Erməni diasporu və işğalçı Ermənistan informasiya terroru həyata keçirir
05.11.2020 [08:35]
Ekspertlərin fikrincə, erməni lobbisinin bütün dünyada Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri deyən, hətta neytral və balanslı mövqe nümayiş etdirən medianı susdurmaq cəhdləri bunu sübut edir
Məlum olduğu kimi, ermənilər xarici ölkələrdə Ermənistan-Azərbaycan münaqişəsi haqqında həqiqətləri işıqlandıran, obyektiv məlumat yayan medianı hədəfə götürür, onlara qarşı aksiyalar təşkil edir, eyni zamanda, jurnalistləri ölümlə hədələyir, təhdid və təhqirlərə məruz qoyurlar. Fransanın “TF1” kanalı, ABŞ-ın “New York Times” qəzeti və digərlərinə hücumlar bunu bir daha sübut edir. Belə ki, Fransanın “TF1” kanalının “Saat 20” verilişində jurnalist Lizeron Budulun Azərbaycanın Dağlıq Qarabağ regionunda döyüşlərin gedişindən bəhs edən reportajı yayımlandıqdan sonra Fransadakı erməni lobbisinin üzvləri L.Budula və kanala qarşı total hücumlar edib və jurnalisti ölümlə hədələyiblər. “New York Times” qəzetinin İstanbuldakı müxbiri Karlotta Qallın da Ermənistanın Azərbaycanın dinc əhalisini ballistik raketlə qətlə yetirməsini işıqlandırdığına görə eyni şəkildə ermənilərin mənəvi və siyasi terroruna məruz qalıb. Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Könül Nurullayeva ermənilərin Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv məlumat yayan, hətta neytral mövqe nümayiş etdirən media orqanlarını və ictimai fəalları hədəfə götürməsini informasiya terrorunun növbəti nümunəsi adlandırıb: “Erməni lobbisi Ermənistan-Azərbaycan münaqişəsi haqqında obyektiv mövqe nümayiş etdirən jurnalistləri hədəfə götürür, onlara qarşı təzyiq məqsədilə aksiyalar təşkil olunur. Həmin şəxslər, hətta sosial şəbəkələr üzərindən ciddi təhdid və təhqir olunurlar. Fransanın “TF1” kanalı, “New York Times” və digər media orqanları buna əyani nümunədir. Çünki erməni lobbisinin nüfuzlu media orqanlarına təsir imkanları var. Buna cavab olaraq mən də millət vəkili kimi mütəmadi olaraq Azərbaycan həqiqətlərini yaymaq məqsədilə istər Avropanın, istərsə də ərəb dünyasının mətbuat orqanlarına açıqlamalar verirəm, məqalələrlə çıxış edirəm. Erməni tərəfinin təzyiqləri ilə əlaqədar müəyyən yubanmalar olsa da, həmin materiallar dərc olunur. Biz mübarizəmizi davam etdirməliyik. Dünyanın informasiya mühitinin ermənilərə məxsus “feyk-nyus”larla dolmasına imkan verməməliyik”.
Deputatın sözlərinə görə, ermənilər o qədər azğınlaşıb ki, artıq yalnız azərbaycanlıları yox, Azərbaycanın haqlı mövqeyini müdafiə edən və obyektiv mövqedən çıxış edən hər kəsi susdurmağa çalışırlar: “Məlumdur ki, ötən həftə Fransanın “TF1” kanalı münaqişə ilə bağlı hazırladıqları videomaterialı məhz erməni lobbisinin təzyiqi səbəbindən rəsmi internet səhifəsindən silməyə məcbur olub. Çünki erməni diasporu və Ermənistan təzyiq dili ilə danışır, obyektiv məlumatların yayılmasının qarşısını almağa çalışır. Bu davranışa qarşı beynəlxalq səviyyədə təpki və qınaq olmalıdır. Beynəlxalq media təşkilatlarının lazımı reaksiyasını görmürük. Halbuki müsəlmanları təhqir edən “Charlie Hebdo” jurnalı ilə bağlı məsələdə biz çevik müdafiə nümunəsi gördük. Ona görə də, müstəqil mediaya təzyiq məsələsinə selektiv yanaşma yolverilməzdir”.
Ermənistanın 30 il müddətində apardığı informasiya savaşının bu gün iflasa uğradığını deyən politoloq Şəbnəm Həsənovanın sözlərinə görə, cəbhədə və diplomatik masada düçar olduqları məğlubiyyətlərlə barışa bilməyən ermənilər onun əvəzini təhdid, şantaj, hədə kimi vasitələrlə çıxarmağa çalışırlar: “Oktyabrın 22-də Fransanın “TF1” kanalında Azərbaycanın cəbhə xəttindən, Dağlıq Qarabağ regionunda döyüşlərin yenidən başlanmasından bəhs edən reportajın yayımından sonra jurnalist L.Budul Fransanın erməni icması tərəfindən təhdid edilib. Hətta Fransa erməniləri təşkilatlarının koordinasiyası şurasının həmsədri Papazyan TV əməkdaşlarını ölümlə də hədələyib. “New-York Times” qəzetində gedən məqalə ilə bağlı eyni halın şahidi olduq. Düzdür, “Sərhədsiz Reportyorlar” təşkilatı bəyanat yayaraq L.Budul və “TF1”-ə qarşı olan təzyiqləri qətiyyətlə pisləyib. Amma görünən odur ki, dünyaya bir hörümçək toru və ilan zəhəri kimi yayılmış radikal, şovinist erməni lobbi qrupları söz azadlığını boğmağa çalışırlar”.
Ş.Həsənova onu da əlavə edib ki, erməni lobbisinin bütün dünyada Ermənistan-Azərbaycan münaqişəsi haqqında həqiqətləri deyən, hətta neytral və balanslı mövqe nümayiş etdirən medianı susdurmaq cəhdləri açıq informasiya terrorudur. Politoloqun sözlərinə görə, Ermənistan terror siyasətini necə döyüş meydanından uzaqda olan mülki infrastrukturu və mülki əhalini hədəfə götürməklə həyata keçirirsə, erməni lobbisi də informasiya müstəvisində bu terrorun eynisini tətbiq edir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35

