“Əl-Cəzirə” kanalı Azərbaycanın Kəlbəcər rayonundan olan ailə barədə reportaj yayımlayıb
17.11.2020 [09:12]
“Əl-Cəzirə” kanalı Azərbaycanın Kəlbəcər rayonundan olan ailə barədə reportaj yayımlayıb.
AZƏRTAC xəbər verir ki, kanalın çəkiliş qrupu ailənin qonağı olub, Kəlbəcərin işğaldan qurtulması ilə bağlı onların təəssüratlarını öyrənib.
Reportajda qeyd edilir ki, bu ailə Kəlbəcər rayonunun işğaldan azad olunmasına görə çox sevinir. Kəlbəcər rayonundan didərgin düşmüş Gülçöhrə Ramazanova hazırda ermənilərin orada törətdikləri əməllərə baxaraq əsəblərini cilovlaya bilmədiyini deyir. Qeyd edir ki, ermənilər Kəlbəcəri tərk edərkən oradakı evləri, məktəbləri yandırırlar. Bütün bunları kədər hissi ilə izlədiyini bildirən G.Ramazanova deyir: “Bizim bir vaxtlar yaşadığımız kənddəki bütün evlər indi ermənilər tərəfindən yandırılır. Çox pis oluram, axı bu, düzgün deyil. Axı, onlar təmirli evlərdə məskunlaşmışdılar”.
Reportajda qeyd edilir ki, ailənin digər üzvü Elşad 1990-cı illərin əvvəllərində Azərbaycan Ordusunda xidmət edirdi. O deyir ki, həmin vaxt insanlar Kəlbəcəri tərk etmək məcburiyyətində qalmışdılar. O, köç zamanı yüzlərlə insanın necə öldüyünü xatırlayır. On minlərlə insan, o cümlədən uşaqlar və qocalar Kəlbəcər rayonunu şaxtalı və qarlı havada tərk edərkən onlardan bir çoxunu don vurmuşdu.
Reportajda bildirilir ki, Azərbaycan tərəfi Ermənistanın Kəlbəcəri təhvil verməsi üçün təyin edilmiş müddəti 10 gün uzadıb. Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq idarəsinin rəisi general-mayor Hüseyn Mahmudovun Ermənistanın üç rayonu Azərbaycana təhvil verməsi ilə bağlı fikirləri də reportajda yer alıb.
Reportajda, həmçinin qeyd edilir ki, Kəlbəcər sakinləri təxminən otuz il gözlədikdən sonra öz rayonlarına geri qayıtmaq niyyətindədirlər. Ancaq rayonda hələ minalardan təmizləmə əməliyyatları və infrastrukturun yenidən bərpası kimi bir çox işlər görüləcək.
Xəbər lenti
Hamısına baxSosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21
Siyasət
18 Sentyabr 09:45
Siyasət
18 Sentyabr 09:41
Analitik
18 Sentyabr 09:17
Ədəbiyyat
18 Sentyabr 08:59
Mədəniyyət
18 Sentyabr 08:30
Dünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03

