Milli Məclis sədrinin müavini: Ali Baş Komandan Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi
11.11.2020 [10:06]
Bu gün Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz tarix yazdı, uzun illər işğal altında olan ərazilərimiz birdəfəlik işğaldan azad edildi. Müharibənin başladığı ilk günlərdən etibarən bir-bir azad olunan kəndlərimizin, qəsəbələrimizin, şəhər və rayonlarımızın siyahısını gördükcə, hər bir azərbaycanlının ürəyi dağa dönür. Bu qalibiyyət uzun illər aparılan uğurlu siyasətin məntiqi nəticəsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin müavini Adil Əliyev bildirib.
Adil Əliyev deyib ki, istər ordu quruculuğu, istərsə də qurulan diplomatik münasibətlərimiz bu gün öz uğurlu bəhrəsini verdi. Azərbaycan Ordusu Ali Baş Komandan tərəfindən üzərinə qoyulmuş bütün vəzifələrin öhdəsindən layiqincə gələrək düşməni təslim olmağa məcbur etdi.
Ermənistan aparılan müharibədə bütün silah, texnika və şəxsi heyətini tamamilə itirdi və onlar bu müharibənin ağrı-acılarını uzun illər yaşayacaqlar. Ermənistan yalnız müharibənin davam etdiyi 44 gün ərzində elə məğlub oldu ki, itirdiyi texnikalara görə illərlə ödəniş etməyə məcbur olacaq.
Qalibiyyətin məntiqi davamı olaraq, Ermənistanın baş naziri kapitulyasiya sənədinə imza atmağa məcbur oldu. Kapitulyasiya - müharibədə məğlub tərəfin qalib gələn tərəfin diktə etdiyi bütün şərtləri qeyd-şərtsiz qəbul etməsi və onu icra etməyi üzərinə götürdüyü bir müqavilədir.
Təbii ki, də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün şərtləri diktə etdi və Ermənistanın baş naziri bunu qəbul etməyə razı oldu. Dəfələrlə deyilmişdi ki, bu müharibə həm də Ermənistanın baş nazirinin siyasi karyerasının sonu olacaq və Ermənistanda baş verən proseslər artıq bunu deməyə əsas verir. Ermənistanın baş naziri Şuşada yallı oynamaqla, qondarma rejimə inauqurasiya mərasimi keçirməklə Azərbaycan xalqının və onun liderinin səbrini sınağa çəkdi.
Ölkə başçısı dəfələrlə xəbərdarlıq etdi, hətta BMT-nin iclasında bildirdi ki, əgər Ermənistanı dayandırmasanız, biz onları dayandıracağıq. Lakin dünya dövlətləri sanki Ermənistanın apardığı təxribat siyasətini görmür, işğalçının bu siyasətini dəstəkləyirdilər. Nəticədə işğalçı məğlub oldu, işğal etdiyi əraziləri birdəfəlik tərk etməklə yanaşı, məğlub tərəf olaraq Azərbaycanın bütün diktəsinə qeyd-şərtsiz əməl edəcəyini öz öhdəsinə götürdü. Habelə, Ermənistanın yeganə itkisi torpaq itkisi olmadı, həm də siyasi və iqtisadi çöküşlərini yaşayırlar, etdikləri səhvlər nə qədər böyük idisə, yaşadıqları məğlubiyyət də o qədər ağrılı oldu.
Biz isə Ali Baş Komandanın rəhbərliyi ilə 30 ilə yaxın işğal altında olan ərazilərimizi işğaldan azad edərək, öz əbədi və əzəli torpaqlarımıza geri qayıtdıq, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü təmin etdik.
Şuşa şəhəri azad edildikdən sonra isə artıq Ermənistanın məğlub olduğu hamı üçün açıq-aşkar idi. Tarixi Azərbaycan torpaqlarının işğaldan azad edilməsi hər birimiz üçün böyük bir bayramdır. Dilindən, dinindən, siyasi fikirlərindən asılı olmayaraq, hər bir Azərbaycanlının cənab Prezidentin ətrafında sıx birləşərək, həmrəylik göstərməsi isə Azərbaycan xalqının və onun rəhbərinin qüdrətindən xəbər verir. Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların Ali Baş Komandana göstərdiyi inam və etimad öz uğurlu bəhrəsini verdi.
Tarix bir daha göstərdi ki, Azərbaycan xalqı böyük xalqdır, onun güclü iradəsi var. Xalqımız mərhəmətli olduğu qədər də yeri gəldikdə düşmənə zərbə vuracaq dəmir yumruğu var. Azərbaycan xalqı bu gün xoşbəxtdir, onun Prezidenti dünyanın ən güclü lideridir. Onun Prezidentinin istər diplomatiyada, istər xarici televiziyalara verdiyi müsahibələrdə keçdiyi master-klaslarda, istərsə də rəhbərlik etdiyi ordunun döyüş meydanında göstərdiyi şücaətlərdə misli-bərabəri yoxdur. Cənab Prezident İlham Əliyev “Qarabağ Azərbaycandır!” dedi və Qarabağdakı düşmən işğalına birdəfəlik son qoydu.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

