 300-ə yaxın dinc sakin yaralanıb. Azərbaycan isə mülki əhalini heç vaxt hədəf almır. Silahlı Qüvvələrimiz düşmənin hərbi birləşmələrinin şəhər və kəndlərimizi atəşə tutmasının qisasını döyüş meydanlarında alır.
Bundan əvvəl baza prinsiplərini rədd edən, hətta bir neçə gün öncə “Münaqişənin diplomatik həlli yoxdur” deyən Ermənistanın baş naziri Nikol Paşinyan artıq məcbur olub bu dəfə danışıqlar üçün ABŞ-a yalvarır. Artıq N.Paşinyan kompromislərdən danışır. Əgər növbəti humanitar atəşkəs də Ermənistan tərəfindən pozularsa, Azərbaycan yenə düşmənə qətiyyətli cavab verəcək.
Təəssüf ki, danışıqların bərpa olunması üçün yalvaran Ermənistan bu dəfə də atəşkəsə əməl etmək niyyətindən çox uzaq görünür. Müşahidələr onu göstərir ki, hazırda Ermənistana müxtəlif mənbələrdən silahların daşınması davam edir. Atəşkəs elan olunduqdan dərhal sonra Ermənistan silahlı qüvvələri Laçın rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini artilleriyadan atəşə tutublar. Tərtər rayonu və ətraf kəndlərin mülki əhalisi Ermənistan silahlı qüvvələri tərəfindən hədəf seçilib. Həmçinin, Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən müvafiq olaraq Gədəbəy, Tovuz və Daşkəsən rayonlarındakı mövqelərimiz atəşə məruz qalıb. Beləliklə, növbəti humanitar atəşkəsin də pozulmasının bütün məsuliyyəti Ermənistanın üzərinə düşür.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19

