Azərbaycan xalqı Ali Baş Komandanımızın yanındadır
30.10.2020 [08:51]
Ölkəmizdə fəaliyyət göstərən 50 siyasi partiyanın torpaqlarımızın işğaldan azad olunması istiqamətində Prezident İlham Əliyevin siyasətini dəstəkləməsi və həmrəylik nümayiş etdirməsi milli birliyimizin əyani nümunəsidir
Son illərdə ölkəmizdə aparılan köklü islahatlar bütün sahələrin inkişafını təmin etməklə yanaşı, siyasi platformada da yeni münasibətlər sisteminin formalaşmasına yol açıb. Qeyd etmək lazımdır ki, bu ilin fevralında baş tutan VI çağırış Milli Məclisə seçkilərin ardından yaranan yeni siyasi konfiqurasiya ölkəmizdə siyasi qüvvələr arasında əlaqələrin möhkəmlənməsində əsaslı rol oynadı. Milli Məclisin yeni tərkibdə ilk iclasında Prezident İlham Əliyevin tarixi çıxışının ardından ölkəmizdə yeni yaranan siyasi konfiqurasiyanın əsasında siyasi dialoq mühitinin formalaşdırılması prosesinə başlanıldı və bu Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün vacib şərtə çevrildi. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə siyasi partiyaların rəhbərlərinin görüşləri istər iqtidar-müxalifət, istərsə də partiyalararası münasibətlərdə yeni mərhələnin yaranmasına rəvac verdi. Məhz bu siyasi birlik bu gün Azərbaycan dövlətinin Dağlıq Qarabağın və ətraf rayonların erməni işğalından azad olunması istiqamətində aparılan əks-hücum əməliyyatlarında siyasi həmrəyliyin güclənməsində xüsusi əhəmiyyətə malik oldu. Vurğulayaq ki, hazırda ölkəmizdə fəaliyyət göstərən əksər partiyalar siyasi baxışlarından asılı olmayaraq Prezident, Ali Baş Komandan İlham Əliyevin, Ordumuzun yanında olduqlarını bildirirlər və cəbhədə qələbəmizə öz töhfələrini verməyə çalışırlar. Bununla bağlı 50 siyasi partiyanın birgə bəyanat imzalaması da deyilənlərə sübutdur.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Rauf Əliyev deyib ki, Ermənistan 30 ilə yaxındır, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar olsun ki, işğalçı ölkə buna görə cəzalandırılmır. Bu, qəbuledilməzdir. R.Əliyev bildirib ki, Ermənistanın işğalçı siyasətinə etiraz, eləcə də xalqın haqq tələbi ölkədəki siyasi qüvvələri birləşdirir: “Siyasi partiyaların rəhbərlərinin birgə bəyanatı, eləcə də videokonfrans formatında keçirilən görüşlər Azərbaycan xalqının və ölkənin siyasi partiyalarının yekdilliklə cənab Prezidentin yanında olduğunu nümayiş etdirir. Ölkənin 50 siyasi partiyasının Ali Baş Komandan İlham Əliyevin yanında olduqlarına dair bəyanatı milli və siyasi həmrəyliyin əyani göstəricisidir. Bu bəyanat, həmçinin ölkədə siyasi dialoqun mövcudluğunun sübutudur”.
Millət vəkilinin sözlərinə görə, bu gün Azərbaycan cəmiyyəti hər zaman olduğundan daha çox milli həmrəyliyin şahididir. Ölkənin siyasi tarixində ilk dəfə olaraq 50 siyasi partiya rəhbərinin Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair birgə bəyanatı milli birliyin təcəssümüdür. Başqa sözlə, bu bəyanat təkcə xalqla hökumətin vahid mövqeyindən xəbər vermir, eyni zamanda, Azərbaycanda mövcud olan həmrəyliyin göstəricisidir.
R.Əliyev xatırladıb ki, düşmənin total hücumlarının qarşısını almaq, əhalimizin təhlükəsizliyini təmin etmək məqsədilə qəhrəman ordumuz əks-hücum əməliyyatlarına başlayıb və təcavüzkara ağır zərbələr endirməkdədir: “İnanırıq ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz uzun illərdən bəri işğala məruz qalan müqəddəs torpaqlarımızı tam azad edəcək, dövlətçilik və hərb tariximizə şanlı səhifələr yazacaq”.
AXCP və “Müsavat”ın bu həmrəylikdən kənarda qalmasına gəlincə, R.Əliyev qeyd edib ki, bu partiyalar antimilli fəaliyyətlə məşğuldur: “Antimilli qüvvələrin ümummilli məsələlərdə həmrəylik göstərməsi mümkün deyil. Bu səbəbdən də onlar siyasi partiyaların birgə bəyanatına imza atmayıblar”.
Milli Cəbhə Partiyasının (MCP) sədri, millət vəkili Razi Nurullayev də Azərbaycan Ordusunun Ermənistanın təxribatına cavab olaraq əks-hücuma keçməsini və işğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində ciddi irəliləyişlərə nail olmasını, düşmənə ağır zərbələr vurmasını son 30 ilin ən böyük tarixi hadisələrindən biri kimi dəyərləndirib. Partiya sədri qeyd edib ki, ordumuzun işğal altında olan torpaqlarımızı azad etməsi haqqımızdır: “Çox sevindirici haldır ki, bu gün cəmiyyətimizin bütün təbəqələri, o cümlədən siyasi partiyalar, QHT-lər Ali Baş Komandanımızın yanındadır. Hər birimiz canımızdan keçməyə hazırıq. Yetər ki, bu işğala son qoyulsun. İnsanlar artıq qələbəyə köklənib”.
R.Nurullayev bildirib ki, siyasi baxışlarından, ideoloji prinsiplərindən asılı olmayaraq, ölkənin, demək olar ki, bütün siyasi spektrinin - 50 siyasi partiyanın bir araya gələrək Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəklədiklərini və dövlət başçısının yanında olduqlarını bəyan etməsi də bir o qədər tarixi əhəmiyyət kəsb edən hadisədir, milli birliyimizin, həmrəyliyimizin bariz nümunəsidir: “Dövlətimiz və xalqımız üçün həyati əhəmiyyət kəsb edən mürəkkəb bir şəraitdə siyasi partiyalar tərəfindən ölkəmizin bütün vətəndaşlarının, dünya azərbaycanlılarının milli birliyə, vəhdətə səslənməsi siyasi yetkinliyin göstəricisi kimi mühüm əhəmiyyətə malikdir. Amma təəssüf ki, belə bir şəraitdə də iki siyasi partiya - “Müsavat” və AXCP Böyük Qələbə uğrunda mücadilədə Azərbaycan xalqı və dövləti ilə birlikdə olmağı bacarmadılar”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

